Məhkəmə qərarları › İş №3(032)-1160/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1160/2025

04.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1160/2025 04.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Şikayət vermiş şəxs Xəlilova Nuridə Hicran qızının iştirakı ilə, Xəlilova Nuridə Hicran qızının X7 Mil-Muğan regional şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli bilinərək qəbul edilmiş “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsinə dair verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Xəlilova Nuridə Hicran qızı şikayətlə məhkəməyə müraciət edərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 539.1-1-ci maddəsinə əsasən X7 Mil-Muğan regional şöbəsinin rəisi X6 tərəfindən tərtib edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə Sabirabad rayonu Qarağac kənd tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışır. Sabirabad rayonu Qarağac kənd tam orta ümumtəhsil məktəbinin sabiq ibtidai sinif müəllimi X3 təkrar sertifikatlaşdırmada uğur qazanmadığı üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-2-13F/2024 nömrəli əmrinə əsasən Gülnar İsmayılova ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli 39 nömrəli əmrlə həmin tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləinin 70-ci maddəsinin “c” bəndi ilə tərəfindən xitam verilmişdir. Həmin hal ilə bağlı X3 tərəfindən 30 iyun 2025-ci il mə tarixdə X5 şikayət olunmuş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinin pozulması (üç yaşınadək uşağının olması) qənaətinə gəlinmişdir. X7 Xidməti tərəfindən ona X1 işə bərpası tələbi ilə bağlı rəsmi göstəriş məktubu göndərilmiş və həmin tələb haqlı olaraq icra edilmədikdə İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli bilinərək tərəfinə 18 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli qərarla 1000 (bir min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qeyd edir ki, həmin qərar qanunsuz və əsassızdır. Məhkəmə iclasında şikayət vermiş şəxs Xəlilova Nuridə Hicran qızı şikayətdə qeyd olunan xüsusatlara əsaslanaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. O, həmçinin qeyd etdi ki, Gülnar İsmayılova sertifikatlaşdırmadan keçmədiyi üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-2-13F/2024 nömrəli əmrinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli 39 nömrəli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilmişdir. Uzun müddət sonra X7 Xidməti onun himayəsində üç yaşınadək uşağı olmasına görə onun işə bərpa edilməsinə dair göstəriş vermişdir. O, həqiqətən də Gülnar İsmayılovanın himayəsində azyaşlı uşağın olduğunu, lakin bu hal G.İsmayılovanın məhz onun yəni direktor tərəfindən yenidən işə bərpa edilməsinə əsas vermədiyini bildirdi. Əlavə olaraq qeyd etdi ki, X1 fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana və ya məhkəməyə müraciət etməmişdir. Həmçinin, X3 işlə təmin olunması ilə bağlı müraciəti əsasında artıq başqa işlə təmin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə qərarından şikayət verilən X7 Mil-Muğan regional şöbəsinə məhkəmə bildirişi göndərilmiş, lakin X7 Mil-Muğan regional şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş, İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid bildirdi ki, Azərbaycan Respublikasının Təhsil haqqında Qanununun 36-2-ci maddəsinə əsasən dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 155 nömrəli Qərarına əsasən Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası (bundan sonra Qayda) təsdiq edilmişdir. Həmin Qaydanın tələblərinə uyğun olaraq təhsil müəssisələrində pedaqoli fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlər peşəkarlıq səviyyələrinin və peşə yararlılıqlarının yoxlanılması məqsədilə 5“ (beş) ildə bir dəfə ödənişsiz sertifikatlaşdırmadan keçməlidirlər. Təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir. Sabirabad rayonu Qaraağac kənd tam orta ümumtəhsil məktəbinin sabiq ibtidai sinif müəllimi X3 təkrar sertifikatlaşdırmada uğur qazanmadığı üçün Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-2-13F/2024 nömrəli əmrinə əsasən Gülnar İsmayılova ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixli 39 nömrəli əmrlə həmin tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilmişdir. Həmin hal ilə bağlı X3 tərəfindən 30 iyun 2025ci il tarixdə X5 şikayət olunmuş və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin tələblərinin pozulması (üç yaşınadək uşağının olması) qənaətinə gəlinmişdir. X7 Xidməti tərəfindən məktəbin direktoru Xəlilova Nuridə Hicran qızına X1 işə bərpası tələbi ilə bağlı rəsmi göstəriş məktubu göndərilmiş və həmin tələb haqlı olaraq icra edilmədikdə İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə təqsirli bilinərək 18 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli Qərarla ona 1000 (bir min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Qeyd edirik ki, həmin qərar qanunsuz və əsassızdır. Məhkəmə şikayət verən şəxsin izahatını, şahid ifadəsini dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-2-13F/2024 saylı təkrar sertikatlaşdırmadan keçməyənlər barədə əmrin surətindən görünür ki, “Bakı Şəhərl üzrə Təhsil İdarəsi (Nərminə Hüseynova), Abşeron-Xızı Regional Təhsil İdarəsi (İlhamə Abdullayeva), X12 Təhsil İdarəsi (Rövşən Əliyev), Gəncə-Daşkəsən Regional Təhsil İdaresi (Anar Qədiməliyev), Qazax-Tovuz Regional Təhsil və İdarəsi (Arslan Hacıyev), Qarabağ Regional Təhsil İdarəsi (Anar Məcidov), Quba-Xaçmaz Regional Təhsil İdaresi (Coşqun Əliyev), Lənkəran-Astara Regional Təhsil İdarəsi (Bəhruz Mehdiyev), X15 Təhsil İdarəsi (Elçin Kərimov), Mil-Muğan Regional Təhsil İdarəsi (Rəşad Musayev), Şəki-Zaqatala Regional Təhsil İdarəsi (Gunay Mahmudova), X11 Təhsil İdarəsi (Fuad Bədəlov) və Şirvan-Salyan Regional Təhsil İdarəsinə (Sənan Mənsimli) tapşırılsın ki, 08 iyun 2024-cü il tarixdə keçirilən təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərin (siyahı əlavə olunur) əmək müqavilələri 2024-cü ilin 27-28 İyun tarixlərində Azərbaycan Respublikası Əmək Mecəlləsinin 70-ci maddəsinin “c" bəndinə əsasən ləğv edilməsini və bununla bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsini təmin etsinlər.” Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-2-13F/2024 saylı əmrinə əlavə edilmiş siyahıdan çıxarışdan görünür ki, Sabirabad rayonu Qarağac kənd tam orta məktəbin ibtidai sinif müəlliməsi X1 adı həmin siyahıda qeyd olunmuşdur. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli 39 №-li əmrin surətindən görünür ki, “ Qarağac kənd tam orta məktəb” bölməsində “ ibtidai sinif müəllimi” vəzifəsində işləyən X4 ilə bağlanılmış 3NKWDY9000200” nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 70 ”c”-peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərara qəbul edildikdə” maddəsinə əsasən təkrar sertifikatlaşdırmada uğur qazanmadığı üçün xx.xx.2024-cü il tarixdən xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Mil-Muğan regional şöbəsinin ünvan 1 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3- 17-5/2-69987/2025-ci il nömrəli məktubdan görünür ki, X1 əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozulmaqla xitam verilməsi ilə bağlı yol verilmiş nöqsanların aradan qaldırılması, onunla yenidən əmək müqaviləsinin bağlanması və görülmüş tədbirlər barədə 30 gün ərzində X7 Xidmətinin Mil-Muğan regional şöbəsinə məlumat verilməsinə dair göstəriş verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin Mil-Muğan regional şöbəsinin ünvan 1 ünvanlanmış xx.xx.2025-ci il tarixli, 3-17-5/2-84097/2025-ci il tarixli məktubdan görünür ki, “vətəndaş X1 Azərbaycan Respublikası Nazirlər Kabinetinə ünvanladığı Mil-Muğan Regional Təhsil İdarəsinin Sabirabad rayon Qarağackənd” tam orta məktəbində əmək hüquqlarının pozulması barədə müraciətlərinə Azərbaycan Respublikası Əmək və Əhalınin Sosial Müdafiəsi Nazırlıyı yanında X7 Xidmətinin Mil-Muğan regional şöbəsində baxılmışdır. Təqdim olunmuş sənədlərdən məlum olmuşdur ki, G.İsmayılovanın əmək müqaviləsinə Azərbaycan Rüespublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin: 1-ci (üç yaşınadək uşağı clan qadınların bu Məcəllənin ) 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin: “ləğv edilməsi qadağandır) hissəsinin tələbləri pozulmaqla bu Məcəllənin 70-ci maddəsinin "C” bəndi ilə xitam verilmişdir. Aşkar edilmiş qanun pozuntusunun aradan qaldırılması məqsədilə tərəfimizdən Sabirabad rayonu Qaraağac kənd tam orta məktəbinin rəhbərliyinə icrası məcburi olan göstəriş məktubu göndərilmiş, lakin göstəriş məktubunda müəyyən edilmiş müddət ərzində törədilmiş hüquqpozma cavabdeh tərəfindən aradan qaldırılmadığına görə Sabirabad rayon Qarağac kənd tam orta məktəbinin direktoru Xəlilova Nundə Hicran qızı barəsində İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 539-1.1-ci və maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2025-ci ıl tarıxlı MN ******* nömrəli İnzıbatı cənmənin şərti olaraq tətbiq edilməsi haqqında Qərar qəbul edilmişdir. Qeyd olunanları nəzərə alaraq 30 (iyirmi) gün ərzində törədilmiş hüquqpozmanın aradan qaldırılmasını təmin edib nəticəsi barədə X7 Xidmətinin Mil- Muğan regional şöbəsinə məlumat verməyinızi xahış edirik. Nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 116.3 maddəsi ilə (Bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi huquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir) barənizdə müvafiq qaydada inzıbatı məsuliyyət tədbiri görüləcəkdir.” İnzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarın surətindən görünür ki, məktəbin direktoru Xəlilova Nuridə Hicran qızına X7 Xidməti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 3-17-5/2-69987/2025 nömrəli məktubla qeyd olunanları 30 təqvim günü müddətində təmin edilməmişdir. Nəticədə əmək hüquqları pozularaq əmək müqaviləsinə xitam verilmiş G.İsmayılova əvvəlki işinə qəbul edilməmişdir. X10 Hicran qızı tərəfindən Azərbaycan Respublikası İXM-nin 539.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Xəlilova Nuridə Hicran qızı Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyindən barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə şərti tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırlması üçün 30 gün müddət müəyyən olunmuşdur. İşin hallarından göründüyü kimi X7 Xidməti G.İsmayılova ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməsinə baxmayaraq, himayəsində üç yaşınadək uşağının olması əsası ilə onun işə bərpa edilməsinə dair ünvan 1 göstəriş vermiş və göstərişi 30 gün ərzində icra etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 539.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyindən N.Xəlilova barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə şərti tətbiq edilmiş və törədilmiş hüquqpozmanın aradan qaldırlması üçün 30 gün müddət müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, ilkin olaraq belə bir göstərişin qanuniliyini və icra edilməməsinə görə inzibati məsuliyyətin yaranmasının və belə bir göstərişin məhz X7 Xidməti tərəfindən verilməsinin mümkünlüyü məsələsini araşdırılmalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (ƏM): 67-2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər. 67-2-ci maddəsinin 4-cü hissəsinə əsasən “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 79-cu maddəsinin 1-ci hissəsinə əsasən işəgötürən tərəfindən hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə;həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 79-cu maddəsinin 2-ci hissəsinə əsasən Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir. "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun 36-2.1-ci maddəsinə əsasən dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Həmin Qanunun 36-2.4-cü maddəsinə əsasən sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. Həmin Qanunun 36-2.6-cı maddəsinə əsasən təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir. ƏM-in 15-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. ƏM-in 15-ci maddəsinin 3-cü hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın hüquqları, vəzifələri və fəaliyyət qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Əsasnamə ilə tənzim edilir. Həmin Məcəllənin 15-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla məhkəmənin səlahiyyətinə aid olan məsələlərin həlli üzrə fəaliyyət göstərə bilməz. ƏM-in 288-ci maddəsinin «a» bəndinə və «e» bəndinə əsasən əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi, əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması zamanı yaranan mübahisələr fərdi əmək mübahisələrinə aid edilir. ƏM-in 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. ƏM-in 294-cü maddəsinin 2-ci hissəsinə əsasən kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması nəzərdə tutula bilər. Bu orqanın yaradılması və fəaliyyət qaydası kollektiv müqavilələrlə nizama salınır. ƏM-in 300-cü maddəsinin 1-ci bəndinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X7 Xidməti haqqında Əsasnamə”nin 4.1.1-ci yarımbəndində əsasən Xidmət öz vəzifələrini yerinə yetirmək üçün işəgötürənlərə əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dair öz səlahiyyətləri daxilində göstərişlər vermək, öz səlahiyyətləri daxilində qərarlar qəbul etmək və onların yerinə yetirilməsinə nəzarəti həyata keçirmək hüququna malikdir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2021-ci il 30 iyul tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, X7 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. X7 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. X13 əsasən fərdi əmək mübahisələrinin həllində iddia müddətinin tətbiqi ilə bağlı təcrübədə yaranan qeyri-müəyyənliklərlə bağlı isə qeyd olunmalıdır ki, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həm məhkəməyə qədər baxan orqan tərəfindən, həm də məhkəmələr tərəfindən həlli zamanı tətbiq olunan müddətlər nəzərdə tutulmuşdur. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsində işçinin fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana müraciət etməsi üçün 3 aylıq, həmin maddənin 2-ci hissəsində isə məhkəməyə müraciət etməsi üçün 1 aylıq müddət müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən 2(102)-929/2024 nömrəli, xx.xx.2024-cü il tarixli üç ulduzlu qərarında qeyd edilir ki, işçinin əmək funksiyasının və vəzifələrinin icrası zamanı Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilən kobud pozuntulara yol verməsi vəziyyətində işəgötürən əmək münasibətlərinə son qoymaq hüququna malikdir. Lakin bu zaman baş vermiş hadisə ilə qoruma altına alınmış hallar arasında səbəbli əlaqənin mövcudluğu mütləq müəyyən olunmalıdır. Belə səbəbli əlaqənin mövcudluğunun sübut edilməməsi halında Əmək Məcəlləsinin 79-cu maddəsinə istinad edilməklə işəgötürənin hüquqlarının məhdudlaşdırılması əmək münasibətlərində bərabər olmayan mühit yaratmış olur. Bir normanın tətbiqi digər normanın tətbiqini ümumiyyətlə mümkünsüz və əhəmiyyətsiz edə bilməz. Yəni, Əmək Məcəlləsinin 79-cu maddəsi işçinin qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi ilə nəticələnən hərəkətlərə yol verilməsi zamanı 70-ci maddənin ç bəndinin tətbiqi məhdudlaşdırıla bilməz. Qeyd olunan qanunvericilik normalarından da müəyyən olunur ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. X3 tərəfindən də əmək müqaviləsinin ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli 39 №-li əmr məhz 08 iyun 2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmanın nəticəsinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin xx.xx.2024-cü il tarixli 3-29-69/3-2-13F/2024 saylı Təkrar sertikatlaşdırmadan keçməyənlər barədə əmrinə əsasən qəbul edilmişdir. Eyni zamanda, X2 təkrar sertifikatlaşdırmadan keçmək üçün möhlət verilmiş, lakin yenidən keçə bilmədiyinə görə onunla bağlanmış əmək müqviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının vahid məhkəmə təcrübəsini müəyyən edən 2(102)- 929/2024 nömrəli, xx.xx.2024-cü il tarixli üç ulduzlu qərarında formalaşmış mövqedən də görünür ki, baş vermiş hadisə ilə qoruma altına alınmış hallar arasında səbəbli əlaqənin mövcudluğu mütləq müəyyən olunmalıdır. Yəni hazırkı vəziyyətdə X1 təkrar sertifikatlaşdırmadan keçməməsinin onun himayəsində azyaşlı uşağa qulluq etməsi ilə hər hansı bağlılığının olması araşdırılmalıdır .Bu isə təbii ki, X7 Xidmətinin veridiyi göstərişi həyata keçirməklə deyil, məhkəmə qaydasında müəyyən olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 fərdi əmək mübahisələrinin həll edilməsi ilə bağlı məhkəməyə qədər orqana və ya məhkəməyə müraciət etməsi müəyyən olunmamışdır. Eyni zamanda müəyyən olunmuşdur ki, X3 ilə əmək müqaviləsinə xitam verilməsi barədə əmr xx.xx.2024-cü il tarixdə verilmiş və həmin əmrin mübahisələndirilməsi üçün məhkəməyə müraciət etmə müddəti qanunvericiliklə 1 ay nəzərdə tutulmasına baxmayaraq, X7 Xidməti əmrin verildiyi vaxtdan 1 il 2 ay sonra yəni xx.xx.2025-ci il tarixdə məktəbin direktoru Xəlilova Nuridə Hicran qızına icrası məcburi olan göstəriş vermişdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X7 Xidməti fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan olmasa da, ünvan 1 xx.xx.2024cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi barədə əmrin verildiyi vaxtdan 1 il 2 ay sonra X1 işə bərpa edilməsinə dair göstəriş ünvanladığından, qeyd olunan mübahisəyə məhkəmə qaydasında baxılması zərurəti olduğundan, X7 Xidmətinin Mil-Muğan regional şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-69987/2025-ci il nömrəli icrası məcburi olan göstərişi yerinə yetirməməsi səbəbi ilə Xəlilova Nuridə Hicran qızı barəsində xx.xx.2025ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib etməklə işəgötürənin hüquqlarını məhdudlaşdırdığından, İXM-nın 539.1-1-ci maddəsinin tərkib əlamətlərində (əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə məsuliyyət müəyyən edilmişdir) işçinin işə bərpa edilməsinə dair göstərişin icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, Şirvan şəhər Mənzil Təsərrüfat İdarəsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Azərbaycan Respublika İnzibati Xətalar Məcəlləsinin (İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (ərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nın 75.0.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi) müəyyən edilməlidir. İXM-nın 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-nın 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-nın 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18- dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə məsuliyyət müəyyən edilmişdir. İXM-nın 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nın 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. İXM-nın 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, şikayət təmin olunmalı, Xəlilova Nuridə Hicran qızı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən X7 Mil-Muğan regional şöbəsinin “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115,128-137, 134, 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şikayət təmin edilsin. Xəlilova Nuridə Hicran qızının İXM-nin 539.1-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair X7 Mil-Muğan regional şöbəsinin “inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında” xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar