Məhkəmə qərarları › İş №3(032)-1140/2025

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-1140/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-1140/2025 04.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X1 daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar tərtib edilmiş inzibati xəta haqqında protokol Şirvan Şəhər Məhkəməsinə 15 oktyabr 2025-ci il tarixdə daxil olmuşdur. Belə ki, inzibati xəta haqqında toplanmış materiala əlavə edilmiş inzibati xəta haqqında MN ******* nömrəli, xx.xx.2025-ci il tarixdə protokola nəzər yetirildikdə əmələ hüquqi qiymətin verilməsinin Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin tələblərinin pozulması əsası ilə tərtib edilməsi müəyyən edilmişdir. İş materialları araşdırılarkən müəyyən olunmuşdur ki, X5 elektrik qutusuna müdaxilə edən zaman orada partlayış baş vermişdir və istintaq orqanı müəyyən etmişdir ki, sonuncunun xəsarət almasına səbəb elektrik qutusunda həmin qutunun bağlanmasını nəzərdə tutuan qıfıl olmamış və bu səbəbdən Nəbi Kərimov oraya girib müvafiq işlər görən zaman partlayış baş vermişdir. İstintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, şəxsin xəsarət almasına səbəbliəlaqə ilə elektrik qutusunun qıfılının olmaması idi. Qənaət belə olmuşdur ki, əgər qıfıl orada olsaydı şəxs həmin elektrik qutusuna girməyəcəydi, nəticədə partlayış olmayacaq və şəxs xəsarət almayacaqdır. Məhz elə bu xüsusatdan çıxış edilmiş və Əlimərdən Əliyev AR İXM-in 198.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında iştirak edərək izahatında bildirmişdir ki, Şirvan RETS Şəbəkəsinin rəisi vəzifəsində işləyir. X3 xəsarət alması ilə bağlı Əlimərdən Əliyev məsuliyyət daşımışdır. Əlimərdən Əliyev nəzarətçi mühəndis işləmiş və binalarda elektrik qutularında qıfılların olubolmaması halını o, müəyyən etməkli sayğacların oxunması və təlimatla üzərinə düşmüş digər halları aparıcı, mühəndisə məruzə etməli, daha sonra isə aparıcı mühəndis isə mənə mövcud şəraiti məruzə etməli idi. Üumiyyətlə aparıcı mühəndis dindirilməmiş, onun vəzifələri və məsuliyyəti aydınlaşdırılmamış, onun üzərindən məsuliyyətə cəlb olunması qanunsuzdur. Əlimərdən Əliyevin öhdəliyi sayğacların oxunması idi. Hər ay 7-8 gün gedib sayğacları oxuyurdular.Əvvəllər elektrik qurğuları qutularında möhür olurdu. Qəzalar olduqdan sonra qıfılla əvəz edilmişdir. Lakin öz şəxsi təcrübəsindən o qənaətə gəlmişdir ki, qıfılın olmasının özü belə məqsədəmüvafiq deyildir. Çünki yanğın halında belə qıfılı açmaq çətinlik yaradır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 60.1-ci maddəsinə əsasən hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) bildiriş vasitəsilə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarını işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edir, onları işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək üçün çağırırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda ,inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. İş materialları məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə araşdırıldıqdan sonra müəyyən edilmişdir ki, Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsinin tələblərinin pozulması faktı ilə bağlı tərtib edilmiş MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar inzibati xəta tərkibinin subyektinə, barəsində protokol tərtib olunmuş şəxsin vəzifə öhdəliklərinə, eləcə də hadisənin baş vermə səbəblərinə dair hüquqi qiymətin verilməsi üçün zəruri məlumatları özündə əks etdirmir, işin tam şəkildə araşdırılması üçün lazımi faktiki halları tam aydınlaşdırmır və bu səbəbdən natamam hesab edilir. İş materiallarından görünür ki, hadisə zamanı X3 elektrik qutusuna daxil olması nəticəsində partlayış baş vermiş və o, xəsarət almışdır. İstintaq orqanı bu nəticənin yaranmasına səbəb kimi elektrik qutusunda qıfılın olmamasını göstərmiş, belə qənaətə gəlmişdir ki, qıfılın olmaması şəxsə elektrik qutusuna giriş imkanı yaratmış və hadisənin baş verməsi üçün şərait meydana çıxarmışdır. Bu xüsusatların təhlilinə əsasən inzibati məsuliyyət Əlimərdən Əliyev barəsində İXM-nin 198.3-cü maddəsi ilə müəyyən olunmuşdur. Lakin məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs – Şirvan RETS Şəbəkəsinin rəisinin vəzifə səlahiyyətləri və konkret olaraq elektrik qutusunda qıfılın olub-olmamasına dair cavabdehliyinin hüdudları iş materiallarında göstərilməmiş, onun bu məsuliyyəti daşıyıb-daşımadığına dair zəruri hüquqi əsaslar müəyyən edilməmişdir. Həmçinin məhkəmədə dindirilmiş Şəxs göstərmişdir ki, elektrik qutularında qıfılların olub-olmaması halını bilavasitə nəzarətçi mühəndis – Əlimərdən Əliyev müəyyən etməli, aşkar etdiyi çatışmazlığın mövcudluğunu aparıcı mühəndisə məruzə etməli, aparıcı mühəndis isə həmin məlumatları şöbə rəisinə təqdim etməli idi. Bu ardıcıllıqla cavabdehlik bölgüsü və işçi funksiyalarının paylanması barəsində iş materiallarında heç bir araşdırma aparılmamış, nəzarətçi mühəndisin faktiki funksiyaları, ona verilmiş təlimatlar, tabelik qaydaları, habelə aparıcı mühəndisin məsuliyyəti və öhdəlikləri müəyyən edilməmişdir. İş materiallarında elektrik qutusunda qıfılın olmamasına görə hansı vəzifəli şəxsin bilavasitə cavabdeh olduğu, qıfılın quraşdırılması və saxlanmasına dair konkret təlimatların kimə aid edildiyi, həmin təlimatların pozulub-pozulmadığı barədə hüquqi əhəmiyyət kəsb edən faktlar araşdırılmamış, bu istiqamətdə zəruri sənədlər təqdim edilməmiş və hadisənin mexanizmi tam aydınlaşdırılmamışdır. Məhz bu səbəbdən Şəxs hərəkət və ya hərəkətsizliyinin inzibati xəta tərkibində iştirak edib-etməməsi barədə hüquqi nəticə çıxarmaq mümkün deyildir. İXM-in 60.1-ci maddəsinə əsasən, iş üzrə iştirakçılara hüquq və vəzifələr izah olunmalı və işdə iştirak etmək imkanı yaradılmalıdır. Lakin protokolda barəsində icraat aparılan şəxsin hüquqlarının izahı haqqında aydın qeyd yoxdur. İXM-in 100.2–100.4-cü maddələrinə əsasən, protokolun tərtibi zamanı şəxsin izahat vermək hüququ təmin edilməli, protokol ona təqdim olunmalı, imzalamaqdan imtina etdiyi halda bunun səbəbi göstərilməlidir. Materiallardan görünür ki, protokolda bu prosedur tələblərin icra edilib-edilməməsi dəqiq şəkildə təsdiqini tapmamışdır. İXM-in 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud materiallar natamam olduqda və bu çatışmazlıqlar məhkəmədə tamamlana bilmədikdə, protokol və materiallar onu tərtib etmiş orqana geri qaytarılır. Hazırkı işdə: – barəsində protokol tərtib edilmiş şəxsin vəzifə səlahiyyətləri tam araşdırılmayıb; – elektrik qutusunda qıfılın olmasına görə cavabdehliyin konkret subyekti göstərilməyib; – bu cavabdehliyin hansı təlimat və normativ aktlarla tənzimləndiyi müəyyən edilməyib; – hadisəyə səbəb olan amillər və onların subyektlə əlaqəsi aydınlaşdırılmayıb; – protokolun tərtibi zamanı prosedur tələblərin icrası tam göstərilməyib; – təqdim edilmiş materiallarla hadisənin mexanizmi və məsul şəxslər müəyyən edilə bilməyib. Beləliklə, inzibati xəta haqqında protokol və ona dair sənədlər natamam hesab edilməli, sənədlərin tərtibindəki çatışmazlıqlar məhkəmə tərəfindən aradan qaldırıla bilmədiyi üçün inzibati xətanın subyekti və tərkib əlamətləri barədə hüquqi qiymətləndirmə aparılması mümkün deyildir. Göstərilənləri nəzərə alıb hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində toplanmış materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Qeyd olunanlara və Azərbaycan Respublikasının İXM-nin 106 və 109-cu maddələrinə əsasən, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol onu tərtib etmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidmətinin X2 geri qaytarılsın. Hakim Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar