Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1136/2023 21.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi xx.xx.1982-ci ildə ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 23 avqust 2023-cü il tarixdə ünvan 2 ünvanında müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan qanunsuz olaraq ov tüfəngi saxlamışdır. İnzibati xəta hadisənin olması xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla, cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 06 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs 23 avqust 2023-cü il tarixdə ünvan 2 ünvanında qanunsuz olaraq ov tüfəngini saxlaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, Şirvan ŞPŞ-nin CAB-in axtarış üzrə baş əməliyyat müvəkkili polis mayoru Nazim Bağırovun keçirilmiş tədbirlər nəticəsində Şirvan şəhər 1 May küçəsi ev 122-də qeydiyyatda olan və yaşayan Şəxs yaşadığı evdə qanunsuz yolla əldə etdiyi və müvafiq qeydiyyatdan keçirilmədən tula istehsalı olan ov tüfəngini saxlaması faktını müəyyən etmələri barədə raportu daxil olmuşdur. 23 sentyabr 2023-cü il tarixdə Şirvan ŞPŞ-nin CAB-in axtarış üzrə baş əməliyyat müvəkkili polis mayoru Nazim Bağırovun və CAB-in axtarış üzrə baş əməliyyat müvəkkili polis kapitanı Vüqar Əhmədovun raportu əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd olunması və Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 590.2-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi haqqında qərar qəbul olunmuşdur. Azərbaycan Respublikasının DİN Kriminalistik tədqiqatlar idarəsinin xx.xx.2023-cü il tarixli 23/715/R saylı ekspert rəyində göstərilmişdir ki, 01 ədəd A-11589 nömrəli silah, ijevsk silah zavodunda istehsal olunmuş 16 kalibrli İJ-K modelli, çaxmağlı, hamar tək lüləli ov tüfəngidir və odlu yivsiz silahdır. Silah texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissəmexanizmləri üzərində kustar üsulla sonradan heç bir əlavə və dəyişiklik edilməmişdir. Şəxs xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda vermiş olduğu izahatında bildirmişdir ki, təxminən 15 il öncə göyərçin ovlamaq məqsədi üçün mülki ov silahı axtarmışdır. Mülki ov silahını Sabirabad rayonunda tanımadığı şəxsdən 150 manata almış, həmin tarixdən indiyə qədər adını “16” kimi bildiyi silahı qeydiyyata almadan qanunsuz olaraq saxlamışdır. Hazırda həmin silah istifadəyə yararsızdır. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları yaşadığı ünvanda onun qanunsuz olaraq ov silahı saxlamağını bildirmiş, o da bu faktı təsdiqləyərək həmin mülki ov silahını polis əməkdaşlarına təqdim etmiş və bundan sonra polis əməkdaşları onu Şirvan şəhər Polis şöbəsinə dəvət etmişlər. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almamış şəxslər tərəfindən mülki silahın və ya onun üçün döyüş sursatının əldə edilməsi, saxlanılması, daşınması, başqa şəxslərə verilməsi və ya satılmasına görə-silah və döyüş sursatı müsadirə edilməklə səksən manatdan yüz manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırki iş üzrə xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlindən peşmançılığını, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə minimum həddə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-1136/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1136/2023
21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver