Məhkəmə qərarları › İş №3(032)-1264/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1264/2025

08.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1264/2025 08.12.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi , Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-in barəsində (VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, MN ******* saylı protokola baxılması üçün aidiyyəti üzrə Şirvan şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2025-ci il tarixli , MN ******* nömrəli inzibati xəta haqqında protokolla, protokolu tərtib etmiş idarənin nümayəndəsinin izahatı, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi X6 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin məhkəmə mübahisələri ilə iş sektorunun böyük məsləhətçisi vəzifəsində çalışır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində əmək hüquqlarının pozulması ilə əlaqədar vətəndaş X1 şikayətinin araşdırılması ilə bağlı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin elektron kabinetinə yerləşdirilmişdir. Lakin bildirişdə qeyd edilən müddət ərzində cəmiyyət tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinə araşdırmanın aparılması üçün lazımı sənədləri təqdim etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsinin nümayəndəsi sənədlərin təqdim edilməsi ilə bağlı bildirişin cəmiyyətin elektron kabinetinə yerləşdirilməsinə bildirsə də o belə bildirişin olmasını kabinetdə görməmişdir. Həmçinin, X5 Xidməti onlara müraciət edən vətəndaş X1 onların işçisi olub-olmadığını araşdırmayıb, belə ki, sənədlərin təqdim edilməsini istədikləri vətəndaş X4 "xxxx" MMC-nin işçisi deyil. Fəaliyyət dövrü ərzində "xxxx" MMC müxtəlif vəzifəli şəxslərlə subpodrat müqavilələri bağlayır. Ona görə də X5 Xidməti tərəfindən sözügedən vətəndaşı işə cəlb edən həmin vəzifəli şəxslər cərimə olunmalıdır. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Sonrakı məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən sənədlərin təqdim edilməsi tələb edilmiş, lakin şikayət edən həmin işçi X4 cəmiyyətin işçisi deyil. "xxxx" MMC müxtəlif vəzifəli şəxslərlə subpodrat müqavilələri bağlayır. Araşdırmalar zamanı müəyyən edilib ki, sözügedən vətəndaş "xxxx" MMC ilə subpodrat müqaviləsi bağlayan fərdi sahibkar X3 tərəfindən işə cəlb edilmişdir. Odur ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materallarına əlavə edilmiş sorğulardan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Şirvan-Salyan regional şöbəsi tərəfindən "xxxx" MMC -yə X1 müraciət ərizəsi ilə əlaqədar olaraq xx.xx.2025 tarixli əmək münasibətləri ilə əlaqədar verilmiş sorğular icrasız qalmışdır. İş materiallarına edilmiş çıxarışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Şirvan-Salyan regional şöbəsi tərəfindən "xxxx" MMC-nin elektron kabinetinə vətəndaş müraciəti ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixlərdə verilmiş əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirilməsi ilə bağlı sorğular cavablandırılmadan icrasız qalmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İş materiallarından müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti Bakı şəhər İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə vətəndaş X1 müraciəti əsasında əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə sorğular göndərilmişdir. Həmin sorğular xx.xx.2025 il tarixdə cəmiyyətin elektron kabinetinə yerləşdirilmişdir. Sorğuların məqsədi əmək münasibətləri ilə bağlı sənədlərin (məlumatların) təqdim olunması olmuşdur. İş materiallarından görünür ki, "xxxx" MMC-yə ünvanlanan sorğular qanuni əsaslarla təqdim olunmuş, lakin cəmiyyət tərəfindən tələb olunan sənədlər yeddi iş günü müddətində təqdim edilməmiş, bununla da əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanının tələbi icrasız qalmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının tələbi ilə 539.1-1-ci maddədə nəzərdə tutulmuş hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə – hüquqi şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir. 539.1-1-ci maddədə sadalanan hallar sırasında əmək müqavilələrinin bağlanması, dəyişdirilməsi və xitamı, əmək şəraitinə dair göstərişlərin icrası, işçilərin hüquqları, əməkhaqqı və digər ödənişlərin həyata keçirilməsi, əməyin mühafizəsi normalarına riayət edilməsi və s. vardır. Məhkəmə müəyyən etmişdir ki, "xxxx" MMC -yə ünvanlanan sorğular məhz bu hallarla bağlı olmuş və qanuni tələblərin yerinə yetirilməsi zərurəti yaranmışdır. İXM-in 3-cü maddəsinə əsasən, yalnız inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb oluna bilər. Mövcud halda : - obyektiv tərəf – qanuni sorğular üzrə tələb olunan sənədlərin müəyyən edilmiş müddətdə təqdim edilməməsidir; - subyektiv tərəf – sorğuların qanuni öhdəlik olduğu bilindiyi halda onların icrasının təmin edilməməsidir; - obyekt – əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi; - subyekt – hüquqi şəxs ("xxxx" MMC) olmaqla inzibati xəta tərkibinin bütün elementləri mövcuddur. İXM-in 9.1-ci maddəsinə görə tətbiq edilən tənbeh ədalətli olmalı, xətanın xarakterinə və təqsirli şəxsin şəxsiyyətinə uyğun seçilməlidir. Həmçinin 31.3-cü maddəsinə görə hüquqi şəxs barəsində cəza təyin edilərkən onun maliyyə-əmlak vəziyyəti, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş materiallarında məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 76.1 və 84.1-ci maddələrinə əsasən, iş üzrə sübutlar məhkəmə tərəfindən hərtərəfli, tam və obyektiv şəkildə araşdırılmış, təqdim olunmuş sənədlər, protokol və izahatlar bir-biri ilə uyğunluq təşkil etmişdir. Toplanmış sübutlar "xxxx" MMC-nin qanuni sorğular üzrə tələb olunan sənədləri təqdim etmədiyini tam təsdiq edir. Beləliklə, məhkəmə hesab edir ki, "xxxx" MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi mövcuddur və o, həmin maddə ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Lakin işin hallarını nəzərə alaraq məhkəmə həm də hesab edir ki, "xxxx" MMC tələb olunan sənədlərdən “vətəndaşın müraciətində qeyd olunan məsələlərə münasibət bildirilməsinə dair cavab məktubu”nu cavablandırmaqla yəni tələb olunan sənədləri təqdim etmək imkanın olmadığını və bunun üçün cavabdeh şəxsin barəsində məlumat verməklə törətdiyi hüquqpozmanı aradan qaldıra bilər, buna görə də məhkəmə hüquqi şəxsin barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsini məqsədəuyğun hesab edir. İXM-in 25.7-ci maddəsinə əsasən bu Məcəllənin 116.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda inzibati cərimə şərti olaraq tətbiq edilir. İXM-in 115.1.3-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd göstərilir. İXM-nin 116.1-ci maddəsinə əsasən eyni inzibati xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsi halları istisna olmaqla, bu Məcəllənin 192.2, 192.4, 192.6, 192.10, 192.11, 201, 203, 209, 220.1, 220.2, 279.0.1, 393-1.2, 393-1.4, 394.0.5, 394.0.7, 395, 518.1, 532, 533-1, 536, 537.2, 539, 540.3 – 540.5, 541 – 544, 551.2, 557.2 və 603cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş şəxs barəsində səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. İXM-nin 116.2-ci maddəsinə əsasən inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda şəxsin törətdiyi hüquqpozmanı aradan qaldırması üçün müddət nəzərdə tutulur. Bu müddət bir ayadək, yaxud hüquqpozmanın aradan qaldırılmasının mürəkkəbliyi və bunun üçün əlavə vaxtın tələb olunması nəzərə alınaraq bir aydan iki ayadək müəyyən olunur. İXM-nin 116.3-cü maddəsinə əsasən bu Məcəllənin 116.2-ci maddəsində nəzərdə tutulan müddətdə hüquqpozma aradan qaldırılarsa, inzibati cərimə ödənilmir. Əks təqdirdə, inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarda nəzərdə tutulan cərimə ödənilməlidir. Cərimənin ödənilməsi şəxsi törətdiyi hüquqpozmanın aradan qaldırılması öhdəliyindən azad etmir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinin sanksiyasının aşağı həddində nəzərdə tutulmuş məbləğdə inzibati cərimə şərti olaraq tətbiq edilməli, "xxxx" MMC-yə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 1 ay müddət müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 116, 128-130-cü maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsi ilə təqsirli bilinsin və onun barəsində 2000 (iki min ) manat inzibati cərimə şərti olaraq tətbiq edilsin. "xxxx" MMC-yə törətdiyi hüquqpozmanı aradan qaldırması üçün 1 (bir) ay müddət müəyyən edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar