Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1152/2023 17.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X2 iştirakı ilə , xx.xx.1988-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli ,orta təhsilli, işləməyən , ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2yan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Şəxs Şirvan şəhər Məhkəməsinin 2(032)-242/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün əvvəli xx.xx.2015-ci ildən hesablanmaqla hər ay 50 manat sabit pul məbləğində aliment və Şirvan şəhər Məhkəməsinin 2(032)-1500/2022 saylı , xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay 160 manat aliment tutularaq iddiaçı X3 verilməsi barədə icra sənədlərinin icrası ilə bağlı Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta hadisəsinin olması 17 oktyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün Şirvan şəhər Məhkəməsinin 2(032)-242/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən 150 manat və Şirvan şəhər Məhkəməsinin 2(032)-1500/2022 saylı , xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 1440 manat aliment tutularaq iddiaçı X3 verilməlidir. Daimi işi yoxdur. O, aylıq aliment pulunu ödəyə bilmir, lakin iddiaçı ondan borclu olduğu pulu da istəyir. Maddi imkanı olmadığından aliment borcunu ödəyə bilmir. Onun ümumiyyətlə aliment borcunu ödəmək fikri yoxdur,gələcəkdə də ödəməyəcəkdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-242/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədinə əsasən 150 manat və Şirvan şəhər Məhkəməsinin 2(032)-1500/2022 saylı , xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün 1440 manat aliment tutularaq ona verilməlidir. Lakin borclu icra sənədləri üzrə borcu ödəməkdən imtina edir. Borcun tam qaytarılmasını tələb etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X5 izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-242/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsinə əsasən xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün əvvəli xx.xx.2015ci ildən hesablanmaqla hər ay 50 manat sabit pul məbləğində aliment və Şirvan şəhər Məhkəməsinin 2(032)-1500/2022 saylı , xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay 160 manat aliment cavabdeh Şəxs tutularaq iddiaçı X3 verilməsi qət edilmişdir. Borcluya “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra sənədi üzrə tələb icra edilməmişdir. Şəxs son bir ildə ümumiyyətlə ödəniş etməmişdir. Hazırki vaxtda Şəxs Şirvan şəhər Məhkəməsinin 2(032)-242/2015 saylı, xx.xx.2015-ci il tarixli icra vərəqəsi üzrə 150 manat , Şirvan şəhər Məhkəməsinin 2(032)-1500/2022 saylı , xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə 1440 manat, ümumilikdə 1590 manat aliment borcu yaranmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-242/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi və Şirvan şəhər Məhkəməsinin 2(032)-1500/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə yaranmış aliment borcunun alınıb tələbkar X3 ödənilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şəxs yazılı izahatından görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-242/2015 saylı, xx.xx.2015-ci il tarixli icra sənədi və Şirvan şəhər Məhkəməsinin 2(032)-1500/2022 saylı , xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borcu işləmədiyindən və maddi imkanı olmadığından ödəməmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbs növündə inzibati tənbehin müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33 maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri,inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olmaması, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Beləliklə hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının həddləri daxilində müəyyən müddətə inzibati həbs edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 11 (on bir) gün müddətinə inzibati həbs tətbiq olunsun. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Qərardan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Etibar Hümbətov
Məhkəmə qərarları › İş №3(032)-1152/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1152/2023
17.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver