Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1272/2023 13.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri YPX baş inspektor polis kapitanı X1 iştirakı ilə, xx.xx.2004-cü il tarixdə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: xx.xx.2023-cü il tarixdə Şəxs Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar Şirvan şəhər Məhkəməsinə daxil olmuşdur. xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs, 18 oktyabr 2023-cü il tarixdə, saat 13:36-da “Mercedes Benz C 200” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobili şəhərin Z.Hacıyev küçəsində idarə edərkən avtomobilin yol ayırıcı keçmə qaydasını pozduğuna görə Şirvan şəhər X5 İdarəsinin yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, həmin vaxt narkotik vasitənin təsiri altında idarə etməsinə şübhələr yarandığından ambulator məcburinarkoloji tibbi yoxlamadan keçirilmiş, Şəxs narkotik vasitə təsiri altında avtomobili idarə etdiyi müəyyən edilmişdir. Buna görə də, Şirvan şəhər Polis Şöbəsinin yol patrul xidməti inspektoru, polis kapitanı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında xx.xx.2023-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahatında bildirdi ki, özünə məxsus olan ** LK *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz 200” markalı avtomobili var, həmin avtomobilə aid bütün sənədləri mövcuddur, xx.xx.2023-cü il tarixdə YPXB-nin əməkdaşları Şirvan şəhəri M.Ə.Rəsulzadə prospektində nəqliyyat vasitəsini saxlamışdır, ona nəqliyyat vasitəsini təhlükəli idarə etdiyini bildirib izahatının alınması üçün polis şöbəsinə dəvət etmişdirlər. Polis şöbəsində onun narkotik vasitənin qəbulunda polis əməkdaşlarında şübhə yarandığından ambulator məcburi-narkoloji tibbi yoxlamadan keçirilməsi üçün test vermək məqsədi ilə müalicə müəssisəsinə aparmışdırlar. Həmin müəssisədə müayinədən keçdikdən sonra narkotik vasitə qəbul etdiyi müəyyən edilmişdir. Hazırda bir daha etiraf edir ki, istifadə etmiş olduğu narkotik vasitəni marixuananı sonuncu dəfə təxminən 2-3 ay bundan qabaq Bakı şəhərində Xətai rayonu ərazisində yerləşən dəmir yolundan tapmışdır. O, müxtəlif vaxtlarda ümumilikdə 5 dəfə narkotik vasitən olan marixuananı qəbul etmişdir. Hal-hazırda narkotik vasitə qəbul etmir, eyni zamanda bildirir ki, YPX-nin əməkdaşları tərəfindən saxlanılarkən nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etməmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri YPX baş inspektor polis kapitanı X2 məhkəmə iclasında izahatında bildirdi ki, Şəxs, 18 oktyabr 2023-cü il tarixdə, saat 13:36-da “Mercedes Benz C 200” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobili şəhərin Z.Hacıyev küçəsində idarə edərkən avtomobilin yol ayırıcı keçmə qaydasını pozduğuna görə Şirvan şəhər X5 İdarəsinin yol patrul xidməti inspektoru tərəfindən saxlanılmış, həmin vaxt narkotik vasitənin təsiri altında idarə etməsinə şübhələr yarandığından ambulator məcburinarkoloji tibbi yoxlamadan keçirilmiş, Şəxs narkotik vasitə təsiri altında avtomobili idarə etdiyi müəyyən edilmişdir. Şirvan şəhər Polis şöbəsinin təhqiqatçısı tərəfindən qərar icra edilməsi üçün Şirvan şəhər PŞ-nin DYPB-nə və İTB-nə təqdim olunmuşdur. Bu səbəbdən də tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi haqqında inzibati xəta haqqında protokol tərtib edilmişdir. Cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli qərarın surətindn görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş və Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 206-cı maddəsi ilə inzibati qaydada tədbir görülməsindən ötrü qərarın surətinin aidiyyəti üzrə Şirvan şəhər PŞ-nin İTB-nə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə xx.xx.2023-cü il tarixli 6815 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Şəxs psixostimulyatorların və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkololi dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(032)-1254/2023 saylı qərarı ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 209 nömrəli, 27 iyun 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları»nın 2.2-ci bəndinə görə nəqliyyat vasitəsini idarə edən şəxsin alkoqollu içkidən, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə etməsi faktını təsdiq etmək məqsədi ilə polis əməkdaşı müayinənin nəticəsini kağız daşıyıcıda əks etdirən texniki vasitələrdən (alkotester, narkotester) istifadə edir. «Qaydalar»ın 2.3-cü bəndinə görə alkoqolun qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması şəxsin nəfəsvermə, narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrin qəbulu faktının xüsusi texniki vasitə ilə yoxlanılması isə şəxsin ağız suyundan nümunənin götürülməsi üsulu ilə aparılır. «Qaydaları»n 2.7-cü bəndinə görə nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. «Qaydaları»n 3.1-cü bəndinə görə alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsinə əsasən Nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Belə ki, protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, 18 oktyabr 2023-cü il tarixdə, saat 13:36-da “Mercedes Benz C 200” markalı, ** LK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs narkotik vasitə qəbul etməsi özünü aşkar şəkildə biruzə verdiyindən ambulator məcburi-narkoloji tibbi yoxlamadan keçirilmişdir. Müayinə nəticəsində Şəxs psixostimulyatorların və kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) müəyyən olunmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, cavanlığını, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə işin hallarını və Şəxs ifadəsində göstərdiklərini nəzərə alaraq, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, nəqliyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (alt) ay müddətə məhdudlaşdırılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən on gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-1272/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1272/2023
13.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver