Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1219/2025 19.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi, Qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.2-ci maddəsinə əsasən Vİ X9 Xidməti İnspektoru Polis Baş X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5 şikayətlə məhkəməyə müraciət edərək barəsində Vİ X9 Xidməti İnspektoru Polis Baş X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə idarə etdiyi X8 115 CDİ markalı ** VA *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 46 km hərəkətdə olarkən buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə barəsində İXM-nin 324.2-ci maddəsi ilə protokol tərtib olunmuş və həmin protokol əsasında xx.xx.2025-ci il tarixdə qəbul edilmiş müvafiq qərarla o 50 manat məbləğində cərimə olunmuşdur. Hesab edir ki, həmin qərar əsassız və qanunsuzdur. Belə ki, o 01 may 2024-cü ildə avtomobil nəqliyyatı ilə ölkədaxili sifariş daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı almışdır. Həmin vəsiqə və kart 7 il müddətinə, yəni xx.xx.2031-ci ilə qədər qüvəddədir. Buraxılış vəsiqəsi və kartı ilə ona qeyri-müntəzəm sərnişin daşımalarına və yük daşımalarına icazə verilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 izahat verərək bildirdi ki, 01 may 2024-cü ildə avtomobil nəqliyyatı ilə ölkədaxili sifariş daşımalara buraxılış vəsiqəsi və buraxılış kartı almışdır. Həmin vəsiqə və kart 7 il müddətinə, yəni xx.xx.2031-ci ilə qədər qüvəddədir. Buraxılış vəsiqəsi və kartı ilə ona qeyri-müntəzəm sərnişin daşımalarına və yük daşımalarına icazə verilmişdir. Lakin onun barəsində qərar tərtib edilərkən bu barədə polis əməkdaşına məlumat versə də polis əməkdaşı onu kartına baxmamışdır.Şikayətin təmin edilməsini xahiş etdi. İnzibati xəta haqqında qərar qəbul etmiş səlahiyyətli orqana məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməyib bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş, Azərbaycan Respublikası İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş Vİ X9 Xidməti İnspektoru Polis Baş X1 tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından görünür ki, X5 xx.xx.2025-ci il tarixdə saat 10:44-də “X8 115 CDİ minik “ markalı, **-VA- *** dövlət qeydiyyat nişanlı avtomobillə M2, E60, AH 5 Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 46 km-də buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə Azərbaycan Respublikası İXM-nin 324.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 50 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsinin surətindən görünür ki, avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalar üzrə qeyri-müntəzəm sərnişin daşımaları həyata keçirən X3 07 il müddətinə, xx.xx.2013-cü il tarixədək buraxılış vəsiqəsi verilmişdir. İş materiallarına əlavə edilmiş avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalara buraxılış kartının surətindən görünür ki , X3 xx.xx.2024-cü il tarixdən xx.xx.2031-ci il tarixədək buraxılış kartı verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.2-ci maddəsinə əsasən buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşınmasına görə – əlli manat məbləğində cərimə edilir. Məhkəmə, şikayətin dəlilləri ilə qismən razılaşaraq qeyd edir ki, X5 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən iş üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar araşdırılmamışdır. Belə ki, X5 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarda inzibati xəta haqqında işə baxılarkən səlahiyyətli orqan tərəfindən müəyyən edilmiş hallar göstərilməmiş, qərarın məzmununda sadəcə X2 buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşımasını qeyd edilməklə (İXM-nin 324.2 maddəsinin dispozisiyasının məzmununu) kifayətlənilmişdir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.18-ci maddəsinə əsasən taksi minik avtomobili – xüsusi tanınma nişanları və taksometrlə təchiz olunmuş, sürücünün oturacaq yeri daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitəsi; 4.0.7-ci maddəsinə əsasən ölkədaxili sifarişli daşımalar – taksi minik avtomobili ilə sərnişin daşımaları istisna olmaqla qeyri-müntəzəm sərnişin daşımaları və ölkədaxili yük daşımaları 13.1-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları xidmətlərinin istehlakçılarının qanuni maraqlarının qorunması, bu sahədə haqsız rəqabət və inhisarçılığın qarşısının alınması, daşımaların təhlükəsizliyinin, ətraf mühitin və əməyin mühafizəsinin təmin olunması məqsədilə avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları ilə məşğul olmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar bu Qanunun və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) aşağıdakı icazələri almalıdırlar: Azərbaycan Respublikası ilə xarici ölkələr arasında avtomobil nəqliyyatı ilə daşımaları yerinə yetirmək üçün operatorlara verilən beynəlxalq yük və qeyrimüntəzəm sərnişin daşımalarına buraxılış vəsiqəsi; ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi; taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqəsi; taksi sifarişi operatoru fəaliyyətinə icazə; avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrut üzrə sərnişin daşınması (sərnişin daşınmasının təşkili) haqqında müqavilə. Göründüyü kimi, inzibati qərardan şikayət vermiş X5 məhkəmə iclasında buraxılış vəsiqəsi və kartı ilə ona qeyri-müntəzəm ölkədaxili sərnişin və yük daşımalarına icazə verilməsini bildirmiş və həmin sənədləri məhkəməyə təqdim etmişdir. Lakin iş materiallarından göründüyü kimi X5 barəsində inzibati xəta haqqında qərar qəbul edilərkən onun buraxılış kartı olmadan taksi minik avtomobilləri ilə sərnişin daşıması əsas götürülmüş, lakin həmin vaxt onun qeyri-müntəzəm ölkədaxili sərnişin və yük daşıma fəaliyyəti ilə deyil, məhz taksi minik avtomobili ilə sərnişin daşıması faktı hər hansı izahat, videogörüntü və sübutlarla öz təsdiqini tapmamış və ya məhkəməyə təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası İXM-nin 115.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən müəyyən edilmiş hallar inzibati xəta haqqında qərarda göstərilməlidir. Bu baxımdan məhkəmə qeyd edir ki, qanunvericilik İXM-in 324.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq, həmin işlər üzrə faktiki halları hərtərəfli araşdırmaqla qərar qəbul etmək səlahiyyətini Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə həvalə etsə də,(İXM-nin 43.1-ci maddəsi, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndi) səlahiyyətli orqanın vəzifəli şəxsi hazırkı işlə bağlı gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamışdır. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X6 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib . Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, şikayət qismən təmin edilməli, X5 barəsində Vİ X9 Xidməti İnspektoru Polis Baş X1 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə əlavə araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Vİ X9 Xidmətinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-in 324.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Vİ X9 Xidməti İnspektoru Polis Baş X1 tərəfindən xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X10 İdarəsinin Vİ X9 Xidmətinə göndərilsin. Şikayət qalan hissədə təmin edilməsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-1219/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1219/2025
19.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver