Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-12/2023 13.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X7 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Zərərçəkmiş şəxs X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə saat 15 radələrində şəxsi münasibətlər zəminində dayısı oğlu X4 döyərək ona fiziki ağrı yetirmişdir. İnzibati xəta hadisənin olması 13 yanvar 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, cinayət işinin başlanmasının rədd edilməsi haqqında 13 yanvar 2023-cü il tarixli qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Kənan Səmədzadə onun dayısı oğludur. Kənanın balaca qardaşı Səmədzadə Orxan anadangəlmə qüsurludur. 05 yanvar 2023-cü il tarixində küçədə gedən zaman Orxanın yşadığı evin qarşısında gəzdiyini görmüş, sonra Orxanı yaşadığı evə aparmışdır. Bir müddət Orxan onun yaşadığı evdə qaldıqdan sonra yenidən Orxanı öz yaşadığı evə geri aparmışdır. 07 yanvar 2023-cü il tarixində idarə etdiyi “VAZ-2107” markalı **- KZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Kənanın yaşadığı evin qarşısı ilə hərəkət edən zaman Kənan ona əl işarəsi edərək avtomobili saxlamasını istəmiş, sonra idarə etdiyi avtomobili saxlamış və avtomobildən yerə düşmüşdür. Kənanla görüşdükdən sonra Kənan əsəbi şəkildə ondan nə səbəbə qardaşı Orxanı yaşadığı evə aparmasını soruşmuş, o Kənana cavab olaraq Orxanın onun qohumu olduğu üçün apardığını bildirmişdir. Kənana həmin vaxt Orxanın piyada yaşadığı evin qarşısında gəzməsini və könlünün xoş olması niyyəti ilə yaşadığı evə aparmasını demiş, Kənan isə ona bir daha yaşadığı məhlədən keçməməsini bildirərək üzərinə getməyə başlamış, təkrarən ona məhlədən keçməməsini və Orxanla görüşməməsini söyləyərək qışqırmağa başlamışdır. Bundan sonra Kənan DİN-nin 102 xidmətinə zəng vuraraq onun tərəfimdən döyülməsi barədə məlumat vermişdir. Sonra Kənan həbs etdirəcəyi ilə hədələmiş və nalayiq ifadələrlə söyüb təhqir etməyə başlamışdır. Bundan sonra idarə etdiyi avtomobilə əyləşərək Kənanın yanından uzaqlaşmaq istəsəmiş, lakin polis əməkdaşlarının onların yanlarına gəldiyini görmüşdür.O, Kənanı vurmamaış, ona xəsarət yetirməmişdir. Barəsində tərtib edilmiş protokolla razı deyil. Zərəçəkmiş şəxs X6 ilə barışmamışdır. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərəçəkmiş şəxs X6 izahat verərək bildirdi ki, 05 yanvar 2022-ci il tarixində qohumu Rəvan saat 13 radələrində 1-ci qrup xəstə olan qardaşı Orxan Səmədzadəni yaşadığı evə aparmış, sonra ailə üzvləri ilə birlikdə qardaşı Orxanı məhlədə axtarmışlar. Təxminən 3 saat keçdikdən sonra Rəvan Orxanı evə gətirmiş və onun arvadı Sevərə Orxanın başına nə gələcəksə onlardan biləcəyini söyləmişdir. 07 yanvar 2023-cü il tarixində qardaşı Orxana dərman almaq məqsədilə yaşadığı evdən çölə çıxmış, həmin vaxt Rəvanı idarə etdiyi avtomobillə ona tərəf gəldiyini görmüş və Rəvandan avtomobili saxlamasını istəmişdir. Rəvan avtomobili saxlayaraq yerə düşmüş, sonra Rəvana qardaşı Orxanı yaşadığı evə aparmamasını bildirmişdir. Bundan sonra Rəvan onun üz nahiyəsinə yumruqla zərbə vuraraq xəsarət yetirmişdir. Rəvan onu vurduqdan sonra yerə yıxılmış və qışqırmağa başlamışdır. Bu barədə polisə şikayət etmiş, polis əməkdaşları gələn zaman Rəvanın yeznəsi, Rövşən adlı polis əməkdaşı onu vurmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışmamışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş 13 yanvar 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, X6 və Şəxs arasında baş vermiş mübahisə zamanı Şəxs X1 zərər vurmayan xəsarətlər yetirmişdir. Ona görə də, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X8 Təcrübi və Tədrsi Birliyinin 07 yanvar 2023-cü il tarixli 11 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, X3 bədən səthində aşkar olunan xəsarətlər-sol gözaltı nahiyədə qançır,burunun sağ və sol yan səthlərində sıyrıq-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 07 yanvar 2023-cü il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi. Qeyd olunan xəsarət sağlamlığa zərər vurmadığına görə dərəcələri təyin edilmir. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs özünü müdafiə xarakterli izahat versə də, onun tərəfindən bu xətanın törədilməsi zərərçəkmiş şəxsin izahatı, ekspert rəyi və iş materialları ilə tam sübut olundu. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə,tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Hesab edirəm ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə verilməsi inzibati tənbehin məqsədlərini təmin etmədiyindən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinin tələbi nəzərə alınmaqla barəsində müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. Eyni zamanda Azərbaycan Respublikası İXM-nin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın sağlamlıq əleyhinə olması barədə xarakteri, inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olmaması nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən halların olmaması,inzibati xətanın yetkinlik yaşına çatmayan şəxsə qarşı törədilməsi iş üzrə məsuliyyəti ağırlaşdıran hal olması nəzərə alınır. Beləliklə hesab edirəm ki,inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasının həddləri daxilində müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 (iyirmi) gün müddətinə inzibati həbs tətbiq olunsun. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 13 yanvar 2023-cü il tarixdən hesablansın. Qərardan 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Etibar Hümbətov
Məhkəmə qərarları › İş №3(032)-12/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-12/2023
13.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver