Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1247/2023 04.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə 19 noyabr 1990-cı ildə Şirvan şəhərində anadan olmuş, evli, orta təhsilli, işsiz, Şirvan şəhəri, Əli Bayramov küçəsi,dalan 5,ev 12 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri, H.Əliyev prospektində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 04 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və şahidlərin ifadələri, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 04 noyabr 2023 cü il tarixdə dostları ilə birlikdə şəhərin ‘‘001‘‘adlanan kafesində spirtli içki qəbul edərək sərxoş olmuş və sonra dostu ilə bir evə getmək istəmişdir. Lakin polis əməkdaşları onu saxlamış, post-patrul əməkdaşları ilə getmək istəməmiş, etiraz etmiş, polis şöbəsində olarkən əsəbləşmiş və hansı səbəbdən gətirildiyini soruşmuşdur. Hazırda peşmandır. Himayəsində 6 uşağı var. Cərimə növündə tənbeh verilməsini xahiş etmişdir. Şirvan şəhər PŞ-nin PPXB-nin polis nəfəri Şahid1 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, 04 noyabr 2023-cü il tarixdə saat 03:10 radədələrində Şirvan şəhəri H.Əliyev prospektində xidmətdə olarkən həmin ünvanda yerləşən 001 kafesi adlanan yerdə 2 nəfər şəxsin ucadan səsküy saldığını görüb ona yaxınlaşıb özlərini təqdim etmiş, dəfələrnən nizam-intizama dəvət etmiş, onların qanuni tələblərinə qəsdən məhəl qoymamış, öz hərəkətlərini və nalayiq söyüşlərini davam etmişdir. Onu Polis bölməsinə gətirərək Növbətçi Hissəyə təhvil vermiş,orada məlum olmuşdurki Şəxs Təbriz oğlu və X1r.Həmçinin məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, Şəxs Təbriz oğlu və X2 avtomobilə əyləşdirən zamanı onun əlindən tutub mane olmağa çalışmışdır. Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid2 məhkəmə iclasında X3 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 04 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs 04 noyabr 2023-cü il tarixdə polisin qanuni tələbinə tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 03:10-də inzibati qaydada tutulmuş, xx.xx.2023-cü il tarixdə, saat 13:30-da azad edilmişdir. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 03:10 radədələrində Şirvan şəhəri H.Əliyev prospektində xidmətdə olarkən həmin ünvanda yerləşən 001 kafesi adlanan yerdə 2 nəfər şəxsin ucadan səs-küy saldığını görüb ona yaxınlaşıb özlərini təqdim etmiş, dəfələrnən nizam-intizama dəvət etmiş, onların qanuni tələblərinə qəsdən məhəl qoymamış, öz hərəkətlərini və nalayiq söyüşlərini davam etmişdir. Onu Polis bölməsinə gətirərək Növbətçi Hissəyə təhvil vermiş, orada məlum olmuşdur ki, həmin şəxslər Şəxs Təbriz oğlu və X1r. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 04 noyabr 2023-cü il tarixli, 290 saylı tibbi müayinəsi protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən edilmişdir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Hazırki iş üzrə xəta törədən şəxsin məsuliyyətini yüngülləşdirən halların olmaması, sərxoş vəziyyətdə olması məsuliyyəti ağırlaşdıran haldır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlindən peşmançılığını, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-1247/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1247/2023
04.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver