Məhkəmə qərarları › İş №3(032)-1226/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1226/2023

31.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1226/2023 31.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.2001-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, orta təhsilli, Şirvan şəhəri, Vidadi küçəsi 45 saylı evdə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Şəxs 26 sentyabr 2023-cü il tarixdə saat 11.00 radələrində «Tufan S150 Motosikl» minik markalı 99D481 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Şirvan şəhəri M.Ə.Rəsulzadə prospektində idarə edərkən piyada X2 vuraraq sağlamlığına yüngül bədən xəsarəti yetirmişdir. İnzibati xəta hadisəsinin olması yol hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və zərərçəkmiş şəxsin izahatı ilə, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarla, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, hal-hazırda özünə məxsus “Tufan S150” markalı 99 D 481 dövlət qeydiyyat nişanlı motosikl ilə kuryer kimi işləyir. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində özünə məxsus “Tufan S150” markalı 99 D 481 dövlət qeydiyyat nişanlı motosikl ilə Şirvan şəhəri İstiqlaliyyət küçəsi ilə üzü Şirvan şəhəri Naxçıvan küçəsi istiqamətində hərəkətdə olmuşdur. Bu vaxt o, Şirvan şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında svetoforun yaşıl işığında hərəkətdə olarkən qarşıda hərəkətdə olan minik avtomobili hərəkəti dayandırmış və yolu keçən piyadaya yol vermişdir. O da minik avtomobilinin solu ilə hərəkəti saatda təxminən 30 km/saat sürətlə davam etdirmiş və bu vaxt piyada keçidi ilə hərəkət edən adını sonradan bildiyi X2 vurmuşdur. O, həmçinin zərbənin təsirindən Südabə Məcidova yerə yıxıldığını, motosiklini yolun kənarında saxlayıb Südabə Məcidovaya yaxınlaşaraq xəstəxanaya gətirilməsinə köməklik göstərdiyini, hal-hazırda isə zərərçəkmiş şəxslə barışdığını və əməlindən peşman olduğunu, bütün bunların qərar qəbul edərkən nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 izahat verərək bildirdi ki, xx.xx.2023-cü İl tarixdə saat 11 radələrində Şirvan şəhəri İstiqlaliyyət küçəsində Şirvan şəhər İcra Hakimiyyətinin inzbati binasının qarşısında yolu piyada keçidindən keçmişdir. Bu vaxt yol ilə hərəkt edən “Chevrolet” markalı avtomobil hərəkətini dayandıraraq ona yol vermiş, bundan sonra o yenidən hərəkətini davam etdirmişdir. Bu zaman yolun orta hissəsində İstiqlaliyyət küçəsi ilə üzü Naxçıvan küçəsinə doğru hərəkət edən motosikl onun yoluna çıxaraq vurmuş və o, yerə yıxılmışdır. Daha sonra isə onu xəstəxanaya gətirdiklərini və Şəxs qarşı heç bir şikayət və tələbi olmadığını bildirmiş, və buna dair ərizəni təqdim etmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə nazirliyinin “Məhkəmə -Tibbi Ekspertiza və X4” X6 23 oktyabr 2023-cü il tarixli 516 №-li rəyinin surətindən görünür ki, X1 bədən səthində aşkar olunan xəsarətlər - burun sümüyünün sınığı, hər iki gözaltı nahiyədə qançırlar, sağ dizdə sıyrıq - küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 26 sentyabr 2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İnzibati xəta haqqında protokola əlavə edilmiş «cinayət işinin başlanmasının rədd edilməsi haqqında» 26 oktyabr 2023-cü il tarixli qərarının surətindən görünür ki, Şəxs 26 sentyabr 2023-cü il tarixdə saat 11 radələrində “Tufan S150 Motosikl” minik markalı 99D481 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şirvan şəhəri küçəsi ilə hərəkət edən zaman X2 vurmuş, nəticədə X3 yüngül xəsarət almışdır. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Şirvan şəhər Polis Şöbəsinin DYPB-nə təqdim olunması qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati tənbeh tətbiq edərkən xətanın yol hərəkəti qaydaları əleyhinə olması barədə xarakteri, əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. İnzibati xəta törətmiş şəxsin əməlindən peşman olması, zərərçəkmiş şəxsin ona qarşı tələbinin olmaması məsuliyyəti yüngülləşdirən hal olması və iş üzrə məsuliyyəti ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasının həddləri daxilində cərimə növündə inzibati tənbeh verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-ci, 115-ci ,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar