Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1255/2023 07.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Barəsində iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə xx.xx.1997-ci ildə Sabirabad rayonu, Güdəcühür kəndində anadan olmuş, evli, orta təhsilli, Sabirabad rayonu, Şəhriyar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 05 noyabr 2023-cü il tarixdə, saat 21 radələrində şəhərin “Ağ Saray” adlanan şadlıq evinin ərazisində polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması 06 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və şahidin ifadələri, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, “Ağ saray” şadlıq sarayının ərazisində sərxoş vəziyyətdə olmuş, tanışı ilə mübahisə etmiş, polis əməkdaşları ona yaxınlaşaraq nizam-intizama dəvət etmiş, polis əməkdaşlarının tələbi ilə polis orqanına getmişdir. Əməlindən peşman olmuşdur. Şirvan şəhər PŞ-nin CAB-in əməliyyat müvəkkili, polis leytenantı Şahid məhkəmə iclasında ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində əməliyyat-istintaq qrupunda olan zaman naməlum şəxsin polis şöbəsinin növbətçi hissəsinə şəhər ərazisində yerləşən “Ağ Saray” adlanan şadlıq sarayında bir nəfər şəxsin sərxoş halda ictimai qaydanı pozaraq ucadan nalayiq ifadələr işlətməsi barədə etdiyi müraciət əsasında dərhal qeyd olunan ünvana getmişlər. Saraya daxil olan zaman tanımadıqları bir nəfər şəxsin sərxoş halda toy iştirakçılarının qarşısında mübahisə edərək nalayiq ifadələr işlətdiyini görmüşlər. Həmin şəxsə yaxınlaşmışlar və etdiyi əməlin qanunsuz olmasını ona izah etsələr də o, öz kobud hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə məhəl qoymamış, ətrafda olan digər şəxslərin haqlı narazılığına zəmin yaratmışdır. Daha sonra həmin şəxsin barəsində tədbir görülməsi üçün polis şöbəsinə gətirmişlər. Orada məlum olmuşdur ki, o, Sabirabad rayon sakini Şəxsdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 06 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs 05 noyabr 2023-cü il tarixdə polisin qanuni tələbinə tabe olmaması və bununla da Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. İnzibati xəta haqqında protokola əlavə edilmiş inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21:40-da inzibati qaydada tutulmuşdur. Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan 05 noyabr 2023-cü il tarixli, 291 saylı tibbi müayinəsi protokolundan görünür ki, Şəxs orta dərəcəli sərxoşluq müəyyən edilmişdir. Şəxs Şirvan şəhər Polis Şöbəsində olarkən ondan xx.xx.2023-cü il tarixində saat 10:00-da Polis Şöbəsində olacağı barədə müvafiq iltizam alınmışdır. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş raportdan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 21:30 radələrində əməliyyat-istintaq qrupunda olan zaman naməlum şəxsin polis şöbəsinin növbətçi hissəsinə şəhər ərazisində yerləşən “Ağ Saray” adlanan şadlıq sarayında bir nəfər şəxsin sərxoş halda ictimai qaydanı pozaraq ucadan nalayiq ifadələr işlətməsi barədə etdiyi müraciət əsasında dərhal qeyd olunan ünvana getmişlər. Saraya daxil olan zaman tanımadıqları bir nəfər şəxsin sərxoş halda toy iştirakçılarının qarşısında mübahisə edərək nalayiq ifadələr işlətdiyini görmüşlər. Həmin şəxsə yaxınlaşmışlar və etdiyi əməlin qanunsuz olmasını ona izah etsələr də o, öz kobud hərəkətlərini davam etdirərək polisin qanuni tələblərinə məhəl qoymamış, ətrafda olan digər şəxslərin haqlı narazılığına zəmin yaratmışdır. Daha sonra həmin şəxsin barəsində tədbir görülməsi üçün polis şöbəsinə gətirmişlər. Orada məlum olmuşdur ki, o, Sabirabad rayon sakini Şəxsdur. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Bundan başqa xəta törədən şəxsin törətdiyi əməli səmimi etiraf etməsini, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, əməlindən peşman olmasını iş üzrə məsuliyyəti yüngülləşdirən hallar olması və sərxoş vəziyyətdə olması məsuliyyəti ağırlaşdıran hallardır. Azərbaycan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə məhkəmə, inzibati xəta törədən şəxsin şəxsiyyətini, əməlindən peşmançılığını, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs Şəxs barəsində İXM-in 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-ci maddələrini rəhbər tutub, QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Səidə Məmmədova
Məhkəmə qərarları › İş №3(032)-1255/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1255/2023
07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver