Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1245/2023 14.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, məhkəmə iclas katibi Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, Şəxs, hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, O.Vəliyev 21 C, Şirvan şəhəri, N.Nərimanov küçəsində fəaliyyət göstərən barəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Şirvan şəhəri, N.Nərimanov ünvanında yerləşən Şəxsnə məxsus əczaçılıq təşkilatında xx.xx.2023-cü il tarixdə yoxlama keçirilərkən aptek təşkilatlarına dair tələblərin və aptek təşkilatlarından dərman vasitələrinin buraxılma qaydalarının pozulması aşkarlanmışdır. Buna görə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin baş müfəttişi X3 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilmişdir. Barəsində iş üzrə icraat aparılan Şəxs nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinin tələblərinin pozulmasına dair inzibati xəta haqqında tərtib edilən MN ******* saylı, xx.xx.2023-cü il tarixli inzibati xətaya dair protokolla razıdır və inzibati xəta baş vermişdir. Qeyd edilənləri nəzərə alaraq məhkəmədən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinin tələbi üzrə minimal həddə - 1000 (bir min) manat məbləğində cərimə tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq, səlahiyyətli nümayəndənin məhkəmə iclasında iştirakı təmin edilməmiş, nümayəndənin məhkəməyə gəlməməsinin səbəbi və mümkünsüzlüyü bildirilməmiş, bu barədə sübutlar təqdim edilməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət verilməmişdir. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və həmin hüquqi şəxs tərəfindən törədilmiş əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə tövsif olunmuşdur. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli, 004/FOR/ƏMŞ nömrəli pərakəndə satış əczaçılıq müəssisələrinin plan üzrə (növbəti) yoxlama aktından görünür ki, Şirvan şəhəri, N.Nərimanov ünvanında yerləşən Şəxsnə məxsus aptekdə əczaçılıq ixtisasına sahib şəxsin olmadığı və dərman vasitələrinin satışını əczaçılıq ixtisasına sahib olmayan şəxs tərəfindən aparılması aşkar edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında 02 oktyabr 2023-cü il tarixli, 1167 nömrəli qərardan görünür ki, Şirvan şəhəri N.Nərimanov ünvanında yerləşən Şəxsnə məxsus əczaçılıq təşkilatının fəaliyyətinin yoxlanılması məqsədilə 16-xx.xx.2023cü il tarixdə həmin müəssisədə planlı (növbəti) yoxlamanın aparılması qərara alınmışdır. Həmin qərarın surəti Şəxs nümayəndəsi X1 xx.xx.2023-cü il tarixdə şəxsən təqdim edilmişdir. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən xx.xx.2023-cü il tarixli, KY231994321 nömrəli çıxarışdan görünür ki, Şəxsnə məxsus əczaçılıq təşkilatının fəaliyyətinin yoxlanılması məqsədilə 16-xx.xx.2023-cü il tarixdə həmin müəssisədə planlı (növbəti) yoxlama, yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin baş direktoru tərəfindən təsdiq edilmiş yoxlama suallarının siyahısından görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli, 1167 nömrəli qərarına və sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY231994321 nömrəli çıxarışa əsasən Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri üzrə lisenziya tələblərinə və şərtlərinə riayət olunmasına nəzarət (əczaçılıq fəaliyyəti) üzrə Şəxsnə məxsus Şirvan şəhəri N.Nərimanov küçəsində yerləşən əczaçılıq təşkilatında aparılan planlı (növbəti) yoxlama zamanı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 11 yanvar 2018-ci il tarixli, 01 nömrəli Qərarının, 3 nömrəli əlavə, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının 22 dekabr 2006cı il tarixli 208-İİQ nömrəli Qanunun tələblərinin yerinə yetirilmədiyi müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2014-cü il tarixli, 1941 nömrəli xüsusi lisenziyasından və xx.xx.2019-cu il tarixli, İN/L-1783/2016/760 nömrəli xüsusi lisenziyanın əlavəsindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, 1941 nömrəli xüsusi lisenziya əsasında Şəxsnə (hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, Oqtay Vəliyev ev 21C, VÖEN **********) Şirvan şəhəri, Nəriman Nərimanov yaşayış sahəsində dərman vasitələrinin pərakəndə satışını həyata keçirilməsinə icazə verilmişdir. İş materiallarında olan Şəxs üzrə işə qəbul barədə xx.xx.2015-ci il tarixli, 135 nömrəli əmrin sürətindən görünür ki, X2 xx.xx.2015-ci il tarixdən etibarən əmək haqqı əmək müqaviləsinə uyğun ödənilməklə Şirvan şəhəri N.Nərimanov küçəsində Şəxsnə xəzinədar vəzifəsinə işə qəbul edilmişdir. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikası Qanunun 5.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əczaçılıq fəaliyyəti ilə əczaçılıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili almış fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər məşğul ola bilərlər. Əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslər (işçilər) “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədrisə və sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən həkim resepti əsasında buraxılan dərman vasitələrinin on dörd yaşı tamam olmamış şəxslərə buraxılması, digər şəxslərə isə reseptsiz buraxılması qadağandır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının 2018-ci il 11 yanvar tarixli 01 nömrəli qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”in 3.5.6.2-ci yarımbəndinə əsasən analiz sertifikatları: müvafiq spesifikasiyaya uyğunluğun qiymətləndirilməsi məqsədi ilə məhsul və materialların sınaqlarının nəticələrini özündə əks etdirən sənəddir. Azərbaycan Respublikasının 22 dekabr 2006-cı il tarixli 208-İİQ nömrəli Qanunun 5.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasında əczaçılıq fəaliyyəti ilə əczaçılıq ixtisası üzrə ali və ya orta ixtisas təhsili almış fiziki şəxslər və mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslər məşğul ola bilərlər. Əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslər (işçilər) “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədrisə və sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinin məzmunundan görünür ki, aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.2, 18.2.1 – 18.2.4-cü maddələrinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs və bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta nəticəsində Şəxs Açıq Səhmdar Cəmiyyətinin maraqlarının təmin edilməsinin xarakterini və dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları, o cümlədən maliyyə və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs Açıq Səhmdar Cəmiyyətinin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və onun barəsində 1000 (min) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-1245/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1245/2023
14.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver