Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-116/2024 14.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, “Dost” mərkəzində fəhlə işləyən, orta təhsilli, Şirvan şəhəri, Hacıqəhərmanlı qəsəbəsi N.Nərimanov küçəsi 49 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən 05 dekabr 2023-cü il tarixli İXP № ******* saylı hazırkı protokol tərtib edilmişdir ondan ötəri ki, 18 noyabr 2023-cü il tarixdə saat 11.20 radələrində «Daewoo Nexia» minik markalı ** CR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Şirvan şəhəri H.Əliyev prospektində avtomobili ilə əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydalarını pozmaqla «Hyundai Elantra » minik markalı ** XD *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması nəticəsində Zərərçəkmiş şəxs sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir . İnzibati xəta hadisəsinin olması yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 02 dekabr 2023-cü il tarixli qərarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, “Dost” mərkəzində fəhlə işləyir, 18 noyabr 2023-cü il tarixdə saat 11.20 radələrində «Daewoo Nexia» minik markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobili Şirvan şəhəri H.Əliyev prospekti ilə üzü Salyan dairəsi istiqaməti ilə saat 30-40 km/saat sürətlə hərəkətdə olduğu zaman yolun sağ zolağından sol zolağa dönmə işığını yandıraraq keçmək istəyərkən qarşısında hərəkətdə olan «Hyundai Elantra » minik markalı avtomobil əyləci basıb dayandığını görmədiyi üçün həmin avtomobilin arxa hissəsinə vurub dayanmışdır. Toqquşmadan sonra avtomobildən enmiş və qarşı tərəfin sürücüsü ona bildirmişdir ki, həyat yoldaşı xəsarəti almış onu xəstəxanaya aparmaq lazımdır. Tərəfindən xəsarət almış şəxs xəstəxanaya çatdırılmış, ona köməklik göstərilmişdir. Hal-hazırda isə zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu, bütün bunların qərar qəbul edərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs məhkəmə bildirişi göndərilmiş, lakin o məhkəməyə gəlməmiş, işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmamış, ərizə göndərərək Bakı şəhərində olduğundan işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Şəxs şikayətçi olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə nazirliyinin “Məhkəmə -Tibbi Ekspertiza və X2” X4 30 noyabr 2023-cü il tarixli 604 №-li rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər – sağ qaşüstü nahiyədə əzilmiş-cırılmış yara - küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 18 noyabr 2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş sərxoşluq vəziyyətinin təyini məqsədi ilə aparılan 18 noyabr 2023-cü il tarixli, 123 saylı sərxoşluq vəziyyətinin tibbi müayinə aktının surətindən görünür ki, Şəxs hadisə vaxtı ayıq vəziyyətdə olmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 02 dekabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs 18 noyabr 2023-cü il tarixdə saat 11.00 radələrində Şirvan şəhəri H.Əliyev prospekti ilə Salyan dairəsindən üzü Salyan dairəsi istiqamətində hərəkətdə olan , Şəxs özünə məxsus olan «Daewoo Nexia» minik markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobili X1 idarə etdiyi «Hyundai Elantra » minik markalı ** XD *** dövlət qeydiyyat nişanlı avtomobili arxa tərəfdən vuraraq toqquşmasına səbəb olmuş, nəticədə Zərərçəkmiş şəxs yüngül xəsarət almışdır. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Şirvan şəhər Polis Şöbəsinin DYPB-nə təqdim olunması qərara alınmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə daxil olmuş ərizəsindən görünür ki, Bakı şəhərində olduğundan işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, Şəxs şikayətçi olmadığını bildirmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın yol hərəkəti qaydaları əleyhinə olması barədə xarakteri, əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. İnzibati xəta törətmiş şəxsin əməlindən peşman olması, zərərçəkmiş şəxsin ona qarşı tələbinin olmaması məsuliyyəti yüngülləşdirən hal olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının həddləri daxilində cərimə növündə inzibati tənbeh verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-ci, 115-ci ,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-116/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-116/2024
14.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver