Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-1165/2023 25.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Şirvan şəhər X3 X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 09 sentyabr 2023-cü il tarixli EQ 16783707 nömrəli elektron qərarından X2 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə müəyyən etdi : Şikayət vermiş şəxs X1 Şirvan şəhər X3 X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 09 sentyabr 2023-cü il tarixli EQ 16783707 nömrəli elektron qərarın ləğv edilməsi barədə şikayəti Şirvan şəhər Məhkəməsinə 23 oktyabr 2023-cü il tarixdə daxil olmuşdur . Aşağıdakı əsaslara görə inzibati material geri qaytarılmalıdır. Belə ki, X2 24 oktyabr 2023-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək şikayətin baxılmadan geri qaytarılması xahiş etmişdir Məhkəmə hesab edir ki, şikayət vermiş şəxs X2 şikayətin baxılmadan geri qaytarılması barədə ərizə verdiyindən şikayət baxılmadan geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40,43 və 109-cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı : Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Şirvan şəhər X3 X5 tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 09 sentyabr 2023-cü il tarixli EQ 16783707 nömrəli elektron qərarından X2 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-1165/2023
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-1165/2023
25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver