Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1219/2023 13.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, evli, Şirvan şəhəri, Hacıqəhrəamanlı qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: xx.xx.2023-cü il tarixdə, saat 19:50 radələrində Şəxs idarə etdiyi “Mercedes C240” minik markalı, ** KD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə şəhərin H.Əliyev prospektində hərəkətdə olan zaman Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta hadisəsinin olması yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı ilə, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, “Mercedes C240” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində idarə etdiyi “Mercedes C240” markalı **-KD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Şirvan şəhəri H.Əliyev prospektində yerləşən “Yeganə” şadlıq sarayında çıxaraq üzü Hacıqabul rayonu istiqamətinə dönərək getmək istəmiş, bu vaxt o, “Yeganə” şadlıq sarayının giriş hissəsindən yola çıxmış, Hacıqabul rayonundan üzü Salyan dairəsi istiqamətində hərəkət edən “Opel” markalı avtomobil qəza dayanma işıqlarını yandıraraq ona yol vermiş, o, üzü Hacıqabul rayonu istiqamətində getmək üçün H.Əliyev prospektinə çıxmış, bu vaxt o, sağ tərəfdən “Nissan mark” markalı avtomobilin yoluna çıxaraq ehtiyatsızlıqdan onun arxa sağ hissəsinə vurmuş, nəticədə “Nissan march” markalı avtomobilin sürücüsü idarəetməni itirərək “Opel” markalı avtomobilin arxa tərəfində olan “Chevrolet Cruze” markalı **-RJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə gedərək onunla ön tərəfdən toqquşduğunu bildirmişdir. O, hadisə baş verən gün spirtli içki qəbul etməmiş, hadisə zamanı ayıq vəziyyətdə olduğunu bildirmişdir. O, hadisə zamanı xəsarət almadığı üçün məhkəmə-tibbi ekspertizasından keçməkdən imtina etdiyini bildirmişdir. Hazırda vurulmuş ziyanı sığorta ödəmişdir. Əməlindən peşmandır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və X1 X3 14 oktyabr 2023-cü il tarixli, 544 №-li rəyinin surətindən görünür ki, X2 bədən səthində aşkar olunan xəsarətlər-qapalı kələ-beyin travması, baş beyin silkələnməsi ilə, burunda şişkinlik, üst dodağın iç səthində əzilmiş-cırılmış yara-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 13 oktyabr 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası Səhiyyə nazirliyinin Məhkəmə -Tibbi Ekspertiza və X1 X3 14 oktyabr 2023-cü il tarixli, 543 №-li rəyinin surətindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-sol saidin qançır, sol mil-biləkdə şişkinlik, sol mil-bilək oynağında hərəkət məhdudluğu-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 13 oktyabr 2023cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 24 oktyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmişdir. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 13 oktyabr 2023-cü il tarixli, 104 saylı tibbi müayinəsi protokolundan görünür ki, Şəxs ayıq olduğu müəyyən edilmişdir. xx.xx.2023-cü il tarixli rəy aktlarında göstərilmişdir ki, “Nissan March” minik markalı ** CE *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəyən ümumi maddi ziyan 4160 manat, “CHEVROLET- CRUZE” minik markalı ** RJ *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəyən ümumi maddi ziyan isə 1070 manat təşkil edir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəısinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa xəta törədən şəxsin ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsi, əməlindən peşman olması iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. Azərbaycan Respublikası İXM-nin 36.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxarkən, vurulmuş əmlak zərərinin əvəzinin ödənilməsi barədə mübahisə olmadıqda, hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati tənbeh tətbiq etməklə eyni vaxtda vurulmuş zərərin əvəzinin ödənilməsi barədə məsələyə də baxa bilər. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-ci maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-1219/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1219/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver