Məhkəmə qərarları › İş №3(032)-119/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-119/2025

06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-119/2025 06.03.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, "xxxx" MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş 17 yanvar 2025-ci il tarixli, EP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə əsasən "xxxx" MMC 103000.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 27 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, həmin vəsait hesabına alınan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Xəta 28 dekabr 2024-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Daha sonra protokolu tərtib etmiş Azərbaycan Respublikasının Mərkəzi Bankın nümayəndəsi Nümayəndə2 məhkəməyə elektron ərizə ünvanlayaraq məhkəmə prosesinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Eyni zamanda iş materiallarında olan yük gömrük bəyannamələrinə (YGB) münasibətdə isə qeyd etmişdir ki, bank tərəfindən **********7020, **********6880, **********6976, **********1089, **********0524 saylı YGB-lər üzrə avans qismən bağlanmış hazırda bəyan edilməyən qalıq vəsait 64535.50 ABŞ dollar təşkil edir. Təqdim edilən **********4509, **********3836, **********6686, **********2483 saylı YGB-lər başqa avansa bağlanmış və onlar hazırki avans köçürməsinə aid edilə bilməz. **********3668 saylı bəyannamə üzrə mallar bu gün idxal edildiyindən Gömrük Komitəsinin elektron portalında açılmır. Odur ki, tərəfləridən Şəxs MMC barəsində tərtib edilmiş EP seriyalı ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında 103000.00 ABŞ dollar avans köçürməsinin 64535.50 ABŞ dolları qalıq məbləğinə münasibətdə inzibati cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokola baxılmasının yeri və müddəti ilə əlaqədar xəbərdar edilməsinə baxmayaraq inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə1 izahat verərək bildirdi ki, təmsil etdiyi hüquqi şəxs "xxxx" MMC (alıcı) ilə Celik Sanayı və Tıcarət Sirketı (tədarükçü) arasında xx.xx.2022-ci il tarixdə müqavilə imzalanmış və həmin müqaviləyə uyğun olaraq malların (PY-1щ və PY-1 tipli, təmirə yararlı, istifadə olunmuş dəmiryolu yük vaqonlarının təkər cütlərini) tədarük edilirdi və tərəflərindən həmin mallar alınaraq müvafiq ödənişlər həyata keçirilirdi. Tərəflərindən müvafiq ödəniş olaraq pul tədarükçüyə köçürülmüşdür. Həmin pul köçürüldükdən sonra mallar qanunla nəzərədə tutulmuş müddətdə ölkəyə idxal edilməmişdir. Lakin məhkəmə iclası təyin edilmiş müddət daxilində həmin malların müəyyən qismi ölkəyə idxal edilmişdir. Qeyd edilənlərin nəzərə alınaraq "xxxx" MMC barəsində olan inzibati xəta haqqında iş üzrə inzibati cərimənin tətbiq edilməməsini xahiş edir. Məhkəmə, inzibati işin materiallarını araşdıraraq hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi sübutlarla öz təsdiqini tapır. Belə ki, iş materiallarına əlavə edilmiş Celik Sanayı və Tıcarət Sirketı (tədarükçü) ilə "xxxx" MMC (alıcı) arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqaviləyə əsasən “tədarükçü” müqaviləyə uyğun olaraq malların (PY-1щ və PY-1 tipli, təmirə yararlı, istifadə olunmuş dəmiryolu yük vaqonlarının təkər cütlərini) tədarük etməyi “alıcı” isə həmin malları qəbul etməyi və qiymətini ödəməyi öhdəsinə götürmüşdür. Malların ümumi dəyəri 1000000,00 (bir milyon) ABŞ dolları həcmində müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Celik Sanayı və Tıcarət Sirketı (tədarükçü) ilə "xxxx" MMC (alıcı) arasında bağlanmış xx.xx.2024-cü il tarixli razılaşmadan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilənin müddəti xx.xx.2026-cı ilədək uzadılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Mərkəzi bankına təqdim edilmiş PB/BPŞ-OUT-01338-2024 nömrəli xx.xx.2024-cü il tarixli rezident və qeyri-rezidentlər barədə məlumat cədvəlindən görünür ki, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə köçürülmüş 103000,00 ABŞ dolları pul vəsaitindən bəyan edilməyən məbləğ 64535,50 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, **********3668 nömrəli gömrük bəyannaməsindən görünür ki, xx.xx.2023-cü il tarixli, 049-Ş nömrəli müqavilə üzrə “RASOUL HEYDARZADEH (Senayecihaz SPE Dış Tic.Celik San.ve Tic LTD ŞTİ) tərəfindən "xxxx" MMC-yə 11021.50 ABŞ dolları dəyərində mal göndərilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Celik Sanayı və Tıcarət Sirketı (tədarükçü) ilə "xxxx" MMC (alıcı) arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmış, həmin müqaviləyə əsasən “tədarükçü” müqaviləyə uyğun olaraq malların (PY-1щ və PY-1 tiöli, təmirə yararlı, istifadə olunmuş dəmiryolu yük vaqonlarının təkər cütlərini) tədarük etməyi “alıcı” isə həmin malları qəbul etməyi və qiymətini ödəməyi öhdəsinə götürmüşdür. Malların ümumi dəyəri 1000000,00 (bir milyon) ABŞ dolları həcmində müəyyən edilmişdir. Müqaviləyə uyğun olaraq "xxxx" MMC tərəfindən "xxxx" ASC vasitəsi ilə 27 dekabr 2022-ci il tarixdə 103000.00 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüşdür. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC tərəfindən xx.xx.2022-ci il tarixdə köçürülmüş 103000,00 ABŞ dolları pul vəsaitindən bəyan edilməyən məbləğ 64535,50 ABŞ dolları təşkil edir. Eyni zamanda məhkəmə icraatı dövründə xx.xx.2025-ci il tarixli, **********3668 nömrəli gömrük bəyannaməsi üzrə “RASOUL HEYDARZADEH (Senayecihaz SPE Dış Tic.Celik San.ve Tic LTD ŞTİ) tərəfindən "xxxx" MMC-yə 11021.50 ABŞ dolları dəyərində mal göndərilmişdir. Hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı 64535.50 ABŞ dolları qalıq məbləğinə münasibətdə inzibati cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin maddənin tələbinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması, həmin maddədə nəzərdə tutulmuş inzibati məsuliyyətə səbəb olur, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Mərkəzi X3 20 fevral 2020-ci il tarixli 06/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. 28 fevral 2020-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Mərkəzi X2 20 fevral 2020-ci il tarixli, 06/1 nömrəli Qərarı ilə “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə rezident və qeyri rezidentlərinin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndində nəzərdə tutulmuş “270 (iki yüz yetmiş)” sözləri “02 (iki) il” sözləri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğlərini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.11-ci maddəsinə əsasən gömrük bəyannaməsi – malların müvafiq gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan məlumatları əks etdirən, şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada gömrük orqanına təqdim olunan sənəddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir; 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Məhkəmə qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərindən göründüyü kimi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərədə tutulmuşdur. İşin faktiki halları ilə müəyyən edilən hal odur ki, "xxxx" MMC tərəfindən avans yolu ilə valyuta vəsaiti ödənilmiş, lakin qanunvericiliklə müəyyən edilmiş müddət ərizində müvafiq mallar və ya valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hüquqi şəxs "xxxx" MMC-nin hərəkətlərində inzibati xəta tərkibi mövcuddur və hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, “... İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun həmin Qərarında həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər.” Həmçinin Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi və “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü yarımbəndinə dair 28 fevral 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, “... qeyd etmək lazımdır ki, sahibkarlıq subyektləri mülki qanunvericilikdə təsbit olunmuş müqavilə azadlıqlarını reallaşdırarkən sərbəst olsalar da, həmin vaxt hüquqi aktlarda mövcud olan imperativ tələblərə şərtsiz əməl etməlidirlər. Belə ki, Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən, müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Göründüyü kimi, qanunverici tərəflərə müqavilə azadlığı və onun şərtlərinin müəyyənləşdirilməsində sərbəstlik versə də, onlar tərəfindən bağlanılan müqavilə qanunla və digər hüquqi aktlarla müəyyənləşdirilmiş və tərəflər üçün məcburi olan imperativ xarakterli qaydalara uyğun olmalıdır. Bu zaman qanunverici həm tərəflərin, həm dövlətin və ictimai münasibətlərin ümumi maraqlarından çıxış etmiş olur. Bundan başqa, idxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir.” Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinin tələblərindən göründüyü kimi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. X1 Məcəlləsi inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Göründüyü kimi qanunvericiliyin tələblərinə əsasən inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən göründüyü kimi müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. İşin faktiki hallarından göründüyü kimi Celik Sanayı və Tıcarət Sirketı (tədarükçü) ilə "xxxx" MMC (alıcı) arasında xx.xx.2022-ci il tarixdə müqavilə üzrə xx.xx.2025-ci il tarixli, **********3668 nömrəli gömrük bəyannaməsi üzrə “RASOUL HEYDARZADEH (Senayecihaz SPE Dış Tic.Celik San.ve Tic LTD ŞTİ) tərəfindən "xxxx" MMC-yə 11021.50 ABŞ dolları dəyərində mal göndərilmişdir. Yuxarıda qeyd edilən Azərbaycan Respublikası Konstiusiya Məhkəməsinin Plenumunun Qərarlarında sərgilənən hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, hüquqi şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi üzrə inzibati tənbeh tədbiri seçilərkən RASOUL HEYDARZADEH (Senayecihaz SPE Dış Tic.Celik San.ve Tic LTD ŞTİ) tərəfindən "xxxx" MMC-yə 11021.50 ABŞ dolları dəyərində mal göndərilmiş olması nəzərə alınmalı və inzibati cərmiə 64535.50 ABŞ dolları məbləğinə münasibətdə deyil, 53514 ABŞ dolları (64535.50 ABŞ dolları-11021.50 ABŞ dolları) məbləğinə münasibətdə maddənin sanksiyasında nəzrədə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs 27 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə 103000,00 ABŞ dolları məbləğində vəsaiti köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 (iki) ildən artıq müddət keçdikdən sonra 53514 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmişdir. Buna görə də, həmin hüquqi şəxsə Azərbaycan Respublikası İXM-in 430.4-cü maddəsinin sanksiyası həddində inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin faizi məbləğində cərimə tənbeh növü təyin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 53514 ABŞ dolları məbləğində valyuta vəsaiti məbləğinin 20 faizi məbləğində - 10702.8 (on min yeddiz yüz iki ABŞ dolları 80 sent) ABŞ dolları məbləğində ödəniş gününə Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanaraq cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar