Məhkəmə qərarları › İş №3(032)-127/2024

Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-127/2024

02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-127/2024 02.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi ilə, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 18972768 nömrəli inzibati tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Şikayət vermiş şəxs X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək,xx.xx.2024-cü il EQ 18972768 elektron qərarın ləğv edilməsini xahiş etmişdir. İnzibati tənbeh vermə haqqında qərardan verilmiş şkayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə hesab edir ki, şikayət icraata götürülmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Belə ki, barəsində şikayət verilmiş həmin qərar X4 adlı şəxs barəsində qəbul edilmişdir. X1 aid məlumatlar yazılmışdır. Göründüyü kimi İnzibati Xətalar Məcəlləsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Buna baxmayaraq şikayət barəsində qərar çıxarılmış fiziki şəxs X4 tərəfindən verilməli olduğu halda X8 tərəfindən verilmişdir. X6 həmin şikayəti X2 adından imzalamaq səlahiyyətinə dair şikayətə hər hansı bir sənəd əlavə edilməmişdir. Bununla da şikayət səlahiyyəti olmayan şəxs tərəfindən verildiyi üçün hazırkı şikayətə baxılması mümkün olmadığından məhkəmə hesab edir ki, şikayət baxılmadan geri qaytarılmalı, şikayət vermiş şəxsə nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118-ci və 128-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı : X8 tərəfindən DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 18972768 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Şikayət vermiş şəxsə izah olunsun ki, nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ vardır. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar