Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1248/2023 04.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən 04 noyabr 2023-cü il tarixli MN № ******* saylı hazırkı protokol tərtib edilmişdir ondan ötəri ki, o, 04 noyabr 2023-cü il tarixdə saat 03.00 radələrində Şirvan şəhəri H.Əliyev prospektində ictimai qaydanın mühafizə vəzifələrini icra edən Şirvan şəhər Polis Şöbəsinin əməkdaşının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisəsinin olması 04 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verib bildirdi ki, 04 noyabr 2023-cü il tarixdə saat 03.00 radələrində Şirvan şəhəri “001” adlanan kafedə dostları ilə istirahət etmiş, daha sonra dostu ilə kafenin yaxınlığında söhbət edərkən polis əməkdaşları onlara yaxınlaşaraq onların səs-küy saldıqlarını bildirmişlər. O, polis əməkdaşlarına səs-küy salmadıqlarını, yanlış anlaşma olduqlarını bildirsə də onlar polis şöbəsinə gətirilmişlər. Hazırda isə əməlindən peşman olduğunu qeyd etməklə bərabər, özünün əlil və uşağının isə xəstə (ataksik serebral iflic) olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin PPXBnin polis nəfəri X5 izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 03.00 radələrində Şirvan şəhəri H.Əliyev prospektində xidmətdə olarkən iki nəfər şəxsin ucadan səs-küy saldığını görmüş, onlara yaxınlaşıb özülərini təqdim etmişlər. Həmin şəxsləri dəfələrlə nizam-intizama dəvət etsələr də, onlar öz hərəkətlərinə davam etdiklərindən Şirvan şəhər Polis Şöbəsinin növbətçi hissəsinə aparılmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri X6 izahat verib bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 03.00 radələrində Şirvan şəhəri H.Əliyev prospektində xidmətdə olarkən iki nəfər şəxsin sərxoş halda nalayiq ifadələr işlətdiyini görmüş, həmin şəxslərə xəbərdarlıq edərək polis əməkdaşı olduqlarını bildirmişlər. Buna baxmayaraq, həmin şəxslər öz hərəkətlərinə davam etdiklərindən onlar Şirvan şəhər Polis Şöbəsinin növbətçi hissəsinə aparılmışlar. Şirvan şəhər Polis Şöbəsində olarkən onun Şəxs olduğu məlum olmuş və o, əməlindən peşman olduğunu bildirmişdir. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 04 noyabr 2023-cü il tarixdə saat 03.15 radələrində inzibati qaydada tutulmuş, 04 noyabr 2023-cü il tarixdə saat 13.30-da azad edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixli 289 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokol”undan görünür ki, Şəxs yüngül dərəcəli sərxoşluq müəyyən olunmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş Azərbaycan Respublikasının ƏƏSMN tabeliyində Sosial Xidmətlər Agentliyi 14 saylı filialı tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 044280 saylı vəsiqənin surətindən görünür ki, Şəxs ümumi xəstəliyə görə İİİ qrup əlildir. İnzibati xəta haqqında protokola əlavə edilmiş K.Y.Fərəcova adına X1 X3 xx.xx.2022-ci il tarixli 3517 nömrəli epikrizindən görünür ki, Şəxs övladı xx.xx.2017-ci il təvəllüdlü X4 təyin edilmiş diaqnoz “G 80.4 ataksik serebral iflic”dir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Həmin Məcəllənin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati cərimə tətbiq edərkən xətanın idarəçilik qaydaları əleyhinə olması barədə xarakteri, onun əmlak vəziyyətinin qənaətbəxş olması nəzərə alınır. Bundan başqa inzibati xəta törədən şəxsin əməlindən səmimi peşmançılığı, əlilliyinin olması və övladının xəstəliyi iş üzrə məsuliyyəti yüngülləşdirən hal olması və ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40.0.1-ci, 43-cü, 114-cü, 115-ci, 129-cu və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.1993-cü ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay , orta təhsilli, işləməyən , ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 200 manat miqdarında cərimə edilsin , inzibati qaydada tutulma müddəti nəzərə alınaraq təyin olunmuş cərimə 50 (əlli) manat azaldılsın, qəti olaraq 150 (yüz) əlli manat miqdarında inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim : Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-1248/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1248/2023
04.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver