Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-117/2024 05.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, məhkəmə iclas katibi Alışova Arzu Tahir qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs və X2 iştirakları ilə, xx.xx.1997-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Şəxs barəsində Şirvan şəhər Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Şəxs idarə etdiyi “VAZ 21074” markalı, **-OM- *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şirvan şəhər, Xəqani küçəsində hərəkətdə olan zaman qarşısında hərəkətdə olan “Nissan Note" markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobili əks istiqamətdə hərəkət zolağına çıxaraq ötmə əməliyyatı həyata keçirmiş, həmin avtomobilin qarşısına keçən zaman düzgün manevr etməyərək öz avtomobilinin sağ hissəsi ilə digər avtomobil qabaq sol hissəsi toqquşmuş, nəticədə hər iki avtomobil yoldan çıxaraq “VAZ 21074” markalı avtomobil yolun kənarında olan iri gövdəli ağaca çırpılmışdır. Nəticədə zərərçəkmiş şəxslərin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Şəxs inzibati xəta törədilməsi haqqında protokolda göstərilən xüsusatları təsdiq edərək və inzibati xətanı törətməsində özünü təqsirli bilərək bildirdi ki, onun etibarnamə ilə idarə etdiyi albalı rəngli “VAZ 2107” markalı, **-OV-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. O, həmin avtomobili 3 ay bundan qabaq almışdır. O, hadisə baş verməmişdən 1 öncə yanacaq doldurma məntəqəsinə işə düzəlmişdi. xx.xx.2023-cü il tarixdə axşam saat 20:00-da işə girmişdir. xx.xx.2023-cü il tarixdə saat 08:00 da işdən çıxıb iş yoldaşını M.Ə.Rəsulzadə küçəsində düşürmüşdür. Sonra isə evə çörək almaq üçün çörək bişirmə sexinə getmiş, çörək aldıqdan sonra Şirvan şəhəri Xəqani küçəsi ilə üzü H.Əliyev prospekti ilə evlərinə doğru hərəkət etmişdir. Hərəkəti zamanı onun qarşısında hərəkətdə olan avtomobilin asta sürətlə hərəkət etdiyini görmüş və onu ötmə əməliyyatı edərək keçmək istəmişdir. Bu məqsədlə o, həmin avtomobilə arxadan gələn avtomobil olmadığı üçün yol verməsi üçün xəbərdar edici işıq yandırmış, həmin avtomobil ona yol vermədiyi üçün ötmə hərəkəti etmək üçün sol yola çıxmışdır. Həmin vaxt qarşıdan gələn avtomobil olmamış, ötmə hərəkəti edərkən asvalt örtüyü yaş olduğu, həmçinin idarə etdiyi avtomobilin təkərlərinin nasaz olduğundan maşını sürüşmüş, o, idarəetməni itirmiş və nəticədə onun idarə etdiyi avtomobil sağ tərəfində olan qırmızı rəngli maşının qarşısına doğru hərəkət etmişdir. Bu zaman həmin avtomobil ilə toqquşub birlikdə yolun kənarına çıxmışdırlar. Həmin vaxt onun maşını yolun kənarındakı ağaca sol tərəf üstə çırpılmış, qırmızı rəngli toqquşduğu avtomobil ilə onun avtomobilinin sağ tərəfinə dəymişdir. O, avtomobili ilə birlikdə ağacla həmin maşının arasında qalmış, avtomobilinin içərisində sıxışıb qalmışdır, sonra hadisə yerinə ətrafda olan şəxslər və FHN-nin əməkdaşları gəlib onu avtomobildən çıxartmışdır. Sonra isə təcili yardım maşını ilə xəstəxanaya gətirilmiş, hal-hazırda da Şirvan şəhər Mərkəzi Xəstəxanasında müalicə alır. Sonda etdiyi əməldən səmimi peşman olduğunu bildirdi və məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, onun özünə məxsus onun özünə məxsus albalı metallik rəngli, “Nissan Note” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobil ilə hər gün işə gedib gəlir. xx.xx.2023-cü il tarixdə, saat 09 radələrində anası X4 ilə Şrivan şəhər Xəqani 88 küçəsi ilə üzü H.Əliyev prospektinə doğru 45/50 km/s sürətlə hərəkət etmiş, həmin vaxt yolda qarşısında və əks yolda heç bir avtomobil olmamışdır. Onun avtomobilinin arxasında isə qırmızı rəngli “VAZ 2107” markalı avtomobil gəlmiş, ön işıqlarını yandırmış və onun avtomobilinin sol tərəfindən ötmə hərəkəti yerinə yetirdiyini görmüşdür. O, hərəkətini təkrar davam etdirmiş bu zaman anidən onun avtomobilinə digər həmin avtomobil dəymişdir. O, idarəetməni itirərək yoldan çıxıb sağ tərəfə ağaclıq olan əraziyə avtomobil ilə çıxmışdır. Həmin avtomobil qarşısında olan ağac ilə onun avtomobilinin arasında sıxılı vəziyyətdə qalmışdır. O, həmin vaxt özünü itirdiyi üçün heç bir şey xatırlamamış, sonradan hadisə yerinə YPXnın əməkdaşları gəlmiş və təcili yardıma zəng edərək təcili tibbi yardım xidmətini çağırmış, anası və digər avtomobilin sürücüsü ilə birlikdə Şirvan şəhər Mərkəzi xəstəxanasına getmişdir. İdarə etdiyi “Nissan Note” markalı, **-XO-*** dövlət qeydiyyat nişanlı avtomobil onun adınadır. Hadisə vaxtı avtomobildə anası ilə birlikdə olmuş, hadisə vaxtı digər avtomobildə bir nəfər sürücünü görmüşdür. Hadisə vaxtı toqquşduğu avtomobilini sol tərəfdən ötmə hərəkətini yerinə yetirərkən 2-3 metr məsafədən görmüşdür. Hadisə zamanı avtomobil onun sol tərəfindən qəfil vurduğu üçün və sürət zəif olduğu üçün yalnızca əyləc sistemindən istifadə etmiş, çünki sağ tərəfində heç bir ara yol və başqa bir döngə olmamışdır. Hadisə vaxtı avtomobili özü idarə etmiş, hadisə zamanı sağ dizindən yüngül xəsarət almış, həmin vaxt anası da xəsarət almış, baş nahiyyəsi avtomobilin ön şüşəsinə dəymişmişdir. Sonda Şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və bu badərə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X1 Məleykə Mehman qızının dediklərini təsdiq edərək eyniməzmunlu izahat verdi. Sonda Şəxs tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirdi və bu badərə ərizə təqdim etdi. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli, 15 saylı rəyindən görünür ki, Şəxs bədən səthində sol bud sümüyünün yuxarı 1/3-nin qapalı, qəlpəli, yerdəyişmiş sınığı, sağ incik sümüyünün distal ucunun ovulyasyon az yerdəyişkən sınığı, sağ haymor boşluğunun bayır divarının az basılmış sınığı, qapalı kəllə-beyin travması xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarət küt əşyanın təsirindən törənmiş, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli, 661 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində boyunda əzələ bağ aparatının gərilməsi, sağ dizdə şişkinlik qançır xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarət küt əşyanın təsirindən törənmiş, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan canlı şəxsin ekspertizasının xx.xx.2023-cü il tarixli, 662 saylı rəyindən görünür ki, X2 bədən səthində alının sağ yarısında şişkinlik-hematoma, sol gözün quzehli qişasının zədələnməsi, sağ dirsəkdə qançır, beldə əzələ-bağ aparatının gərilməsi xəsarətləri aşkar edilmişdir. Qeyd edilən xəsarət küt əşyanın təsirindən törənmiş, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 22 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Şəxs barəsində toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd olunmuş, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan, onun həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün qəbul edilmiş qərarın surəti Şirvan şəhər Polis şöbəsinin X6 Bölməsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, cavanlığını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ona dəymiş olan zərəri tam olaraq ödəməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını, zərərçəkmiş şəxlslərin inzibati xəta törətmiş şəxsə qarşı şikayət və tələbinin olmaması onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 300 (üç yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-117/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-117/2024
05.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver