Məhkəmə qərarları › İş №3(032)-1235/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1235/2025

26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1235/2025 26.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə , Qərardan şikayət verən şəxs X4, Qərarından şikayət verilən şəxs Şirvan şəhər YPX-nin inspektrou X2 iştirakı ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər YPX-nin inspektrou X2 “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarından verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : X5 şikayətlə məhkəməyə müraciət edərək barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayətə görə xx.xx.2025-ci il tarixdə 2002-ci il buraxılışlı, VAZ 21070 minik markalı, 10- KU- 427 qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Şirvan şəhəri T.Ələkbərov küçəsində hərəkətdə olarkən DYP xidmətinin əməkdaşı tərəfindən İXM-nin 332.3-cü maddəsinin tələblərinin pozulmasını əsas gətirilməklə barəsində 400 manat inzibati cərimə tətbiq edilmişdir. Hesab edir ki, qeyd edilən qərar qanunsuz və əsassız tərtib edilmişdir. Belə ki, əməkdaş tərəfindən barəsində xx.xx.2025-ci il tarixdə İXP ******* nömrə ilə və İXP ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilməsi barədə məlumat verilmişdir. Qeyd edilən protokollardan məlumatı olmağını bildirsə də barəsində inzibati tənbeh vermə haqqında TP ******* nömrəli qərar tərtib edilmişdir. Daha sonra ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinərək , nəqliyyat vasitələrini idarə etmək hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılması haqqında Şirvan şəhər Məhkəməsinin 3(032)-802/2025 saylı, 12 avqust 2025-ci il tarixli qərarına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 3(032)-802/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli və İXP ******* nömrəli inzibati xəta haqqında protokollara əsasən inzibati xəta törətmiş X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətə məhdudlaşdırılmasına dair Şirvan şəhər Məhkəməsinin 3(032)-802/2025 saylı, 12 avqust 2025-ci il tarixli inzibati xəta haqqında qərarına xitam verilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 şikayətdə qeyd olunan xüsusatlara əsaslanaraq şikayətin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında qərarından şikayət verilən şəxs Şirvan şəhər YPX-nin inspektrou X3 bildirdi ki , X5 xx.xx.2025-ci il tarixdə saat 21:09-da “VAZ 21070 minik” markalı ** KU *** dövlət qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs olaraq idarə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 400 manat məbləöində cərimə edilmişdir. Lakin vətəndaş cərimə edilərkən onun nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmasına dair qərardan məlumatlı olub-olmaması araşdırılmamışdır. Şikayətin təmin edilməməsini xahiş etdi. Şikayət vermiş şəxsi dinləyib, habelə şikayəti nəzərdən keçirib, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir . Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2025-ci il tarixində saat 21:09-da Şirvan şəhəri T.Ələkbərov küçəsində “Vaz 21070 minik” markalı ** KU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə vətəndaş X5 barəsində 300 (üç yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, X1 şəhəri Tahir Bağırov küçəsi ev 4-32 D ünvanında qeydiyyatdadır. Məhkəmə iclasında ünvan 2ş materiallarına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətinə məhdudlaşdırılmasına dair Şirvan şəhər Məhkəməsinin 3(032)-802/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının surəti məlumat üçün xx.xx.2025-ci il tarixli məktubu ilə X4 ünvanına - ünvan 3i ilə geri qaytarılmışdır. X4 Şirvan şəhər Məhkəməsinə xx.xx.2025-ci il tarixdə daxil olmuş ərizəsindən görünür ki, X5 inzibati qaydada cərimə edilməsindən məlumatı olmadığından qeyd edilən cərimə məbləğlərini ödəməmişdir. Hazırda qeyd edilən cərimə məbləğini ödəmişdir. Şirvan şəhər Məhkəməsinin 3(032)-802/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 3(032)-802/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli və İXP ******* nömrəli inzibati xəta haqqında protokollara əsasən inzibati xəta törətmiş X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququnun 06 (altı) ay müddətə məhdudlaşdırılmasına dair Şirvan şəhər Məhkəməsinin 3(032)-802/2025 saylı, 12 avqust 2025-ci il tarixli inzibati xəta haqqında qərarına xitam verilmişdir. Göründüyü kimi X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3cü maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmə hüququ 6 ay müddətinə məhdudlaşdırılmasına dair Şirvan şəhər Məhkəməsinin 3(032)-802/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının surəti ona rəsmi şəkildə təqdim edilməmiş və nəticədə qərar barədə məlumatı olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə - üç yüz manat məbləğində cərimə edilir. İnzibati xətalar qanunvericiliyinin tələbinə görə 332.3-cü maddəsi ilə inzibati xəta tərkibinin yaranması üçün ya nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edilməsinə görə inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsini idarə edilməsi təkrar törədilməli, ya da ki, nəqliyyat vaitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsi müəyyən olunmalıdır . Göründüyü kimi X5 xx.xx.2025-ci il tarixində saat 21:09-da Şirvan şəhəri T.Ələkbərov küçəsində “Vaz 21070 minik” markalı ** KU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmə hüququnun 6 ay müddətinə məhdudlaşdırılmasına dair Şirvan şəhər Məhkəməsinin Şirvan şəhər Məhkəməsinin 3(032)-802/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından xəbərsiz olmuş və yanlız İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qəbul edilməsindən sonra Şirvan şəhər Məhkəməsinin 3(032)-802/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı barədə məlumatlı olmuş, bu da onun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.3-cü maddəsinin tərkibini yaratmır. Belə olan halda X4 məsuliyyətə cəlb edilməsi yolverilməzdir. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs, törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərə və yaxud hərəkətsizliyə onun tərəfindən yol verilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir . 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması İnzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq, iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati məsuliyyətə cəlb olunan şəxs X4 Azərbaycan Respublikası İXM-nin 332.3-cü maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində olan şübhələr onun xeyrinə həll edildiyindən, təqsirliliyi sübuta yetirilmədiyindən şikayət təmin olunmalı, X5 barəsində Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı ləğv edilməli, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133, 134 və 135-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Şikayət təmin edilsin. X5 barəsində Azərbaycan Respublikası DİN-nin Şirvan şəhər YPX-nin inspektrou X2 “inzibati tənbeh vermə haqqında” xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar