Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1173/2023 07.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Protokolu tərtib etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X6 İdarəsinin nümayəndəsi X2 iştirakı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsinin tələbini pozması ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X6 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:28 radələrində idarə etdiyi “MAN-Yük” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə qeyri-qanuni yük daşıma fəaliyyəti ilə məşğul olmuş, o, əməkdaşın xidməti vəzifəsini yerinə yetirilməsinə mane olaraq sənədləri təqdim etməmişdir. Bununla əlaqədar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X6 İdarəsinin kiçik inspektoru X7 tərəfindən Şəxs barəsində 27 sentyabr 2023-cü il tarixdə, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X6 İdarəsinin nümayəndəsi X5 məhkəmə iclasında protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, avtomobili əl edərək saxlamaq istəmişlər, lakin sürücü buna əhəmiyyət verməyərək sürüb getmişdir. Avtomobili kimin idarə etməsini bilmir. X1 adına olduğunu yalnız elektron qaydada bilmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasına gəlməmişdirlər və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq məhkəmə hesab edir ki, Şəxs barəsində hazırkı protokol tərtib edilərkən qanunun tələblərinə düzgün riayət edilməmişdir, ona görə də başlanmış inzibati iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan, Azərbaycan Yerüstü Nəqliyyat X6 İdarəsinin kiçik inspektoru X7 tərəfindən Şəxs barəsində tərtib edilmiş 27 sentyabr 2023-cü il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 10:28 radələrində idarə etdiyi “MAN-Yük” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə qeyri-qanuni yük daşıma fəaliyyəti ilə məşğul olmuş, o, əməkdaşın xidməti vəzifəsini yerinə yetirilməsinə mane olaraq sənədləri təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Azərbaycan Yerüstü Nəqliyyat X6 İdarəsinin əməkdaşları protokolu tərtib edərkən “MAN-Yük” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin faktiki olaraq kimin sahibliyində olmasını və kim tərəfindən idarə edilməsini müəyyən etməmişdir. Digər tərəfdən, Azərbaycan Yerüstü Nəqliyyat X6 İdarəsinin əməkdaşları da inzibati xəta haqqında protokolda reyd zamanı sözügedən yük avtomobilinin sürücüsünün şəxsiyyətinin necə müəyyən edildiyi barədə məlumatları təsdiq edən sübutları protokola əlavə etməmişlər. Hətta inzibati xəta haqqında protokola əlavə edilmiş “MAN-Yük” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin foto şəkili əlavə edilsə də, həmin avtomobilin sürücünün kimliyi belə öz əksini tapmamışdır. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bütün sadalanan hallardan və araşdırılan sübutlardan görünür ki, səlahiyyətli orqan Azərbaycan Yerüstü Nəqliyyat X6 İdarəsinin əməkdaşları tərəfindən Şəxs barəsində protokol tərtib edilərkən Qanunvericiliyin tələbləri pozulmaqla yanaşı, Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsinin tələbləri pozması faktını sübuta yetirə bilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsinin dispozisiyasından görünür ki, avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə inzibati məsuliyyət yaranır. Hazırki halda səlahiyyətli orqan Şəxs tərəfindən onun əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə hansı formada mane olmasını, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin faktiki olub, lakin təqdim etməməsini belə sübuta yetirməmişdir. Azərbaycan Respublikası İXM-nin 53.1 və 53.1.1-cı maddəsinin tələbinə görə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 12, 40, 43, 48- 50, 115, 117, 129-130 maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 552-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün muddətinə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-1173/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1173/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver