Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-125/2024 02.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, İnzibati protokolu tərtib etmiş X1 iştirakları ilə, xx.xx.2000-ci ildə Sabirabad rayonu, Yaxadəllək kəndində anadan olmuş, subay, orta təhsilli, Sabirabad rayonu, Minbaş Ərazi Dairəsi, Yaxa Dəllək kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şirvan şəhər Polis Şöbəsinin İTB-nin sahə rəisi polis kapitanı X2 tərəfindən tərtib edilmiş 02 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokola görə, Şəxs xx.xx.2024-cü il tarixdə dələduzluq yolu ilə özgənin əmlakını talamış və bununla da Azərbaycan Respublikası İXMnin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 30 yanvar 2024-cü il tarixdə, saat 16 radələrində yaşadığı Sabirabad rayonu, Yaxa- Dəllək kəndindən çıxaraq Şirvan şəhərinə gəlmişdir. Şirvan şəhərinə gəlməkdə məqsədi özünə aid olan bir sıra əşyaları almaq olmuşdur. Lazım olan əşyaları aldıqdan sonra dayısı Raufun yaşadığı evə getmişdir. Dayısı ilə görüşdükdən sonra bir qədər söhbət etmiş, daha sonra qonaq otağında yatmışdır. Səhər saat 10 radələrində yuxudan oyanmış, mağazaya getmiş, oradan spirtli içki almışdır. Sonra təkrar dayısıgilə qayıtmışdır. Təxminən 12 radələrində evin qonaq otağında tək olmuş, həmin vaxt dayısı Raufa məxsus olan “Samsung” markalı mobil telefonu görmüş, həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Mobil telefonu götürərək, dəri gödəkçəsinin sol cibinə qoymuş, həyətə düşmüş, dayısı ilə söhbət etmiş, sonra sağollaşıb getmişdir. Daha sonra Şirvan ərazisində gəzməyə başlamış, dayısı Raufa məxsus olan mobil telefona baxan zaman, mobil telefonun kredit yolu ilə alınmasını xatırlamış, bu səbəbdən də mobil telefonu şəhər ərazisində olan zibil qutusuna atmışdır. Əməlindən peşmandır. Hazırda zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirdi ki, 30 yanvar 2024-cü il tarixdə bacısı oğlu Şəxs onun yaşadığı evə qonaq gəlmiş, axşam biraz oturduqdan sonra qonaq otağında yatmış, səhər oyandıqdan sonra Ağaməhəmmədlə söhbət edən zaman ona bir sıra şəxslərə borcu olduğunu demiş, sonra mobil telefonu istəmiş, təxminən 30 dəqiqədən sonra mobil telefonu ondan geri almışdır. Mobil telefonu stolun üzərinə qoyaraq həyətə düşmüş, həyətdə olan zaman Ağaməhəmməd ona işi olduğunu, bir müddət sonra qayıdacağını demiş və tələsik formada evdən çıxaraq getmişdir. Evə geri qayıdanda mobil telefonu axtarmış, lakin tapa bilməmişdir. Sonra DİN-in 102 xidmətinə zəng edərək bacısı oğlu Ağaməhəmmədin özünə məxsus “Samsung A3” markalı mobil telefonunu oğurlaması barədə məlumat vermişdir. Hadisə nəticəsində ona 360 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş Zərərçəkmiş şəxs ərizə təqdim edərək Şəxs mobil telefonunu geri qaytarmış, ona qarşı şikayət və tələbi yoxdur. Dəymiş ziyan ödənilmişdir. İnzibati protokolu tərtib etmiş X2 məhkəmə iclasında xx.xx.2024-cü il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 02 fevral 2024-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs 31 yanvar 2024-cü il tarixdə dələduzluq yolu ilə özgənin əmlakını talaması və bununla da Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. ünvan 1 ünvanında yaşayan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə DİN-in 102 xidmətizəng mərkəzinə zəng vuraraq, evinə qonaq gələn bacısı oğlu Şəxs tərəfindən özünə məxsus 360 manat dəyərində “Samsung A3” markalı mobil telefonun oğurlanmasını bildirmişdir. Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İnzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 17:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - iki yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək hesab edirəm ki, Şəxs vurulmuş ziyanı tamamilə ödədiyindən və zərərçəkmiş şəxslə barışdığından, iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, Q Ə R A R V E R D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın sürəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-125/2024
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-125/2024
02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver