Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-120/2025 26.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, "xxxx" MMC-nin nümayəndəsi X1 və X2 iştirakı ilə , Şirvan şəhəri Şimal küçəsi 1 ünvanında yerləşən "xxxx" MMC-in Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, EP № ******* saylı inzibati xəta haqqında protokolu görə, hüquqi ünvanı ünvan 1ə olan vəsaiti bank hesabından xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də 57998.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X4 izahat verərək bildirdi ki, "xxxx" MMC-də mühasib-operator vəzifəsində işləyir. "xxxx" MMC-də "xxxx" LLC əsasında 219 mm və 168 mm ölçüdə tikişsiz polad boruların alınması üçün xx.xx.2022-ci tarixli RSİN0610 nömrəli və xx.xx.2022-ci il tarixli RSİNN2111 nömrəli müqavilələr bağlanmışdır. (Bunlardan başqa müqavilələrin 11.4 bəndinə əsasən müqavilələr üzrə əlavə razılaşma imzalanmışdır.) xx.xx.2022-ci il tarixli RSİN0610 nömrəli müqaviləyə əsasən 1 tonun qiyməti 1100 dollar 219 mm-lik ölçüdə ümumi dəyəri 814808,5 dollar məbləğində 740,735 ton tikişsiz polad boru, xx.xx.2022-ci il tarixli RSİNN2111 nömrəli müqaviləyə əsasən 1 tonun qiymət 1100 dollar olan 168 mm-lik ölçüdə ümumi dəyəri 271555,9 dollar məbləğində 246,869 ton tikişsiz polad boru alınmışdır. Cəmiyyət ilə “Rustavi Steel" LLC şirkəti arasında bağlanmış müqavilələrə əsasən "xxxx" ASC-də olan hesabdan həmin şirkətin bank hesabına xx.xx.2022-ci il tarixdə 293.280.00 dollar, xx.xx.2022-ci il tarixdə 188.550,00 dollar, xx.xx.2022-ci il tarixdə 176.300.00 dollar, xx.xx.2022-ci il tarixdə 57.998,00 dollar, xx.xx.2023-cü il tarixdə 58.570.00 dolar, xx.xx.2023-cü il tarixdə 117.160,00 dollar, xx.xx.2025-cü il tarixdə 117.200.00 dollar, xx.xx.2023-cü il tarixdə 25.962,20 dollar, xx.xx.2023-cü il tarixdə 28.255,70 dollar, xx.xx.2023-cü il tarixdə 23.089,00 dollar , cəmi 1.086.364,90 dollar vəsait qabaqcadan avans olaraq köçürülmüşdür. Göstərilən məbləğin köçürülməsi və malların alınması xx.xx.2023-cü il tarixli aktında da öz əksini tapir. Həmin vəsait müqabilində sifariş verilmiş malların hamısı ölkəyə idxal olunmuş və təyinatı üzrə istifadə edilmişdir. İş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi X3 izahat verərək bildirdi ki, "İnşaatçı Neftçi” MMC-də "xxxx" LLC əsasında 219 mm və 168 mm ölçüdə tikişsiz polad boruların alınması üçün xx.xx.2022-ci tarixli RSİN0610 nömrəli və xx.xx.2022-ci il tarixli RSİNN2111 nömrəli müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən vəsait müqabilində sifariş verilmiş malların hamısı ölkəyə idxal olunmuş və təyinatı üzrə istifadə edilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və müddəti ilə əlaqədar barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsinə məhkəmə bildirişi verilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli 45/1№-li qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarının 4.3.1.3-cü bəndinə əsasən qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğlərini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bir tərəfdən "xxxx" MMC , bundan sonra alıcı nizamnamə əsasında fəaliyyət göstərən direktor X5 şəxsində və "xxxx" MMC, bundan sonra təchizatçı, nizamnamə əsasında fəaliyyət göstərən direktor Nuqzar Kaçuxaçvili şəxsində digər tərəfdən, bundan sonra tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, RSİN0610 saylı müqavilədən görünür ki, 1.1. hazırki müqavilənin bölmələrində qeyd olunan şərtlərlə təchizatçı maddimaterial qiymətliləri , QOST 8731/32 20 maddəsi üzrə 219x10 mm olan tikişsiz boruları, bundan sonra “ Məhsul” təchiz etməyi, alıcı isə qəbul etməyi və ödəməyi öhdəsinə götürür. 2.1 hazırki müqavilənin təchizat müddəti 2022-ci il oktyabr - dekabr ayı. Bir tərəfdən "xxxx" MMC , bundan sonra alıcı nizamnamə əsasında fəaliyyət göstərən direktor X5 şəxsində və "xxxx" MMC, bundan sonra təchizatçı , nizamnamə əsasında fəaliyyət göstərən direktor Nuqzar Kaçuxaçvili şəxsində digər tərəfdən , bundan sonra tərəflər arasında bağlanılmış xx.xx.2022-ci il tarixli, RSİN2111 saylı müqavilədən görünür ki, 1.1. hazırki müqavilənin bölmələrində qeyd olunan şərtlərlə təchizatçı maddimaterial qiymətliləri , QOST 8731/32 20 maddəsi üzrə diametri 168 mm olan tikişsiz boruları, bundan sonra “ Məhsul” təchiz etməyi ,alıcı isə qəbul etməyi və ödəməyi öhdəsinə götürür. 2.1 hazırki müqavilənin təchizat müddəti 2022-ci il noyabr -2023-cü il yanvar ayı. xx.xx.2022-ci il tarixli RSİN0610 saylı müqavilə və xx.xx.2022-ci il tarixli RSİN2111 saylı müqavilə üzrə əlavə razılaşmadan görünür ki, "xxxx" MMC, bundan sonra alıcı, nizamnamə əsasında fəaliyyət göstərən direktor X6 şəxsində və "xxxx" MMC, bundan sonra təchizatçı, nizamnamə əsasında fəaliyyət göstərən nümayəndə İqor Xoritko şəxsində, hər iki tərəf tərəflər adlanacaq RSİN0610, RSİN2111 nömrəli müqavilələrin 11.4 bəndini rəhbər tutaraq hazırki əlavə razılaşmanı aşağıdakılar haqqında imzaladılar :
1. 6 oktyabr 2022-ci il tarixli RSİN0610 saylı müqavilə üzrə əlavə ödənilmiş 136251,5 (bir yüz otuz altı min iki yüz əlli bir dollar və əlli sent) 21 noyabr 2022-ci il tarixli RSİN2111 saylı müqavilə üzrə borca aid ediləcək. Hazırki razılaşma hər bir tərəfin nümayəndələri tərəfindən imzalandığı tarixdən qüvvəyə minir və 31 dekabr 2023-cü ilə qədər qüvvədədir. "xxxx" MMC və "xxxx" MMC arasında xx.xx.2023-cü il tarixli üzləşdirmə aktından görünür ki, bir tərəfdən X5 şəxsində təmsil olunan "xxxx" MMC (VÖEN **********) və İqor Korıtko şəxsində təmsil olunan "xxxx" MMC (Vöen 4********) digər tərəfdən hazırki 30 sentyabr 2023-cü tarixli üzləşdirmə aktı üzrə qeyd olunan informasiyanı öz imzaları ilə təsdiq etmişlər. xx.xx.2023-cü il tarixə "xxxx" MMC -nin "xxxx" MMC qarşısında borcu 0 USD təşkil edir. **********5548 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMCnin ünvanına (VÖEN **********) Gürcüstan Respublikasında fəaliyyət göstərən "xxxx" MMC-dən 99UY819/99ZF752 nömrəli nəqliyyat vasitəsində gələn qara metallardan xarici diametri 168,3 mm-dən çox, lakin 406,4 mm-dən çox olmayan tikişsiz borular 168mmx10 st.20-54 ədəd yük xx.xx.2022-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçmişdir . **********5587 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMCnin ünvanına (VÖEN **********) Gürcüstan Respublikasında fəaliyyət göstərən "xxxx" MMC-dən 99MV489/99ZX493 nömrəli nəqliyyat vasitəsində gələn qara metallardan xarici diametri 168,3 mm-dən çox, lakin 406,4 mm-dən çox olmayan tikişsiz borular 168 mm x 10 st.20-53 ədəd yük xx.xx.2022-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçmişdir . **********6612 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMCnin ünvanına (VÖEN **********) Gürcüstan Respublikasında fəaliyyət göstərən "xxxx" MMC-dən 35BK160/35ZB160 nömrəli nəqliyyat vasitəsində gələn qara metallardan xarici diametri 168,3 mm-dən çox, lakin 406,4 mm-dən çox olmayan tikişsiz borular 168 mm x 10 st.20-56 ədəd yük xx.xx.2022-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçmişdir . **********6598 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, "xxxx" MMCnin ünvanına (VÖEN **********) Gürcüstan Respublikasında fəaliyyət göstərən "xxxx" MMC-dən 77HG255/99ZH108 nömrəli nəqliyyat vasitəsində gələn qara metallardan xarici diametri 168,3 mm-dən çox, lakin 406,4 mm-dən çox olmayan tikişsiz borular 168 mm x 10 st.20-50 ədəd yük xx.xx.2022-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçmişdir . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görəvəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Göründüyü kimi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın əlamətləridir. Lakin hazırki iş üzrə tədqiq edilmiş sübutlardan və verilmiş izahatdan müəyyən olunur ki, "xxxx" ASC-i vasitəsilə "xxxx" MMC- nin hesabına "xxxx" MMC-i tərəfindən xx.xx.2022-ci il tarixdə 57998.00 ABŞ dolları məbləğində pul vəsaiti köçürülmüş, Gürcüstan Respublikasında fəaliyyət göstərən "xxxx" MMC-dən 99UY819/99ZF752 nömrəli , 99MV489/99ZX493 nömrəli , 35BK160/35ZB160 nömrəli və 77HG255/99ZH108 nömrəli nəqliyyat vasitələrində gələn yüklər xx.xx.2022-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü” gömrük postundan keçərək Azərbaycan Respublikasına idxal edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə xatırladır ki, Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə , barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC -nin hərəkətlərində inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı :
İnzibati xəta törətmiş "xxxx" MMC-i barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Aydan Məmmədli