Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1176/2025 06.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, X1 iştirakları ilə, xx.xx.2004-cü ildə Ağsu rayonunda anadan olmuş, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, borclu Şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-183/2025 saylı icra sənədi ilə üzərinə düşən öhdəlikləri heç bir üzürsüz səbəb göstərmədən icra etməmiş və həmin icra vərəqələrini icra etmək üçün səy belə göstərməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Şirvan şəhəri üzrə İcra şöbəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolun dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-183/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tərəfindən “Toyota Prius” markalı ** DR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 2095 manat məbləğində pul və 41 manat dövlət rüsumu tutularaq tələbkar X4 ödənilməlidir. İcra sənədi ürə borcluya “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra vərəqəsi icra olunmamışdır. Tərəflərindən borclunun müvafiq təşkilatlara edilmiş əmlak sorğuları nəticəsində borclunun adına heç bir əmlak aşkar olunmamışdır. İcra sənədi üzrə borclu Şəxs hüquq və vəzifələri, eləcə tələbi yerinə yetirmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilməsinə dair xəbərdar edilməsinə baxmayaraq keçən müddət ərzində heç bir ödəniş etməmişdir. İcra məmurunun çağırışlarına gəlmədiyindən, eləcə də, onun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından borclu barəsində xx.xx.2025-ci il tarixində “borclunun axtarılması barədə” qərar qəbul edilmişdir. İcra tədbirləri nəticəsində borclunun xx.xx.2025-ci il tarixinə cəmi 2136 manat borcu olduğu məlum olmuşdur. O, bugünədək borcundan heç bir ödəniş etməmişdir. İş üzrə tələbkar X7 dəfələrlə şöbəyə yazılı və şifahi müraciətlər edərək borcunu tələb etmişdir. Beləliklə, Şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Qeyd edilənlərə əsasən, məhkəmədən borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında tələbkar X7 izahatında bildirdi ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-183/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs tərəfindən “Toyota Prius” markalı ** DR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 2095 manat məbləğində pul və 41 manat dövlət rüsumu tutularaq ona verilməlidir. Borclu icra sənədi üzrə borcundan heç bir ödəniş etməmiş, borcun ödənilməsini tələb edir. Qeyd edilənlərə əsasən, məhkəmədən borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Həmçinin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında maddi vəziyyətinin ağır olması ilə bağlı iştirak edə bilməyəcəyini nəzərə alaraq iclasın başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin 2(032)-183/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədindən görünür ki, cavabdeh Şəxs tərəfindən “Toyota Prius” markalı ** DR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 2095 manat məbləğində pul və 41 manat dövlət rüsumu tutularaq iddiaçı X4 verilməlidir. İcraata başlama haqqında qərarın surətindən görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-183/2025 saylı, xx.xx.2025-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir; Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. İşin faktiki hallarından görünür ki, borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati işin materiallarından göründüyü kimi hazırkı inzibati tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı protokolun qəbul edilməsinə əsas Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-183/2025 saylı qiyabi qətnaməsi üzrə icra sənədinin borclu Şəxs tərəfindən icra edilməməsi olmuşdur. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, inzibati protokolun əsasını təşkil edən mülki iş üzrə qiyabi qətnamənin ləğvi barədə ərizənin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası ilə bağlı hazırkı icra sənədi üzrə borclu Şəxs xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət etmiş, lakin Şirvan şəhər Məhkəməsinin 2(032)-183/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə cavabdehin Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(032)-183/2025 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün buraxılmış müddətin bərpa edilməsi barədə ərizəsi təmin edilməmişdir. Göründüyü kimi məcburi icra tədbirlərinin tətbiq edilməsinə əsas olan icra sənədi üzrə borclu tərəfindən prosessual hərəkətlər həyata keçirilməkdədir. Bu cür prosessual hərəkətlərdən biri də borclu tərəfindən Şirvan şəhər Məhkəməsinin 2(032)-183/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadını mübahisələndirmək hüququnun olmasıdır. Məhkəmə hesab edir ki, cavabadehin müdafiə hüququnun təmin edilməsi və ədalətli məhkəmə araşdırması prinspiləri baxımından qiyabi qətnamənin hüquqi qüvvəsinin gələcəkdə dəyişməsi və ya ləğv edilməsi ehtimalı nəzərə alınmalıdır. Bu halda mülki iş üzrə qəbul ediləcək qərarın nəticələri inzibati protokolun hüquqi qiymətinə birbaşa təsir göstərə bilər. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişlərin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-1176/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1176/2025
06.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver