Məhkəmə qərarları › İş №3(032)-1256/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1256/2023

07.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1256/2023 07.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi Tələbkar Zərərçəkmiş şəxs, Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin böyük icra məmuru X1, İnzibati xəta törətmiş Şəxs iştirakları ilə, xx.xx.1975-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2244/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədini icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməməklə onun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin, tələbkarın izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2244/2021 saylı, xx.xx.2021-ci il tarixli icra vərəqəsinə ondan 3400 manat məbləğində pul tutularaq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Borcundan bu günə kimi cəmi 500 manat ödəniş etmişdir. Borcunu tam şəkildə ödəməyə maddi imkanı yoxdur. Borcunu hissə-hissə ödəyə bilər. Məhkəmədən ona borcunu işləyib ödəməsi üçün şərait yaradılmasını xahiş edir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsinin icra məmuru X2 izahat verərək bildirdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2244/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən, borclu Şəxs 3400 manat məbləğində pul vəsaiti alınaraq tələbkar Zərərçəkmiş şəxs verilməlidir. Bu günə kimi 500 manat pul tələbkar Zərərçəkmiş şəxs ödəmişdir, hazırda 2900 manat borcu qalmışdır. Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq bu günə kimi qalan borcu ödəməkdən yayınmışdır. Bununla da Şəxs icra məmurunun qanuni tələbin yerinə yetirməmişdir. Məhkəmə iclasında tələbkar Zərərçəkmiş şəxs izahat verərək bildirdi ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2244/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə görə borclu Şəxs 3400 manat məbləğində pul vəsaitinin onun xeyrinə tutulması müəyyən edilmişdir. Borclu bu günədək yəni, 1 il bundan əvvəl 500 manat məbləğində ödəniş etmişdir. Borcunun ödənilməsini tələb edir, əks təqdirdə onun cəzalanmasını xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2244/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs 3400 manat məbləğində pul vəsaiti alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcraata başlama haqqında qərarın surətindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2244/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar icra olunması üçün müvafiq bildirişlə borclu Şəxs göndərilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(032)-82/2022 saylı qərardadı ilə Şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə -fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakterini, şəxsin törətmiş olduğu əməlinə münasibətini, çıxarılmış məhkəmə qərarının uzun müddət icra olunmaması və şəxsin heç bir üzrlü səbəbi olmadan icrasından boyun qaçırmasını, ziyanın məbləğini, həmçinin iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə inzibati tənbeh tətbiq edərkən törədilmiş xətanın xarakterini, xəta törədən şəxsin şəxsiyyətini, əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsini, əməlinə olan münasibətini, qadın olmasını, icra vərəqəsinin icraya yönəldilmə müddətini nəzərə alaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilsin. Qərarın surəti, rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar