Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-1161/2023 15.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli EQ 16185630 nömrəli qərarından X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şikayət vermiş şəxs X1 Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli EQ 16185630 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə X1 Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli EQ 16185630 nömrəli qərarına əsasən təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, E130KE799 dövlət nömrəli minik avtomobili ilə hərəkət edən zaman o yola uyğun sürət həddi ilə avtomobili idarə etmiş, heç bir sürət həddini aşmamamışdır. Lakin qərarda onun idarə etdiyi nəqliyyat vasitəsi ilə sürət həddini aşdığı qeyd edilmişdir. Halbuki həmin yerdə qayda pozuntusu hesab olunacaq heç bir yol nişanı göstərilməmişdir. Hesab edir ki, adı çəkilən qərar qanunsuz və əsassızdır. Qərarın yazılmasına səbəb isə onun köhnə tarixdə sürücülük hüququnun məhdudlaşdırılması və cərimə olunmasıdır. Həmin qərar ləğv olunsa da sistemdən silinməmiş və yenidən cərimə yazılmasına səbəb olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş şikayət vermiş şəxs X1 məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası İXM-nın 133.2.4-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli EQ 16185630 nömrəli qərarının surətindən görünür ki, X1 idarə etdiyi E130KE799 dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023cü il tarixdə saat 15:04:18-də Şirvan şəhəri Bakı-Quba yolu 12-ci km Quba istiqamətində yolda müəyyən edilmiş hərəkət surətini 19 km/saat həddində aşmış, bu pozuntuya görə 300 manat məbləğində cərimə tətbiq edilmişdir. Şikayət vermiş şəxs X1 xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək, onun inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair verdiyi şikayətin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında iş üzrə qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Beləliklə İXM-ə əsasən qərardan şikayətə baxılması həmin qərardan şikayət verən tərəfin iradəsində asılıdır. Bu səbəbdən də şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə hesab edir ki, X1 şikayətin baxılmadan geri qaytarılması barədə ərizə verdiyindən şikayət baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli EQ 16185630 nömrəli qərarından verilmiş şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-1161/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-1161/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver