Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1147/2023 16.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay , işləməyən, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşur, ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 04.30 radələrində Şirvan şəhəri, F.İsmayılov küçəsində ərazidə xidmətdə olan polis əməkdaşları ilə mübahisə edərək sürücüyə etdiyi qayda pozuntusunun izah edilməsi ilə bağlı qanuni taləbinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 04.30 radələrində sərnişin olduğu avtomobil polis əməkdaşları tərəfindən saxlanılmış,həmin vaxt onlar spirtli içki qəbul etdiklərindən polis əməkdaşı avtomobili duracağa yerləşdirilməsini bildirmişdir. Qardaşı Raqifi polis avtomobilinə əyləşdirən zaman qardaşı ilə polis əməkdaşı arasında mübahisə olmuş, o həmin vaxt polis əməkdaşına qardaşının xəstə olmasını bildirmişdir. Onun polisin qanuni tələbinə tabe olacaq hansısa hərəkət etmək istəməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfər X3 izahat verib bildirdi ki,xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri F.İsmayılov xidmətdə olarkən polis şöbəsinin duracağına YPX-nin əməkdaşları rabitə vasitəsi ilə kömək çağırmışlar. Ora gedən zaman üç nəfər şəxsin polis əməkdaşları ilə mübahisə etdiklərini görmüş, onları nimza-intizama dəvət etmişdir. Həmin vaxt onların spirtli içki içmələri məlum olmuşdur. Dəfələrlə nizam-intizama dəvət etsələr də onların qanuni tələblərinə məhəl qoymaraq öz hərəkətlərinə davam etdiklərindən həmin şəxslər Şirvan şəhər Polis Şöbəsinin növbətçi hissəsinə gətirilmişlər. Şirvan şəhər Polis Şöbəsində Şəxs və X4 olması məlum olmuşdur. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 14 oktyabr 2023-cü il tarixdə saat 04.50 radələrində inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis komandiri Saleh Vahidov, Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfərləri S.Qasımov, S.Şəbiyev və E.Nağıyev tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023cü il tarixdə saat 04.30 radələrində Şirvan şəhəri F.İsmayılov küçəsində polis şöbəsinin duracağına YPX-nin əməkdaşları rabitə vasitəsi ilə kömək çağırmışlar, onları gördükdə həmin şəxslər üzərlərinə hücum çəkmişlər, Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis komandiri Saleh Vahidovun ağız nahiyyəsindən başı ilə vurmuşdur. Həmin şəxsləri xidməti avtomomaşına mindirən zaman arxa yan şüşəyə təpik vuraraq sındırmış, onlar üzərərində olan atributları qopardaraq dövlətçilik və ümumi hüquq mühafizə orqanları haqqında nalayiq küçə söyüşləri söyməyə başlamışlar. Onlar həmin şəxsləri zorla olsa da polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. Şirvan şəhər Polis Şöbəsində məlum olmuşdur ki , Şəxs və X1r. Şəxs tərəfindən törədilmiş bu inzibati xəta onun izahatı ilə yanaşı, şahidin ifadəsi ilə, iş materiallarında olan inzibati xəta haqqında protokolla və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səmimi peşmançılığını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən etdi. Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən xətanın xarakterini, təqsirinin dərəcəsinin, onun şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halları, əmlak vəziyyətini nəzərə alaraq hesab edir ki, ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cəzalardan cərimə cəzası təyin olunmalı, bir gün inzibati həbsdə qalmağı nəzərə alınaraq təyin olunacaq cərimə azaldılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1, 43, 114, 115, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat miqdarında cərimə edilsin, bir gün inzibati həbsdə qalmağı nəzərə alınaraq təyin olunmuş cərimə 50 (əlli) manat azaldılsın və qəti olaraq 150 (yüz) əlli manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN : ETİBAR HÜMBƏTOV
Məhkəmə qərarları › İş №3(032)-1147/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1147/2023
16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver