Məhkəmə qərarları › İş №3(032)-124/2024

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-124/2024

01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-124/2024 01.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, X1 katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1990-cı il tarixdə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 334.1ci maddələrinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: Şəxs xx.xx.2024-cü il tarixdə saat 02:05 radələrində Şirvan şəhəri L-nt İbrahimov küçəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan «VAZ 21013» minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobili alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə etmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 329.3, 332.1 və 334.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi haqqında xx.xx.2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli protokol tərtib olunmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs protokolda göstərilən xüsusatları təsdiq edərək bildirdi ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında spirtli içki qəbul etmiş, şəhər ərazisində Xaqani küçəsində xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə keçən gecə təxminən saat 00:30 radələrində binanın qarşısında olan VAZ 2106 markalı, dövlət qeydiyyat nişanı 01 ilə başlayan, ağ rəngli avtomobilə yaxınlaşaraq, avtomobilin kapot hissəsindən kauçuku çıxartmış, “şunurunu” çəkib dartdım və kapotu açmışdır. Həmin vaxt kənarda heç kimin olmadığına əmin olub “kapotu” qaldırmış və avtomobilin mühərrik hissəsində olan 1 ədəd akkumulyatoru ayırmış və yenidən birləşdirmiş, avtomobilin qapıları açılmış, akkumulyatoru yerindən çıxarıb kənara qoymuş, sonra isə qapı açıldığına görə avtomobilin salonunda olan 1 ədəd maqnitofonu, 1 ədəd usb kabeli, maqnitofonun tərkibində olan 1 ədəd “pultu” və avtomobilin salonunda olan 2 ədəd “kalonka”nı söküb avtomobildən götürdüyü 1 ədəd çəhrayı rəngli sellofana yığmış, akkumulyatoru isə bir əli ilə götürüb piyada asfalt yola tərəf getmiş, asfalt tolda dəmiryol keçidini keçmiş, oradan isə bir binanın qarşısında həyətdə olan qızılı metallik rəngli, VAZ 21013 markalı avtomobilin olduğunu görmüşdür. Həmin avtomobili də oğurlamaq qərarına gəlmişdir. Şirvan şəhəri ərazisində “Köhnə bazar” deyilən yerə qədər oğurladığı avtomobili idarə etmiş, həddən artıq içkili olduğundan avtomobili idarə edə bilməmişdir. Şirvan polisinin yol patrul xidmətinin işçiləri avtomobilə “saxla” əmrini vermiş, o da avtomobili saxlamış, Polis əməkdaşı ondan avtomobili idarə etmək üçün sənədləri istədikdə o polis əməkdaşına avtomobili idarə etmək üçün heç bir sənədinin olmadığını demişdir. Polis əməkdaşı onun həddən artıq içkili vəziyyətdə olduğunu, həmçinin avtomobili oğurladığını görüb avtomobili Şirvan polis şöbəsinin duracağına yerləşdirdilər. Hazırda əməlindən səmimi peşmandır. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2024-cü il tarixli 01810 saylı protokollaşdırma sənədindən görünür ki, Şəxs alkoqolun miqdarı 0,037 % promil olduğu müəyyən edilmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyərək, məhkəmə hesab edir ki, Şəxs törətdiyi əməllər düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3, 332.1 və 334.1-ci maddələri ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işə baxmaq rayon (şəhər) məhkəmələrinin, digərləri isə yəni Azərbaycan Respublikası İXM-in 329.3 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxmaq Baş X2 İdarəsinin rəisinin, onun müavinlərinin, Baş X2 İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisinin, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin X2 İdarəsinin rəisinin, ərazi polis orqanlarının X2 idarələrinin, şöbələrinin rəislərinin, onların müavinlərinin, ərazi polis orqanlarının X2 bölmələrinin rəislərinin, ərazi polis orqanlarının X2 qruplarının rəhbərlərinin səlahiyyətinə aiddir. Qanunvericiliyin tələbinə əsasən məhkəmənin Azərbaycan Respublikası İXM-in 329.3 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işlərə baxmaq səlahiyyəti olmadığından hazırki iş üzrə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə münasibətdə qiymət verilməlidir. Bununla da məhkəmə iclasında tədqiq edilmiş, yuxarıda göstərilən sübutlarla, eləcə də özünün etiraf edici ifadəsi ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsiri tam sübuta yetirilir. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində həmin maddədə nəzərdə tutulmuş inzibati xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə, Şəxs törədilmiş inzibati xətadan səmimi peşmançılığını və onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını və Şəxs şəxsiyyətini nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət edir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində cərimə növündə inzibati tənbeh tətbiq olunmalı, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə görə isə Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında material Şirvan şəhər Polis Şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 500 (beş yüz) manat məbləğində cərimə tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 332.1-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi üçün inzibati xəta haqqında material Şirvan şəhər Polis şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar