Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-114/2024 26.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyil ilə, X1 xx.xx.2024-cü il tarixli EQ 18975485 nömrəli protokol əsasında açılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şikayət vermiş şəxs X2 xx.xx.2024-cü il tarixdə Şirvan şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2024-cü il tarixli EQ 18975485 nömrəli protokol əsasında açılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətə görə o, xx.xx.2024-cü il tarixdə Şirvan şəhərində Z.Hacıyev küçəsində etibarnamə əsasında idarə etdiyi **-BX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən şəhərin təhlükəsizlik kameraları Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən barəsində EQ 18975485 nömrəli inzibati tənbehvermə haqqında elektron qərar qəbul edilmişdir. İdarə etdiyi nəqliyyat vasitəsinin yük yerində qoyulmuş paltaryuyan texnikasının nəqliyyat vasitəsinin yükdaşımalar haqqında qanunvericiliyin tələblərini pozmadığını qeyd edərək barəsində qəbul edilmiş elektron qərarın qanunsuz və əsassız tərtib edildiyini bildirir. Həmçinin o, şikayətdə qeyd etmişdir ki, Şirvan şəhəri M.Ə.Rəsulzadə prospektində, Şirvan şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısından keçək yolda quraşdırılmış təhlükəsizlik kamerası “Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitənin müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır. Məhkəmə şikayəti nəzərdən keçirərək hesab edir ki, şikayət icraata götürülmədən geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılma qaydası Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin XVİİ fəslində qeyd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət-şikayət verən şəxsin yaşayış və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda,şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim,səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinin 128-129-cu maddələrində inzibati xətalar haqqında işlər üzrə qəbul edilmiş qərarlardan şikayət və ya protest vermək hüququna malik olan şəxslərin dairəsi, habelə şikayət və ya protest vermək qaydası göstərilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol şəxsin inzibati tənbehə məruz qalmasını təsdiq edən hüquqi sənəd olmadığından və ondan şikayətin verilmə qaydası və şikayətə baxılma qaydası inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmadığından, şikayət geri qaytarılmalı, şikayət vermiş şəxsə inzibati xəta haqqında iş üzrə qərardan qanunla müəyyən edilmiş qaydada şikayət vermək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar aldı: X1 xx.xx.2024-cü il tarixli EQ 18975485 nömrəli protokol əsasında açılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair şikayəti geri qaytarılsın. Şikayət vermiş şəxsə inzibati xəta haqqında iş üzrə qərardan qanunla müəyyən edilmiş qaydada şikayət vermək hüququnun olması izah olunsun. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-114/2024
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-114/2024
26.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver