Məhkəmə qərarları › İş №3(032)-1166/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1166/2023

23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1166/2023 23.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli , orta təhsilli, işləməyən , ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs mübahisəyə məhkəmədə mahiyyəti üzrə baxılanadək xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün əvvəli xx.xx.2023-cü ildən hesablanmaqla hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16(008)-152/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə bağlı Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta hadisəsinin olması 23 oktyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16(008)- 152/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün əvvəli xx.xx.2023-cü ildən hesablanmaqla hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq X2 xeyrinə ödəməli idi, lakin işləmədiyindən və maddi imkanı olmadığından aliment borcunu ödəyə bilmir və bu günədək aliment borcundan heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X5 izahat verərək bildirdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16(008)-152/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün əvvəli xx.xx.2023-cü ildən hesablanmaqla hər ay hər uşağa 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq X4 verilməsi qət edilmişdir. Borcluya xx.xx.2023-cü il tarixdə “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra sənədi üzrə tələb icra edilməmişdir. Borclunun elektron icra sistemində əks olunmuş informasiya məlumatlarından adına qeydiyyata alınmış hər hansı əmlakın və ya gəlir yerinin olmaması müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli qərara əsasən Şəxs barəsində axtarış elan edilmişdir. Ağayev X6 şəhər İcra və Probasiya şöbəsinə gətirilərək izahatı alınmışdır. Borclu icra sənədini icra etməkdən boyun qaçırdığından Şəxs barəsində yenidən xx.xx.2023-cü il tarixli qərara əsasən axtarış elan edilmişdir. Şəxs 23 oktyabr 2023-cü il tarixdə gətirilərək Şirvan şəhər İcra və probasiya şöbəsinə təhvil verilmişdir. Şəxs bugünə kimi ödənilməyən 2200 manat aliment borcu yaranmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16(008)-152/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə yaranmış aliment borcunun alınıb tələbkar X4 ödənilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şəxs yazılı izahatından görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 16(008)-152/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borcu işləmədiyindən və maddi imkanı olmadığından ödəməmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki,inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbs növündə inzibati tənbehin müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33 maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakteri ( idarəçilik qaydaları əleyhinə olması ) inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olmaması, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. Beləliklə hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən müddətə inzibati həbs edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 23 oktyabr 2023-cü il tarixdən hesablansın. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar