Məhkəmə qərarları › İş №3(032)-1142/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1142/2025

06.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1142/2025 06.02.2026 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abbasova Nərmin Bəxtiyar qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X7 iştirakı ilə, X11 barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X18 Xidməti X6 rəisi X22 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərardan X11 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X11 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası İXMnin 192.6-cı maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X18 Xidməti X6 rəisi X22 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Şirvan şəhərində yerləşən MTİ-nin rəisi vəzifəsində işləyir. xx.xx.2025-ci ildə şikayət əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X18 Xidməti X6 əməkdaşları tərəfindən aparılmış yoxlama zamanı fəaliyyətində işçi X9 Əmək Məcəlləsinin tələblərinin pozulması halını aşkar etmiş və barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuş və 1500 manat məbləğində cərimə edilmişdir. Daha sonra, inzibati xəta ilə bağlı məsələyə baxılması üçün xx.xx.2025ci il tarixə, saat 11:00-a iclas təyin edilmişdir. Həmin iclasda üzrlü səbəbdən iştirak edə bilməsə də, protokol üzrə müəyyənləşdirilmiş çatışmazlığı təyin olunmuş vaxtdan öncə aradan qaldırılmış və işçinin əmək haqqı ödənilmişdir. X9 əmək müqaviləsinə xitam verilmə proseduru zamanı əmək qanunvericiliyinin tələbləri tərəflərindən pozulmamış, HİK təşkilatının iclası keçirilərək iclasa dəvət olunsa da, işçi çağırışa gəlməmiş, buna əsasən HİK işinin əmək müqaviləsi üzrə üzərinə düşən vəzifələri yerinə yetirməməsi qənaətinə gələrək sonuncunun əmək müqaviləsinə 70-ci maddənin “ç” bəndinə əsasən xitam verilməsini məqsədəmüvafiq hesab etmişdir. Şirvan Şəhər Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 3(032)-1142/2025 nömrəli qərarı ilə şikayət təmin edilmiş, X7 barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X18 Xidməti X6 rəisi X22 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərar ləğv edilmişdir. Həmin qərardan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Hüquq İdarəsinin rəisi İslam Həsənzadə apellyasiya şikayəti verərək, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(032)-1142/2025 nömrəli qərarının ləğv edilməsi və Xidmətin X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” qərarın qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(106)-715/2025 nömrəli qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan Şəhər Məhkəməsinin 27 oktyabr 2025-ci il tarixli, 3(032)-1142/2025 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş üzrə icraat materialları qərarın təsviri-əsaslandırıcı hissəsində sadalanan halların araşdırılması üçün Şirvan Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X11 şikayətin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, X16 işlədiyi müddət ərzində dəfələrlə intizam qaydalarını pozmuş, vəzifə öhdəliklərini yerinə yetirməmişdir. İşdən kənarlaşdırıldığı müddət ərzində Vüqar Əşrəfova əmək haqqı ödənilməmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq qərarından şikayət verilən orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını dinləyib, şikayət ərizəsini iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 09-K nömrəli əmrdən görünür ki, X5 şəhər Mənzil Təsərrüfat İdarəsinin Təmir işləri üzrə sahə rəisi vəzifəsinə təyin edilmişdir. - 01-i nömrəli xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, müvafiq aktla öz təsdiqini tapmaqla X12 xəbərdarlıq elan edilmişdir. - xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, müvafiq aktla öz təsdiqini tapmaqla X12 töhmət intizam tənbehi verilmişdir. - xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, müvafiq aktla öz təsdiqini tapmaqla X12 şiddətli töhmət intizam tənbehi verilmişdir. - xx.xx.2025-ci il tarixli əmrdən görünür ki, müvafiq aktla öz təsdiqini tapmaqla X16 AR ƏM-in 70-ci maddəsinin “ç” bəndinə görə işdən azad edilməklə əmək müqaviləsinə xitam verilmişdir. - çıxarışdan görünür ki, xx.xx.2025-ci il tarixdə 1333 manat 83 qəpik məbləğində pul vəsaiti X10 hesabına köçürülmüşdür. - 22 iyul 2025-ci il tarixli AKT-ın surətindən görünür ki, təmir-təmizlik sahəsinin rəisi X12 xx.xx.2025-ci il tarixdən idarənin rəisi İ.İsmayılov tərəfindən verilmiş şifahi tapşırığa əsasən işə buraxılmaması barədə xəbərdarlıq edilmiş, onun işə buraxılmamaq səbəbi idarə rəhbərinin tapşırıqlarını yerinə yetirməməsi və rəhbər tərəfindən ona heç bir tapşırığın verilməməsi olmuş, V.Əşrəfov xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək işə buraxılmadığı halda özbaşına gəlib iş yerində oturaraq işçilərin işinə mane olmuşdur. - Şirvan şəhər Mənzil Təsərrüfat İdarəsinin 28 iyul 2025-ci il tarixli 5-8-4/2-98/2025 nömrəli məktubundan görünür ki, X10 iyul ayı üzrə 12 iş gününün olduğu nəzərə alınaraq ələ alacağı məbləğ 191.97 manat olmuşdur. xx.xx.2025-ci il tarixdə ümumilikdə onun əmək haqqı kartına 1333.83 manat pul vəsaiti köçürülmüşdür. - 06 avqust 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Yanında X18 Xidmətinin X6 rəisi X22 tərəfindən X11 barəsində tərtib edilmiş protokoldan müəyyən edilir ki, vətəndaş X9 əmək müqaviləsinə düzgün xitam verilməmiş, işdən kənarlaşma zamanı əmək haqqı ödənilməməsi müəyyən edilmişdir. X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə 1500 manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsinə dair qərar qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 62-ci maddəsinə əsasən işəgötürən aşağıdakı hallarda mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər: a) işçi alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəldikdə, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olduqda; b) bu Məcəllənin 226-cı maddəsi ilə müəyyən edilmiş hallarda işçi icbari tibbi müayinə olunmaqdan boyun qaçırdıqda və ya keçirilmiş müayinələrin nəticələrinə əsasən həkim komissiyalarının verdikləri tövsiyələri yerinə yetirmədikdə, habelə icbari tibbi müayinə ilə bağlı verilmiş tibbi rəydə əmək funksiyalarının yerinə yetirilməsinə əks göstərişlər aşkar edildikdə; c) iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə; ç) insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə və vəzifələrdə işləyən işçi vaxtaşırı insanın immunçatışmazlığı virusuna mütləq tibbi müayinədən imtina etdikdə; d) müəyyən olunmuş qaydada əməyin mühafizəsi üzrə təlimdə iştirak etməkdən və biliyinin yoxlanılmasından boyun qaçırdıqda; e) əmək vəzifələrinin pozulması halının araşdırılmasına maneçilik törətdikdə. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin maddənin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 83-cü maddəsinin 3-cü hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 186-cı maddəsinin 2-ci hissəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək. 189-cu maddəsinin 1-ci hissəsinə əsasən bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 192.6-cı maddəsinə əsasən işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə - vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X11 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin X6 rəisi tərəfindən xx.xx.2025ci il tarixli, MN ******* nömrəli inzibati qərar qəbul edilmiş, həmin qərarda işçi X10 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələblərinin pozulması ilə xitam verildiyi və işçinin işdən kənarlaşdırılması zamanı əmək haqqının ödənilmədiyi qeyd edilmişdir. Hazırda X1 qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə aşağıdakı əsaslara görə qəbul edilmiş qərarı qanuni və əsaslı hesab edir. İlkin olaraq, iş materiallarında olan 22 iyul 2025-ci il tarixli AKT-ın surətindən görünür ki, təmir-təmizlik sahəsinin rəisi X12 xx.xx.2025-ci il tarixdən idarənin rəisi İ.İsmayılov tərəfindən verilmiş şifahi tapşırığa əsasən işə buraxılmaması barədə xəbərdarlıq edilmiş, onun işə buraxılmamaq səbəbi idarə rəhbərinin tapşırıqlarını yerinə yetirməməsi və rəhbər tərəfindən ona heç bir tapşırığın verilməməsi olmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 62-ci maddəsində işçinin işdən kənarlaşdırılmasının əsasları konkret olaraq göstərilmiş, lakin qeyd olunan hallardan hər hansı biri olmadan X16 xx.xx.2025-ci il tarixdən işdən kənar edilmişdir. Həmçinin, Şirvan şəhər Mənzil Təsərrüfat İdarəsinin 28 iyul 2025-ci il tarixli 5-8-4/2- 98/2025 nömrəli məktubuna əsasən müəyyən edilmişdir ki, X10 iyul ayı üzrə 12 iş gününün olduğu nəzərə alınaraq ələ alacağı məbləğ 191.97 manat olmuşdur. Bu isə onu göstərir ki, qanunsuz olaraq X10 işdən kənarlaşdırılan dövr üçün ona əmək haqqı hesablanıb ödənilməmişdir. Məhkəmə iclasında iştirak edən X11 da işdən kənarlaşdırıldığı dövrdə X12 əmək haqqı ödənilmədiyini təsdiq etmişdir. Beləliklə, işçinin faktiki işdən kənarlaşdırıldığı tarixlə son hesablaşmanın aparıldığı tarix arasındakı dövrdə ona əmək haqqı hesablanmamışdır. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X12 xx.xx.2025-ci il tarixdə İdarənin 14-İ nömrəli əmri ilə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir. Qeyd olunan hal 33 gün sonra, yəni xx.xx.2025-ci il tarixdə Şirvan Mənzil Təsərrüfatı İdarəsinin yerli Həmkarlar Təşkilatında müzakirə olunmuş və onun işdən azad edilməsi məqsədəuyğun hesab edilmişdir. İşçi ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. Əmək müqaviləsinə xitam verilməsi barədə əmrdə də xitam üçün konkret hansı əsasın olması göstərilməmiş, yaxud əvvəlki intizam tənbehinin əsası olmuş hal irəli sürülmüşdür. Məhkəmə bildirir ki, X4 Əşrəfov tərəfindən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan hüquq pozuntusuna yol verildiyini təsdiq edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə o qənaətə gəlir ki, X11 tərəfindən Əmək Məcəlləsinin 187-ci və 189-cu maddələrinin tələbləri pozularaq eyni intizam xətasına görə bir neçə intizam tənbehi tətbiq edilmişdir. Bundan əlavə, X16 ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilərkən həmin Məcəllənin 80-ci maddəsinin 1-ci və 2-ci hissəsinin və 83-cü maddəsinin 3-cü hissəsinin tələblərinə X11 tərəfindən əməl edilməmişdir. Belə ki, işəgötürənin həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət etməsini, həmkarlar ittifaqı təşkilatının buna dair əsaslandırılmış yazılı qərarını, həmçinin əmək müqaviləsinə xitam verilməsinə dair əmrin surətinin işçiyə təqdim edilməsini təsdiq edən sənədlər X11 tərəfindən məhkəməyə təqdim edilməmişdir. Halbuki, Əmək Məcəlləsinin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Beləliklə, məhkəmə, işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirərək hesab edir ki, mübahisələndirilən qərarın ləğv edilməsi üçün əsaslar mövcud deyildir və bu səbəbdən X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X18 Xidməti X6 rəisi X22 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərardan verdiyi şikayət təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də, qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X11 barəsində Azərbaycan Respublikası İXM-nin 192.6-cı maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında X18 Xidməti X6 rəisi X22 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərardan X11 tərəfindən verilmiş şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Şirvan şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Nərmin Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar