Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1211/2023 26.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 25 oktyabr 2023-cü il tarixdə saat 19.45 radələrində Şirvan şəhəri F.İsmayılov küçəsində ictimai qaydanın mühafizə vəzifələrini icra edən Şirvan şəhər Polis Şöbəsinin əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisəsinin olması 26 oktyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 25 oktyabr 2023-cü il tarixdə taksi fəaliyyəti ilə məşğul olan zaman, sərnişin onu Şirvan şəhər T.İsmayılov küçəsinə aparmasını xahiş etmişdir. Şirvan şəhəri, F.İsmayılov küçəsində sərnişin avtomobili saxlamağını, işini bitirib bir qədər sonra qayıdacağını bildirmişdir. Lakin bir qədər gözləsə də sərnişin geri qayıtmamışdır. Tanışı ilə telefonda danışarkən sərnişinin ünvanına nalayiq söyüşlər söyərək onu aldatdatdığnı bildirmişdir. Bu zaman mülki geyimdə olan bir nəfər şəxs ona yaxınlaşaraq söyüş söyməsinin səbəbini, o da qarşılığında ondan kim olduğunu soruşmuşdur. Mülki geyimdə olan şəxs vəsiqəsini təqdim etmədən polis əməkdaşı olduğunu, o bundan sonra əsəbi olduğundan nalayiq ifadələr işlətdiyini bildirmiş və buna görə üzr istəmişdir. O, həmin şəxsin polis işçisi olduğunu bilmədən polis əməkdaşına “siz kimsiz” deyə bildirmişdir. Əməlindən peşman olduğunu, himayəsində iki uşağı olduğunu, atasının isə xəstə olduğunu bildirmiş, barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin PPXBnin polis serjantı X1 izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 19.45 radələrində Şirvan şəhəri F.İsmayılov küçəsində xidmətdə olarkən bir nəfər şəxsin əsəbi halda nalayiq ifadələr işlətdiyini görmüş, həmin şəxsə xəbərdarlıq etmiş, polis əməkdaşı olduğunu bildirmişdir. Bir qədər aralandıqdan sonra həmin şəxs öz hərəkətlərinə davam etdiyindən o, Şirvan şəhər Polis Şöbəsinin növbətçi hissəsinə aparılmışdır. Şirvan şəhər Polis Şöbəsində olarkən onun Şəxs olduğu məlum olmuş, polis şöbəsində əməlindən peşman olduğunu bildirmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 25 oktyabr 2023-cü il tarixdə saat 20.10 radələrində inzibati qaydada tutulmuş, 26 oktyabr 2023-cü il tarixdə saat 14.00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati cərimə tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa inzibati xəta törədən şəxsin əməlindən peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hal olması və ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1-ci, 43-cü, 114-cü, 115-ci, 129-cu və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat miqdarında cərimə edilsin, inzibati qaydada tutulma müddəti nəzərə alınaraq təyin olunmuş cərimə 50 (əlli) manat azaldılsın, qəti olaraq 150 (yüz) əlli manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-1211/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1211/2023
26.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver