Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-122/2024 09.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə X1 iştirakı ilə, X3 xx.xx.2023-cü il tarixli, EQ/17385943 nömrəli elektron qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ X2 xx.xx.2023-cü il tarixli, EQ/17385943 nömrəli elektron qərarın ləğv edilməsi barədə şikayət ərizəsi ilə məhkəməyə müraciət etmiş, şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, DİN Baş X8 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/17385943 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Belə ki, ** CX *** dövlət qeydiyyat nömrəli “FORD TOURNEO CONNECT” yük avtomobili ilə hərəkət edən zaman yola uyğun surət həddi ilə avtomobili idarə etmişdir və heç bir sürət həddini aşmamışdır. Lakin qərarda onun idarə etdiyi nəqliyyat vasitəsi ilə sürət həddini aşdığı qeyd edilmişdir. Halbuki həmin yerdə qayda pozuntusu hesab olunacaq heç bir yol nişanı göstərilməyib. Şikayət vermiş şəxs X5 şikayətə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə etmişdir. Vəsatətə görə DİN Baş X8 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ/17385943 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarına əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 300 manat məbləğində cərimə edilmişdir. Həmin qərar ona rəsmi təqdim edilməmişdir. Qərarın surətini müraciəti əsasında almışdır. Qeyd olunan qərar ona rəsmi təqdim edilmədiyindən şikayət vermə müddəti tərəfindən üzrlü səbəbdən ötürülmüşdür. Odur ki, müddətin bərpa edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə vəsatət təmin edilmiş və şikayət verilməsinə görə nəzərdə tutulmuş müddətin üzrlü buraxılması müəyyən edildiyindən bərpa edilmişdir. Məhkəmə iclasında şikayət verən X5 şikayətini müdafiə edərək bildirmişdir ki, barəsində olan inzibati cəriməni ödəmədiyinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ 06 ay müddətinə məhdudlaşdırılmışdır. Sonradan cəriməsini və dəbbə pulunu ödəmiş, məhdudlaşmasına dair qərarın icraatına xx.xx.2023-cü il tarixdə xitam verilmişdir. xx.xx.2023-cü il tarixdə isə yolda müəyyən edilmiş surət həddini aşmağa görə 10 manat məbləğində cərimə əvəzinə ona 300 manat məbləğində cərimə yazılmışdır. Səbəbi ilə maraqlananda isə, süücülük hüququ məhdudlaşdırıldığından cərimənin məbləğinin belə göstərilməsi bildirilmişdir. Barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ/17385943 nömrəli elektron qərarın ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Qərarından şikayət verilən Azərbaycan Respublikası DİN-nin DYPB-yə məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, Azərbaycan Respublikası DİN-nin DYPB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası DİN-nin DYPB-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət vermiş şəxsin izahatını dinləyib, habelə şikayətin dəlillərini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslıdır və təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2023-cü il tarixli, EQ/17385943 nömrəli qərara əsasən X5 xx.xx.2023-cü il tarixdə Hacıqabul-Sabirabad-Mincivan yolu 53-cü km Mincivan istiqamətində ** CX *** dövlət qeydiyyat nömrəli “FORD TOURNEO CONNECT” yük avtomobili ilə hərəkətdə olan zaman yolda müəyyən edilmiş hərəkət sürətini 13 km/saat həddində aşmış və Azərbaycan Respublikası İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 300 manat məbləğində cərimə edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi əsasdır. 328.1-ci maddəsinə əsasən Yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə- on manat məbləğində cərimə edilir. Hazırda məhkəməyə təqdim edilmiş materiallardan görünür ki, səlahiyyətli orqan tərəfindən qəbul edilmiş qərarda X4 AR İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 manat məbləğində inzibati cərimənin tətbiq edilməsi göstərilmişdir. Halbuki, sözügedən maddənin sanksiyasında nəzərdə tutulmuş cərimənin məbləği qanunverici tərəfindən 10 manat həddində müəyyən edilmişdir. Göstərilən bu hal şəxsin törətmiş olduğu inzibati xətaya görə qanunvericilikdə nəzərdə tutulmuş cərimə məbləğindən dəfələrlə artıq məbləğdə inzibati tənbehə məruz qalmasına dəlalət edir ki, bu da yolverilməz olmaqla səlahiyyətli orqan tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olmasının göstəricisidir. Belə olan halda məhkəmə qəbul edilmiş qərarın qanunazidd olmaqla hüquqi qüvvəsi olmayan sənəd olmasını nəzərə alaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ/17385943 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-cü maddəsini rəhbər tutub, Q Ə R A RA A L D İ : Şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, EQ/17385943 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-122/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-122/2024
09.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver