Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-118/2024 13.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1966-cı ildə Salyan rayonu, Qarabağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, Salyan rayonu, Qarabağlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində Şəxs idarə etdiyi “Hyundai County” avtobus markalı, ** AD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Hacıqəhrəmanlı qəsəbəsində hərəkətdə olan zaman yol hərəkəti qaydalarını pozmaqla X1 yüngül bədən xəsarətləri yetirmiş və bununla da Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta hadisəsinin olması yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Salyan rayonunda yerləşən "xxxx" MMC-də 2004-cü il tarixdən sürücü kimi işləyir. xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində “Salyan Oil” aid olan Salyan rayonu Kürsəngi kəndində yerləşən laboratoriyadan iki qadın işçisini “HYUNDAİ” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtobusa əyləşdirib, üzü Şirvan şəhər istiqamətinə hərəkət etməyə başlamış, hərəkətdə olarkən avtobusu saatda 60 km sürətlə hərəkət etmiş, xx.xx.2023-cü il tarixdə, saat 18:00 radələrində, Şirvan şəhəri Hacıqəhramanlı qəsəbəsi ərazisində olarkən yolun sağ kənarında dayanan Kamaz-Avtokranını görməməsi nəticəsində həmin nəqliyyat vasitəsinin arxa hissəsi ilə toqquşub dayanmışdır. Toqquşmadan sonra o, hadisə yerindən Şirvan şəhər Mərkəzi xəstəxanasına təcili tibbi yardım avtomobili ilə çatdılmışdır. Hadisə zamanı spirtli içki qəbul etməmiş, heç bir narkotik vasitənin təsiri altında olmamışdır. Əməlindən peşmandır. Sürücü işləyərək, ailəsini dolandırır. Nəzərə alınmasını xahiş edir. Zərərçəkmiş şəxs X2 şəhər Polis Şöbəsində ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə işlədiyi “Salyan Oil” LTD-dən çıxıb işçiləri gündəlik olaraq evdən işə, işdən evə aparan “HYUNDAİ” markalı **-AD-*** dövlət qeydiyyat nişanlı avtobusa əyləşmiş, hərəkətə keçdikdən sonra çox yorğun olduğu üçün yuxuya getmiş, anidən gözlərini açmış, onun, hərəkətdə olduğu avtobusun qarşıdakı Kamaz ilə toqquşduğunu görmüş, hadisədən sonra onu təcili tibbi yardım avtomobili ilə Şirvan şəhər Mərkəzi xəstəxanasına aparmışlar. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və X6 X8 06 yanvar 2024-cü il tarixli, 09 №-li rəyinin surətindən görünür ki, X3 bədən səthində aşkar olunan xəsarətlər-alının sağ yarısında hematoma-şişkinlik, hər iki gözaltı nahiyyədə, sağ saidin orta 1/3-də qançırlar-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 21 dekabr 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 19 yanvar 2024-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 21 dekabr 2023-cü il tarixli, 132 saylı tibbi müayinəsi protokolundan görünür ki, Şəxs ayıq olduğu müəyyən edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəısinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa xəta törədən şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi, əməlindən peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 200 manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-118/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-118/2024
13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver