Məhkəmə qərarları › İş №3(032)-127/2025

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-127/2025

12.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-127/2025 12.02.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi ilə, xx.xx.1954-cü ildə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolları və ona əlavə edilmiş sənədləri işin baxılmağa hazırlanması zamanı nəzərdən keçirərək, məhkəmə, müəyyən etdi: X1 yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokol tərtib edilmişdir ondan ötrü ki, o əvvəllər barəsində olan yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə xx.xx.2024-cü il tarixli, EQ 23789978 nömrəli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat cərimə (24 manat dəbbə pulu), edilməsinə baxmayaraq, inzibati tənbeh tətbiq etmə haqqında qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. İnzibati xəta hadisəsinin olması xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Bakı şəhər 3 saylı Asan xidmət mərkəzi tərəfindən təqdim edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin 10 ayının 28 günündə qeyd edilmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 53.1.8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Hazırki inzibati iş materialına nəzər saldıqda müəyyən edilir ki, inzibati xəta haqqında protokollar xx.xx.2025-ci il tarixdə tərtib edilmiş, inzibati material xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, barəsində inzibati хəта haqqında iş üzrə icraat aparılan şəxs X1 isə xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Odur ki, barəsində inzibati хətа haqqında iş üzrə icraat aparılan şəxs X1 vəfat etdiyindən iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən inzibati xəta törətmiş X1 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan Şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim: Əli İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar