Məhkəmə qərarları › İş №3(032)-1242/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1242/2025

13.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1242/2025 13.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, qanuni nümayəndəsi Şirvan şəhər İcra Hakimiyyətinin nümayəndəsi X2, X6 Vəkil Bürosunun vəkili Vəkil, Zərərçəkmiş şəxs X8, qanuni nümayəndəsi X3, Şirvan şəhər prokurorluğunun nümayəndəsi Şirvan şəhər prokurorunun köməkçisi X4 iştirakı ilə, xx.xx.2008-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay , orta təhsilli, işləməyən, Sabirabad rayonu, Sarxanbyəli kəndində qeydiyyatda olan , Şirvan şəhəri Çılpaqlı qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyən etdi : Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli MN № ******* saylı hazırkı protokol tərtib edilmişdir ondan ötrü ki, Şəxs xx.xx.2025-ci il tarixdə saat 12.00 radələrində şəxsi münasibətlər zəminində münaqişə zamanı X9 döyərək ona fiziki ağrı yetirmişdir. İnzibati xəta hadisənin olması xx.xx.2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolla, cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin izahatları, ekspert rəyləri, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş digər sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolla razı deyil. Belə ki, bir ilə yaxındır ki, tanıdığı X16 onun zənglərinə cavab vermədiyindən səbəbini soruşmaq üçün xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində onu oxuduğu məktəbin yaxınlığında gözləmiş, Güneldən zənglərinə cavab verməməyinin səbəbini soruşmuş, mübahisələri yaranmışdır, Günel çıxıb getmək istədiyindən onun qolundan tutaraq saxlamış, onun zənglərinə cavab vermədiyindən telefonunu alaraq telefonda olan mobil nömrəni qıraraq tullamışdır. Lakin o, bildirdi ki, zərərçəkmiş şəxsə xəsarət yetirməmişdir. Onun bədən səthində hər hansı xəsarətlərin olmasından xəbərsizdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X16 izahat verərək bildirdi ki, Şəxs təxminən bir ildir ki, Əhmədi hazırlıqdan tanıyır, əvvəllər dost münasibətləri olmuş, son zamanlar münasibətləri pozulmuşdur. Əhməd bundan sonra ona “sən mənim olmalısan” kimi ifadələr işlətmiş, ona görə də o Əhmədlə danışmaq istəməmişdir. Bundan sonra xx.xx.2025-ci il tarixdə, saat 12.00 radələrində məktəbdən çıxan zaman Əhmədlə qarşılaşmış, bu Zaman Əhməd onun qol nahiyyəsindən tutub sıxaraq ona “hazırlıqlarının yerini dəyişmisən səninlə əlaqə saxlaya bilmirəm” demiş, qol nahiyəsinə , yumruq zərbəsi endirmiş və telefonunu alaraq telefonda olan mobil nömrəni qıraraq tullamışdır. Bundan sonra kənarda olan tanımadığı şəxslər yaxınlaşmış, bundan sonra Əhməd oradan qaçaraq uzaqlaşmışdır. Bundan sonra bu barədə atası Zaura məlumat vermiş atası da DİN-nin “102” xidmətinə müraciət edərək hadisə barədə məlumat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində inzibati tənbehin verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Şirvan şəhər prokurorluğunun nümayəndəsi Şirvan şəhər prokurorunun köməkçisi X5 izahat verib bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yetkinlik yaşına çatmamışdır. Odur ki, onun barəsində inzibati cərimə növündə inzibati tənbehin tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokola əlavə edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Şəxs ilə X16 arasında şəxsi münasibətlər zəminində mübahisə yaranmış, mübahisə zamanı Şəxs X1 zərər vurmayan dərəcəsi təyin edilməyən xəsarət yetirmişdir. Şəxs əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsidə əsasən rədd edilməlidir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Məhkəmə-Tibbi Ekspertiza və X12 Təcrübi və X7 şəhər şöbəsinin xx.xx.2025-ci il tarixli 532 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X8 bədən səthində aşkar olunan xəsarətlər – sol bazunun yuxarı -orta-aşağı 1/3-də, sağ bazunun yuxarı 1/3-də qançırlar - küt əşya təsirindən törənmiş, qərarın təsvir hissəsində göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır; 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır; 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 63.6-cı maddəsinə əsasən on səkkiz yaşına çatmayan şəxslər barəsində inzibati xətalar haqqında işlərə baxılarkən həmin şəxsin qanuni nümayəndəsinin iştirakı məcburidir. 66.1-ci maddəsinə əsasən inzibati qaydada tutulan yetkinlik yaşına çatmayanların, nitq, eşitmə, görmə qabiliyyəti tam məhdud olan, fiziki və ya psixi pozuntularına görə özlərinin müdafiə hüququnu həyata keçirə bilməyən digər şəxslərin işlərində vəkilin iştirakı məcburidir. Göstərilən hallarda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin müdafiəçidən imtinası qəbul olunmur. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 32.1.2-ci maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayanlar tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Məhkəmə İXM-nın 32.1.2-ci maddəsinə əsasən inzibati xətanın yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini iş üzrə məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hal müəyyən edilməmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində müəyyən məbləğdə inzibati cərimə olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115 ,128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək barəsində 300 (üç yüz) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunsun. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar