Məhkəmə qərarları › İş №3(032)-1162/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1162/2023

20.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1162/2023 20.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Amil oğlunun iştirakları ilə, xx.xx.2001-ci il tarixdə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay , işləməyən, Sabirabad rayonu, Azadkənd kəndində qeydiyyatda olan Şəxs Amil oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Amil oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşur, ona görə ki, Şəxs Amil oğlu xx.xx.2023-cü il tarixdə saat 23.10 radələrində Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində səs-küy salaraq ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətlərinə yol vermiş, həmçinin bu xətanın qarşısını almaq istəyən polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Amil oğlu izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə Şirvan şəhərində yerləşən “Sərvət” şadlıq sarayında toy məclisində iştirak etmiş, şadlıq sarayının həyətində olarkən dava-dalaş olduğunu, qardaşının orada olduğunu görmüş, ona görə də həmin şəxsləri ayırmağa çalışmışdır. Həmin vaxt polis əməkdaşları yaxınlaşaraq onları ayırmış, onu da digər şəxslərlə birlikdə polis şöbəsinə aparmaq üçün polis avtomobilinə mindirmişlər. Polis avtomobilində olarkən polis əməkdaşları ona qarşı əl-qol hərəkətləri etdiyindən o bilmədən ayağını polis avtomobilinin şüşəsinə vurmuş, nəticədə şüşə sınmışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin PPXBnin polis serjantı X7 izahat verib bildirdi ki,xx.xx.2023-cü il tarixdə saat 23.10 radələrində Şirvan şəhəri M.Ə.Rəsulzadə prospektində xidmətdə olarkən “Sərvət” şadlıq sarayının həyətində üç nəfər şəxsin sərxoş halda mübahisə edərək ictimai qaydanı pozduqlarını görmüş, onlar sərxoş vəziyyətdə yersiz səs-küy salaraq onların xidmətinə mane olmağa başlamışlar. Şirvan şəhər Polis Şöbəsinə aparmaq istəyərkən o, qəsdən xidməti avtomobilə təpik zərbəsi endirmiş , avtomobilin şüşəsini sındırmış və getmək istəmədiyini bildirmişdir. Çətinliklə də olsa onu xidməti avtomobilə əyləşdirib Şirvan şəhər Polis Şöbəsinə gətirərək Növbətçi hissəyə təhvil vermişlər . Məhkəmə iclasında şahid qismində izahat vermiş Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri X4 və X1 şahid X2 izahatına uyğun izahat verib göstərilən xüsusatları təsdiq etdilər. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs Amil oğlu 19 oktyabr 2023-cü il tarixdə saat 23.40 radələrində inzibati qaydada tutulmuş, 20 oktyabr 2023-cü il tarixdə saat 09.00-da azad edilmişdir. İş materiallarında olan Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis serjantı X8 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23-10 radələrində Şirvan şəhər M.Ə.Rəsulzadə prospektində xidmətdə olarkən həmin ərazidə “Sərvət” şadlıq sarayının həyətində 3 nəfər şəxsin sərxoş halda mübahisə edərək bir-birlərinə qarşı nəlayiq söyüşlər söyərək ictimai qaydanı pozduğunu görüb həmin şəxslərə yaxınlaşmışlar və özlərini təqdim edərək onları nizam intizama dəvət etmişlər. Lakin, həmin şəxslər sərxoş olduqlarından öz hərəkətlərini davam etdirib bir-birlərinə qarşı nəlayiq ifadələr işlətmişlər, onlara qarşı hətta əl-qol hərəkətləri ilə hədəgəlici ifadələr işlətmişlər. Həmin şəxsləri onlar dəfələrlə nizam-intizama dəvət etsəkdə, həmin şəxslər öz hərəktlərini davam etdirir ictimaiyyət arasında polisin nüfusuna ləkə yaxmaq istəmişlər. Onlar həmin şəxsləri çətinliklə də olsa polis maşınına mindirərək polis şöbəsinə gəlmələrini təmin etmişlər. Polis şöbəsində həmin şəxslər Növbətçi Hissəyə təhvil vermişlər. Polis şöbəsində məlum muşdur ki, həmin şəxslər Sabirabad rayon sakinləri X3, Şəxs Amil oğlu və Şəxs Amil oğludur. Şəxs Amil oğlu tərəfindən törədilmiş bu inzibati xəta onun izahatı ilə yanaşı, şahidlərin ifadəsi ilə, iş materiallarında olan inzibati xəta haqqında protokolla və işin araşdırılmış digər halları ilə tam sübut olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə-əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyekti ictimai qayda və ictimai təhlükəsizlik olmaqla, əməlin obyektiv cəhətini ictimai qaydanı fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər təşkil edir. Hazırda məsuliyyətə cəlb edilən şəxsin ictimai yer sayılan və kütləvi tədbir keçirilən restoranın həyətində, küçədə, ətrafda insanların olduğu bir məkanda ətrafa etinasızlıq və hörmətsizlik göstərərək yüksək səslə, nəlayiq ifadələr işlətməklə kənar şəxslə mübahisə etməsi (özünün izahatı ilə də təsdiq olunur) kimi hərəkətləri məhz ittiham olunduğu inzibati xətanın tərkibinin tam formalaşması üçün kifayət edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs Amil oğlu xx.xx.2023-cü il tarixdə, saat 23:10-da törətmiş olduğu xırda xuliqanlıq hərəkətləri ilə əlaqədar kifayətlənməyərək, saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymadığı özlüyündə ittiham olunduğu ikinci inzibati xətanın da tərkibinin mövcudluğuna dəlalət edir. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinə görə polis əməkdaşı bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Həmin Qanunun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 7-ci maddəsinin İİİ hissəsinə görə polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq,ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Beləliklə, məhkəmə Şəxs Amil oğlu barəsində tərtib olunmuş inzibati protokol üzrə ittiham olunduğu hər iki inzibati xətanı törətməsi sübuta yetirildiyindən, İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə təqsirli bilinməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə,tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Amil oğlu Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, lakin İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta daha ciddi xəta olduğuna görə ona həmin maddə ilə İXM-in 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Şəxs Amil oğlunun törətmiş olduğu inzibati xətanın xarakterini, işin hallarını, onun şəxsiyyətini, həmçinin törətmiş olduğu əmələ münasibətini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq, Şəxs Amil oğlunu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq baxımından onun barəsində İXM-nin 34.3-cü maddəsinin tələbləri rəhbər tutulmaqla inzibati həbs növündə tənbeh tədbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ : İnzibati xəta törətmiş Şəxs Amil oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən daha ciddi xətanı əhatə edən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyası çərçivəsində 22 (iyirmi iki) gün müddətinə inzibati həbs tətbiq olunsun. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 19 oktyabr 2023-cü il tarixdən, saat 23:40-dan hesablansın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. SƏDRLİK EDƏN : ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar