Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1244/2023 15.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsinin tələbini pozması ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokola məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokola əsasən Şirvan şəhəri, H.Əliyev prospekti, 1/95 ünvanında yerləşən aptekdə xx.xx.2023-cü il tarixində aptek təşkilatlarına dair tələblərin və aptek təşkilatlarından dərman vasitələrinin buraxılma qaydalarının pozulması faktı aşkar edilmişdir. Bununla əlaqədar X1 PHŞ-nin müfəttişi X3 tərəfindən Şəxs MMC-nin barəsində 20 oktyabr 2023-cü il tarixdə, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Şəxs MMC barəsində tərtib edilmiş protokolla razıdırlar. İnzibati xəta baş vermişdir. Odur ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsinin tələbi üzrə minimal həddə yəni, 1000 (bir min) manat məbləğində cərimə tətbiq edilməsini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işə baxılmasının yeri və müddəti ilə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə məhkəmə bildirişi göndərilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş, ona görə də Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2023-cü il tarixdə, 1169 nömrə ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X1 tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsinə dair qərar qəbul edilmişdir. Şəxs MMC-nə göndərilmiş xx.xx.2023-cü il tarixli, 2-27484/2023 nömrəli bildirişdə göstərilmişdir ki, Şirvan şəhəri, H.Əliyev prospekti 1/95 ünvanında fəaliyyət göstərən, şirkətə məxsus pərakəndə satış əczaçılıq müəssisəsində 16-xx.xx.2023-cü il tarixlərində Səhiyyə Nazirliyinin X1nin müfəttişləri tərəfindən keçiriləcək plan üzrə (növbəti) nəzarət yoxlaması barədə 2Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında xx.xx.2013-cü il 714-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununun 17.3-cü maddəsinə uyğun olaraq məlumatlandırılmışdır. Qeydiyyat Nömrəsi İNİL-1783/2016/767 olan 10 oktyabr 2019-cu il tarixli lisenziyanın əlavəsinin surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 18 avqust 2016-cı il tarixində İNİL-1783/2016 qeydiyyat nömrəsi ilə verilmiş lisenziya əsasında Şəxs MMC-nə Şirvan şəhəri, H.Əliyev prospekti 1/95 ünvanında dərman vasitələrinin pərakəndə satışının həyata keçirilməsinə icazə verilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinə əsasən Aptek təşkilatlarına dair tələblərin pozulmasına görə -vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, inzibati xətanın olması öz təsdiqini tapdığından inzibati xəta törətmiş şəxs Şəxs MMC-i barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinin sanksiyasında hüquqi şəxslər üçün nəzərdə tutulmuş minimum məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə təqsirli bilinərək 1000 (bir min) manat cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-1244/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1244/2023
15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver