Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1234/2025 03.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi , Qərarında şikayət verilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X9, Şikayət vermiş şəxs X7, müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsinə dair verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şikayət vermiş şəxs X10 Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət vermiş şəxs ərizəsini onunla əsaslandırmışdır ki, 31 oktyabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə təqsirli bilinərək 1000 manat cərimə edilmişdir. MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı rəsmi şəkildə 06 noyabr 2025-ci il tarixdə almışdır. Qərarda qeyd edilmişdir ki, guya o xx.xx.2025-ci il tarixdə səhər saatlarında Şirvan kanalının Salyan rayonundan keçən ərazisində ov üçün icazəsi olmadan istifadəsində olan icazə sənədi olan “Safak-arms” markalı 12 kalibrli 590-H22 YT-82 nömrəli yivsiz lüləli ov silahı ilə ov etmişdir. O, qeyd edilən tarixdə balıq tutmaq üçün Şirvan kanalının Salyan rayonundan keçən hissəsinə getmişdir. Bir müddət gözləsə də, balıq tuta bilməmişdir. Geri qayırdarkən yol kənarında bir şəxsin ov quşları satdığını görmüşdür. Yaxınlaşıb qiymət soruşduqdan sonra qiymətdə razılaşmışlar ov quşlarını alaraq idarə etdiyi avtomobilə qoymuşdur. Təxminən həmin ərazidən 200 metr irəlidə qəflətən idarə etdiyi avtomobilin qarşısını kəsmişlər və iki nəfər şəxs onu avtomobildən düşürtmüşlər. O, həmin şəxslərə bildirmişdir ki, o ov etməmişdir və həmin quşları aldığı yeri onlara göstərmişdir. Lakin onlar inzibati protokol tərtib etmişlər və daha sonra yaşadığı ünvana bildiriş göndərərək 31 oktyabr 2025-ci il tarixdə, saat 15:15-də onu 3 saylı Regional Ekologiya və Təbil Sərvətlər İdarəsinə dəvət etmişlər. 31 oktyabr 2025-ci il tarixdə saat 14:55-də o idarəyə getmiş və orada ona bildirmişlər ki, artıq qərar qəbul edilmişdir və qərarı onun ünvanıma göndərəcəklər. Göründüyü kimi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi heç bir araşdırma aparmadan barəmdə əsassız və qanunsuz qərar qəbul etmişdir. 18 oktyabr 2025-ci il tarixdə o ov etməmişdir. Ov quşlarını hardan əldə etdiyini isə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşlarına bildirmişdir. Həmin vaxt yazdığı izahatında da ov quşlarını necə aldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X10 şikayətin dəlillərə uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə qeyd edilən tarixdə balıq tutmaq üçün Şirvan kanalının Salyan rayonundan keçən hissəsinə getmişdir. Bir müddət gözləsə də, balıq tuta bilməmişdir. Geri qayırdarkən yol kənarında bir şəxsin ov quşları satdığını görmüşdür. Yaxınlaşıb qiymət soruşduqdan sonra qiymətdə razılaşmışlar ov quşlarını alaraq idarə etdiyi avtomobilə qoymuşdur. Təxminən həmin ərazidən 200 metr irəlidə qəflətən idarə etdiyi avtomobilin qarşısını kəsmişlər və iki nəfər şəxs onu avtomobildən düşürtmüşlər. O, həmin şəxslərə bildirmişdir ki, o ov etməmişdir və həmin quşları aldığı yeri onlara göstərmişdir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 4 saylı Regional Ekologiya və Təbii Sərvətlər xx.xx.2025-ci il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X13 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq öz izahatında bildirmişdir ki, 18 oktyabr 2025-ci il tarixdə Şirvan kanalının Salyan rayonundan keçən ərazidə qanunsuz ov hallarının qarşısını almaq məqsədilə xidmət apararkən X10 və digər şəxslər tərəfindən uzaq məsəfədən müşahidə edilən zaman onların qanunsuz ov ilə məşğul olmalarının şahidi olaraq onlara videoçəkilişlə yaxınlaşılmış ov icazələrinin olubolmaması dəqiqləşdirilmiş daha sonra avtomobildən qanunsuz ov etdikləri quşlar çıxarılmış, onların isə barəsində inzibati xəta haqqında protokol tərtib edilərək qərar qəbul edilmişdir. Göstərilənlərə əsasən qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını, vəkilin çıxışını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən X1 Salyan rayonundan keçən ərazisində 18 oktyabr 2025-ci il tarixində səhər saatlarında istifadəsində olan icazə sənədi olan “Safak-arms” markalı 12 kalibrili 590-H22YT-82 nömrəli yivsiz lüləli ov silahı ilə ov etmişdir. X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və bu səbəbdəndə barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli 91123 nömrəli aktdan görünür ki, 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müvafiq əmrinə əsasən “ Ətraf mühitin Mühafizəsi haqqında”, “ Ovçuluq haqqında”, “ Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikasının qanunlarını və bu sahədə qəbul edilmiş digər normativ hüquqi aktları rəhbət tutaraq 18 oktyabr 2025-ci il tarixdə xidməti əraziləri olan Salyan rayonu və Şirvan şəhəri inzibati ərazilərində keçirilən nəzarət tədbirləri zamanı Şirvan kanalının yaxınlığında çöl ərazidə naməlum şəxslər tərəfindən ov üçün nəzərdə tutulmamış ərazidə qanunsuz ov fəaliyyəti ilə məşğul olduqları uzaq məsəfədən tərəflərindən müşahidə edilmişdir. Qeyd olunan əraziyə yaxınlaşdıqda həmin şəxslər **-MU-*** dövlət qeydiyyat nişanlı “ Niva” markalı nəqliyyat vasitəsinə əyləşərək ərazidən uzaqlaşmışlar. Nəqliyyat vasitəsi Salyan rayonu Yenikənd kəndinə yaxın çöl ərazidə tərəflərindən saxlanılaraq həmin şəxslərin iştirakı ilə baxış keçirilmişdir. Nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobilin salon hissəsində, ön oturacaqda istifadəyə hazır şəkildə 1 (bir) ədəd , “Safak-arms” markalı 12 kalibrili 590-H22YT-82 nömrəli yivsiz lüləli ov silahı, avtomobilin arxa oturacağının aşağı hissəsində istifadəyə hazır şəkildə X5 istifadəsində olan 1(bir) ədəd qanuni sənədləri olmayan 16 kalibrili , yivsiz lüləli , x18117-55 nömrəli ov silahı, avtomobilin salon hissəsində gizləşdilmiş formada 26 ədəd ov üçün nəzərdə tutulmuş dolu halda zavod istehsalı olan, patronlar, avtomobilin salon hissəsində paltara bükülmüş formada adı Azərbaycan Respublikasının Qırmızı kitabına düşmüş, 1 (bir) baş “ mərmər cürə” çöl quşu və 2 (iki) baş “adi ördək” çöl quşu aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Araşdırma zamanı avtomobildə olan şəxslərin ünvan 1 ünvanında yaşayan X8 , ünvan 2 ünvanında yaşayan X10 və özünü ,Şirvan şəhər sakini Telman kimi təqdim edən şəxslər olduğu müəyyən olunmuşdur. Araşdırma müddətində Vidadi Rasulov və Yadigar Məmmədov yazılı izahat verərək səhər saatlarında balıq ovlamaq üçün Şirvan kanalına getdiklərini və ərazidə çöl quşlarını görüb ov eləmək istədiklərini, lakin heç bir quşa rast gəlmədiklərini , avtomobildə olan quşları tanımadığı bir vətəndaşdan pulnan aldıqlarını bildirmişlər. Avtomobildə olan və özünü Şirvan şəhər sakini Telman olaraq təqdim edən digər şəxs yazılı izahat verməkdən imtina edərək qeyd olunan əraziyə balıq tutmaq üçün getdiyini , balıq ovundan qayıdan zaman Yadigar Məmmədovu və Vidadi Rasulovu yolda görüb özünü avtomobillə Şirvan şəhərinə aparması üçün xahiş etdiyini və bu səbəbdən onların avtomobilinə mindiyini şifahi olaraq bildirmişdir. Araşdırmanın nəticəsi olaraq X10 və X8 tərəfindən “ Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinin pozulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli 91123 nömrəli akta əlavədən görünür ki, Şirvan kanalının ünvan 4 ünvanında yaşayan X10 tərəfindən 1 baş turac və 1 baş ördək quşlarının qanunsuz ovlanması nəticəsində təbiətə dəymiş zərər turac - 330 manat, ördək -5 manat 50 qəpik olmaqla ümumlikdə 335 manat 50 qəpik təşkil edir. X7 xx.xx.2025-ci il tarixli yazılı izahatından görünür ki, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Şirvan kanalına balığa getmişlər və təsadüfən ərazidə çöl quşlarını görüb ov eləmək qərarına gəlmişlər. Amma heç bir quş rast gəlməmiş ov edə bilməmişlər. Yolda gələrkən tanımadığı bir vətəndaşdan bir neçə ov quşu pulla almışlar. Gələrkən yolda qarşılarını bir ağ rəngli Niva markalı maşın saxlamışlar və ekologiya işçisi olduğunu bildirmişlər və maşına baxış keçirdərək ona məxsus silaha əl ataraq götürmüşlər. Məhkəmə iclasında Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən təqdim edilmiş videogörüntüyə baxış keçirilmişdir. Baxış zamanı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları **-MU-*** dövlət qeydiyyat nişanlı “ Niva” markalı nəqliyyat vasitəsinə əyləşərək ərazidən uzaqlaşmışlar. Nəqliyyat vasitəsi Salyan rayonu Yenikənd kəndinə yaxın çöl ərazidə tərəflərindən saxlanılaraq həmin şəxslərin iştirakı ilə baxış keçirilmişdir. Nəqliyyat vasitəsinə keçirilən baxış zamanı avtomobilin salon hissəsində , ön oturacaqda istifadəyə hazır şəkildə 1 (bir) ədəd , “ Safak-arms” markalı 12 kalibrili 590-H22YT-82 nömrəli yivsiz lüləli ov silahı,avtomobilin arxa oturacağının aşağı hissəsində istifadəyə hazır şəkildə X5 istifadəsində olan 1(bir) ədəd qanuni sənədləri olmayan 16 kalibrili, yivsiz lüləli , x18117-55 nömrəli ov silahı, avtomobilin salon hissəsində gizləşdilmiş formada 26 ədəd ov üçün nəzərdə tutulmuş dolu halda zavod istehsalı olan, patronlar, avtomobilin salon hissəsində paltara bükülmüş formada adı Azərbaycan Respublikasının Qırmızı kitabına düşmüş, 1 (bir) baş “ mərmər cürə” çöl quşu və 2 (iki) baş “adi ördək” çöl quşu aşkar edilərək maddi sübut kimi götürülmüşdür. İşin araşdırılmış hallarından görünür ki, X10 ov üçün əlverişli ərazidə üzərində içi patronla dolu atışa hazır vəziyyətdə odlu silah ilə çəkilmiş foto və video görüntüləri mövcuddur, həmin foto və video görünütülər isə məhkəməyə səlahiyyətli orqan tərəfindən təqdim edilmiş və araşdırılmışdır. Məhkəmə baxışında X7 özü də foto və video görüntülərdəki şəxsin özü olduğunu və silahın ona məxsus olduğunu təsdiq etmiş, bu hallar isə işin mübahisəsiz hallarıdır. Məhkəmə təqdim edilən sözügedən sübutları qiymətləndirərək hesab edir ki, X7 ov silahı ilə birlikdə saxlanıldığını, həmin əraziyə balıq ovlamaq üçün deyil, məqsədyönlü (ov fəaliyyətinə hazırlıq, icazəsiz ovçuluq) daxil olduğunu sübut edir. Hazırki işin faktiki halları ondan ibarətdir ki, X7 ov silahı ilə birgə saxlanılması, həmin ərazidə gizli və icazəsiz hərəkət etməsi halı faktiki ov niyyəti kimi qiymətləndirilməlidir. X17 öz yazılı izahatında da “təsadüfən ərazidə çöl quşlarını görüb ov eləmək qərarına gəldiklərini” bildirməklə öz ilkin niyyətini ifadə etmiş, lakin sonradan “amma heç bir quş rast gəlməmiş ov edə bilməmişlər, yolda gələrkən tanımadığı bir vətəndaşdan bir neçə ov quşu pulla almışlar.” kimi fikrini bildirməsi isə işin faktiki hallarına uyğun gəlmir vəhər hansı sübutlarla təsdiq olunmur. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş videogörüntüdən də aşkar edilmiş quşların bəzilərinin avtomobildə gizli saxlanıldığı və bəzilərinin isə yaralı vəziyyətdə olduğu müəyyən edilmişdir. Eyni zamanda yuxarıda göstərilən dəlillər X7 məhkəməyə təqdim etdiyi şikayətdə göstərdiyi tərəfindən heç bir inzibati xəta törətməməsinə dair xüsusatları da tam təkzib edir. “Ovçuluq haqqında” Azərbaycan Respublikasının Qanunun: 1.0.1-ci maddəsinə əsasən ovçuluq - quruda və suda təbii sərbəstlik və yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan suda-quruda yaşayanların, xəzdərililərin, sürünənlərin, quşların və məməlilərin (bundan sonra - vəhşi heyvanların) izlənilməsi, təqib edilməsi, tutulması və vurulması üzrə fəaliyyət növü; 12.1-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti bu Qanunda nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq üçün ayrılmış ov yerlərində həyata keçirilir. 12.2-ci maddəsinə əsasən ovçuluq fəaliyyəti ödənişlidir. Bu fəaliyyət ovçuluq bileti və ov etmək üçün verilən icazə əsasında həyata keçirilir. 14.1-ci maddəsinə əsaən ov etmək üçün icazə ovçuluq fəaliyyətinin həyata keçirilməsinə icazə verən hüquqi sənəddir və ov obyektlərinin hər növünə ayrıca verilir. 20.1.2-ci maddəsinə əsasən ovçuluq bileti və ov etmək üçün icazə olmadıqda Azərbaycan Respublikasının ərazisində ov edilməsi qadağan edilir. “Heyvanlar aləmi haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən əhalinin maddi və mənəvi, iqtisadiyyatın xammal, material və digər tələbatlarının ödənilməsi məqsədilə təbii sərbəstlik və ya yarımsərbəst şəraitində daimi, müvəqqəti və köçəri yaşayan, habelə təsərrüfat subyektləri tərəfindən yetişdirilib ov yerlərinə buraxılan ovçuluq obyektlərinə aid edilmiş vəhşi heyvanların izlənilməsi, təqib edilməsi, tutulması və vurulması ovçuluq hesab olunur. Ov ödənişlidir və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş icazə və ovçuluq biletləri əsasında həyata keçirilir. Ovçuluq biletinin verilməsinə görə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur. Ovçuluq fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən ovçuluq cəmiyyətləri, fiziki və hüquqi şəxslər üçün ayrılmış ov yerlərində həyata keçirilir. Ovçuluq təsərrüfatının təşkili və aparılması məqsədilə vəhşi heyvanların yaşadığı, miqrasiya etdiyi və nəsil artırdığı ərazilər ovçuluq yerləri kimi istifadə edilir. Vəhhşi heyvanların ov obyektlərinə aid edilməsi, ov yerlərinin ayrılması, ovçuluq təsərrüfatının təşkili və onun həyata keçirilməsi qaydaları Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə tənzimlənir. Həmin Qanunun 53-cü maddəsinə əsasən ov qaydalarını kobud şəkildə pozduqda (ov etmək üçün icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov etdikdə), habelə digər ov qaydalarını müntəzəm pozduqda Azərbaycan Respublikasının Qırmızı kitabına daxil edilmiş və ya xüsusi mühafizə olunan heyvan növlərinin siyahısında olan heyvanların mühafizəsi üzrə tələbləri yerinə yetirmədikdə; heyvanların əldə edilməsində qadağan edilmiş ov alətlərini hazırladıqda, saxladıqda, satdıqda və tətbiq etdikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsinə əsasən bu Məcəllənin 272.3-cü maddəsində nəzərdə tutulan hallar istisna olmaqla, ov etmək qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan olunmuş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan olunmuş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov etmək qaydalarının müntəzəm pozulmasına görə - inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya edilməməklə min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Qeyd edilməlidir ki, əməli törətmiş şəxsin (fizki və ya hüquqi) təqsiri dedikdə törədilən əmələ (hərəkət və ya hərəkətsizlik) və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında münasibəti anlaşılır. Əməlin inzibati xəta hesab edilməsi təkcə bu əməlin qeyri-hüquqi olması ilə deyil, həm də onun təqsirə, yəni qəsd və yaxud ehtiyatsızlıq formasında törədilməsi ilə də bağlıdır. Hərəkət və yaxud hərəkətsizlik – davranışın iradəvi aktıdır, buna görə də hərəkətsizlik zamanı məsuliyyətin təyin edilməsi üçün həmçinin bu və ya digər şəxsin tələb olunan hərəkətləri etməsinin real imkanlarını, yəni konkret şəraitdə göstərilən hərəkətlərin edilməsinin faktiki imkanları müəyyən olunmalıdır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135-ci maddəsində sadalanan inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Həmin qərarlardan biri də İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərardır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X7 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilməsin. X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272-1-ci maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-1234/2025
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1234/2025
03.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver