Məhkəmə qərarları › İş №3(032)-1125/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1125/2023

09.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1125/2023 09.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmişlər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə, xx.xx.1987-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Salyan rayonu, 2-ci Varlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə, saat 19:00 radələrində Şəxs idarə etdiyi “VAZ 21074” minik markalı, 44CD 677 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə şəhərin H.Əliyev prospektində hərəkətdə olan zaman Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta hadisəsinin olması yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı, zərərçəkmiş şəxslərin ifadələri ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Şirvan şəhəri, H.Əliyev prospektində üzü “Çıraq petrol” YDM istiqamətində “Çıraq petrol” YDM-nin qarşısına az qalmış işıqforda dayanmışdır. İşıqforun yaşıl işığı yandıqdan sonra hərəkətə başlayıb sola dönmə (Şirvan şəhəri Naxçıvan küçəsinə) işıq siqnalını yandırmış, dönmə edən zaman qarşıdan gələn “Vaz 2106” markalı avtomoibli görməmiş və qarşıdan gələn avtomobilin sahibinin onun idarə etdiyi avtomobili sağ tərəfdən vurmuş, bundan sonra avtomobildən düşmüş, polis əməkdaşları yaxınlaşmış və onu ilkin tibbi yardım göstərilməsi üçün Şirvan ŞMXna aparmışlar. Hadisə Şirvan şəhər H.Əliyev prospektində baş vermişdir. Avtomobildə özü, yoldaşı X2, bacısı Əliyeva Elnarə, anası Hüseynova Qüdsiyyə olmuşdur. Hadisə zamanı özü də xəsarət almışdır. Sürət həddi təxminən 15/20 km saat olmuşdur. Əməlindən peşmandır, onu sürücülük hüququndan məhrum etməməyi məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Nahidə zəng edib ondan Şirvan şəhərinə gəlməsini və onu Hacıqabul rayonuna aparmasını demişdir. Təxminən saat 19 radələrində Nahid özünə məxsus olan “Vaz 2106” markalı “**-BB-***” dövlət qeydiyyat nişanlı avtomobillə gəlmiş və onun maşınına əyləşmişdir. Şirvan şəhəri H.Əliyev prospektində üzü Hacıqabul istiqamətində “Çıraq petrol YDM”-nin qarşısında keçdikdən sonra təxminən 5 metr məsafədən “Vaz 2107” markalı avtomobili görmüş, həmin avtomobil sağa dönmə işıq siqnalın yandırmış və Şirvan şəhəri, Naxçıvan küçəsinə dönməyə hazırlaşmış, üstünlük Nahiddə olduğu üçün hərəkəti davam etmişdir. Onun yanından keçən zaman həmin avtomobilin onları gözləməmiş və qəflətən qarşılarına çıxmışdır. Nahid tormozlama etsədə nəqliyyat vasitəsini saxlaya bilməmiş və həmin şəxsin nəqliyyat vasitəsini sağ ön tərəfdən vurmuşdur. Bundan sonra avtomobildən enmişlər. Polis əməkdaşları onları Şirvan ŞMX-na aparmışlar. Orada ilkin tibbi yardım göstərilmişdir. Hadisə zamanı xəsarət almışdır, şəxsə tənbeh verilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində iştirak edən Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 19 radələrində Şirvan şəhərindən Hacıqabul rayonuna getmişdir. Şirvan şəhəri, H.Əliyev prospektində üzü Hacıqabul istiqamətində Çıraq petrol YDM-nin qarşısında keçdikdən sonra təxminən 5 metr məsafədən “Vaz 2107” markalı avtomobili görmüşdür. Həmin avtomobilin sağa dönmə işıq siqnalını yandırmış və Şirvan şəhəri Naxçıvan küçəsinə dönməyə hazırlaşmışdır. Baş yolda olduğu üçün hərəkəti dayandırmamış və davam etmişdir. “Vaz 2107” markalı nəqliyyat vasitəsinin yanından keçən zaman həmin avtomobilin onu gözləməmiş və qəflətən qarşısına çıxmışdır. Tormozlama etsədə nəqliyyat vasitəsini saxlaya bilməmiş və “Vaz 2107” marklalı avtomobili sağ ön tərəfdən vurmuşdur. Bundan sonra avtomobildən düşmüş, polis əməkdaşları onu Şirvan ŞMX-na aparmış, orada ilkin tibbi yardım göstərilmiş, hadisə Şirvan şəhər H.Əliyev prospektində baş vermişdirş. Maşında özü və qohumu Zərərçəkmiş şəxs1 olmuşdur. Hadisə zamanı xəsarət almışdır. Sürət həddi təxminən 60 km/saat olmuşdur. Maşına vurulan ziyanın sığorta tərəfindən ödəməsini öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və X1 X4 09 sentyabr 2023-cü il tarixli, 485 №-li rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthində aşkar olunan xəsarətlər-sol gözün üst qapağında əzilmiş-cırılmış yara, alının sol yarısında, burunda, sol mil-biləkdə sıyrıqlar-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 08 sentyabr 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və X1 X4 09 sentyabr 2023-cü il tarixli, 490 №-li rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthində aşkar olunan xəsarətlər-alt dodağın iç səthində qansızma-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 08 sentyabr 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 29 sentyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 08 sentyabr 2023-cü il tarixli, 88 saylı tibbi müayinəsi protokolundan görünür ki, Şəxs ayıq olduğu müəyyən edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəısinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa xəta törədən şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi, əməlindən peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar