Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1252/2023 06.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri İcra və Probasiya şöbəsinin icra məmuru X5, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1981-ci il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, Şirvan şəhəri, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında işə baxaraq, müəyyən etdi: Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-69/2023 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün borclu Şəxs hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməlidir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-69/2023 nömrəli icra sənədinin Şəxs tərəfindən icra edilməməsinə görə onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən Şirvan şəhəri İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Şirvan şəhəri İcra və Probasiya şöbəsinin icra məmuru X9 protokolu müdafiə edərək verdiyi izahatında bildirdi ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-69/2023 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla Şəxs hər ay hər uşaq üçün 50 manat, cəmi 100 manat sabit pul məbləğində aliment alınaraq tələbkar X3 verilməlidir. Belə ki, icra sənədi Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə daxil olmuş, tələbin könüllü icrası haqqında bildiriş və qərar tərəflərə göndərilmişdir. Lakin müəyyən edilmiş müddət ərzində tələb yerinə yetirilməmişdir. Borclu Şəxs xəbərdarlıq göndərilsə də o, icra və probasiya şöbəsinə gəlməmişdir. Bundan sonra borclunun yaşadığı ünvana gedilmiş, lakin borclunu həmin ünvanda tapmaq mümkün olmamışdır. Beləliklə tərəflərindən xx.xx.2023-cü il tarixdə borclunun axtarılması barədə qərar qəbul edilərək Şirvan şəhər Polis şöbəsinə göndərilmiş və xx.xx.2023-cü il tarixdə borclu Şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinə təhvil verilmişdir. İş ürə borclu Şəxs izahat alınmış, yaranmış 1200 manat aliment borcunun ödənilməsi tələb edilsə də o, həmin alimenti ödəyə bilməyəcəyini bildirmişdir. Beləliklə borclu Şəxs bugünkü günə 1200 manat borcu vardır. Ona görə də, məhkəmədən borclu Şəxs barəsində inzibati tənbeh tədbiri barədə qərar çıxarılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında bildirdi ki, borcu olduğunu etiraf edir, hal-hazırda işsizdir. maddi imkanı olmadığından yaranmış aliment borcunu tam olaraq ödəyə bilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-69/2023 nömrəli icra vərəqəsinə əsasən xx.xx.2010-cu il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün borclu Şəxs hər ay hər uşağa görə 50 manat olmaqla, cəmi 100 manat məbləğində aliment tutularaq tələbkar X1 xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası barədə bildirişlərin surətindən görünür ki, borclu Şirvan şəhər Məhkəməsinin xx.xx.2023cü il tarixli, 2(032)-69/2023 nömrəli icra vərəqəsi üzrə tələbin könüllü icrası ilə bağlı məlumatlandırılmışdır. Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şəxs yaşadığı yeri müəyyən etmək mümkün olmadığından barəsində axtarış elan edilmişdir. Şirvan şəhəri üzrə İcra və X7 şəhər Polis şöbəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 99047/10-13 nömrəli məktubunda göstərilmişdir ki, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icraatında olan, icra sənədinin icrası ilə əlaqədar olaraq borclu Şəxs axtarılması barədə qərar qəbul edilərək “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin tələblərinə uyğun olaraq icra edilməsi üçün Şirvan şəhər Polis şöbəsinə göndərilmişdir. Yaranmış zərurət aradan qalxdığı üçün qeyd olunan şəxsin axtarış işinə xitam verilməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyət yaradır. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, inzibati xəta haqqında protokola və protokola əlavə olunmuş digər sənədlərə məcmu şəklində qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi - icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi sübuta yetirilmişdir. Belə ki, borclu icra sənədini üzrlü səbəbdən icra etmədiyini təsdiq edən sübutlarını məhkəməyə təqdim etməmişdir. Ona götə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiya həddində tənbeh edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal müəyyən olunmamışdır. Şəxs əməlində iş üzrə inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hal müəyyən olunmamışdır. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-69/2023 nömrəli icra vərəqəsi ilə Şəxs tutulmalı olan pulun borclu tərəfindən ödənilməməsi, icra sənədinin icrasını təmin etməməsi Şəxs məhkəmə qərarı ilə cərimə növündə tənbeh tədbiri tətbiq ediləcəyi halda cərimənin ödəniləcəyi imkanını istisna edir. Ona görə də, məhkəmə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini məqsədəmüvafiq hesab etmir. Məhkəmə iş materiallarını araşdıraraq, inzibati xəta törətmiş Şəxs tələbkara olan aliment borcunu ödəmədiyini, icra sənədinin icrasından yayındığını nəzərə alaraq onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab etmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130, 157-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 06 noyabr 2023-cü il tarixdən, saat 16:20-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-1252/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1252/2023
06.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver