Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-1159/2023 26.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızı , Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü və 327.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarından X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə o, Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.3-cü və 327.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Qeyd etmişdir ki, inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir, belə ki, 99 LK129 dövlət qeydiyyat nömrəli minik avtomobili ilə hərəkət edən zaman o yola uyğun heç bir qayda pozuntusu törətməmişdir, qərarda onun idarə etdiyi nəqliyyat vasitəsi ilə əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyi qeyd edilsə də həmin yerdə qayda pozuntusu hesab olunacaq heç bir yol nişanı göstərilməmişdir. O, həmçinin bu qərarın yazılmasına əsas səbəb kimi onun köhnə tarixdə sürücülük hüququnun məhdudlaşdırılması və cərimə olunmağını göstərmiş, lakin cərimə məbləği tərəfindən ödənilməsinə baxmayaraq sistemdən silinmədiyini və yenidən cərimə yazılmasına səbəb olduğunu bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş şikayət vermiş şəxs X1 məhkəməyə gəlməmiş , Azərbaycan Respublikası İXM-nın 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarının surətindən görünür ki, X1 idarə etdiyi “Chevrolet Niva” minik markalı ** LK *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə saat 02:45-də Şirvan şəhəri T.İsmayılov küçəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış halda nəqliyyat vasitəsini idarə etmiş, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozmuşdur. Bu pozuntuya görə 300 manat məbləğində cərimə tətbiq edilmişdir. Şikayət vermiş şəxs X1 xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək , onun inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair verdiyi şikayətin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə hesab edir ki, X1 şikayətin baxılmadan geri qaytarılması barədə ərizə verdiyindən şikayət baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü və 327.1-ci maddələri ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarından X1 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-1159/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-1159/2023
26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver