Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1175/2023 07.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə , İnzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yanında Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin inspektoru Nümayəndə iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə inzibati xəta haqqında 27 sentyabr 2023-cü il tarixli MN №1898680 saylı protokol tərtib olunmuşur, ona görə ki 27 sentyabr 2023-cü il tarixdə saat 10.39 radələrində Şirvan şəhəri 1 May küçəsində “Mercedes Benz 1813” markalı ** KY *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yük daşıma fəaliyyəti həyata keçirərkən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokola baxılmasının yeri və müddəti ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, o məhkəməyə gəlməmiş, ona görə də Azərbaycan Respublikası İXM-in 61.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yanında Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin inspektoru Nümayəndə bildirdi ki, 27 sentyabr 2023-cü il tarixdə saat 10.39 radələrində Şirvan şəhəri 1 May küçəsində xidmətdə olarkən “Mercedes Benz 1813” markalı ** KY *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sürücüsü yük daşıma fəaliyyəti həyata keçirərkən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədləri təqdim etməmişdir. İnzibati xəta protokola əlavə edilmiş 27 sentyabr 2023-cü il tarixli aktdan görünür ki, avtomobil nəqliyyatı haqqında qanunvericiliyə riayət edilməsinə dövlət nəzarətini təmin etmək məqsədilə Şirvan şəhəri, 1 May küçəsində , saat 10.39 radələrində keçirilən monitorinq zamanı “Mercedes Benz 1813” markalı ** KY *** dövlət qeydiyat nişanlı yük avtomobilinin sürücüsü Şəxs qanunsuz olaraq yükdaşıma fəaliyyəti həyata keçirməsi aşkar edilmiş və o, səbəbsiz olaraq izahat verməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən,hüquqazidd olan,təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Hazırki iş üzrə inzibati xəta haqqında protokola əlavə edilmiş fotoşəkildə “Mercedes Benz 1813” markalı ** KY *** dövlət qeydiyat nişanlı yük avtomobili təsvir olunsada, həmin yük avtomobilinin məhz Şəxs tərəfindən idarə edilməsini, faktiki onun sahibliyində olmasını, eyni zamanda sözügedən şəxs tərəfindən inzibati xəta törədilməsini təsdiq edən hər hansı bir sübut əlavə edilməmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə başlanılmış inzibati xətalar haqqında iş üzrə icraata onun təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114,115,128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-1175/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1175/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver