Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1279/2023 30.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi ilə , Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsi ilə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuşur, ona görə ki, ünvan 1 ünvanında yerləşən aptekdə xx.xx.2023-cü il tarixində “aptek təşkilatlarına dair tələblərin və aptek təşkilatlarından dərman vasitələrinin buraxılma qaydaları” nın pozulması faktı aşkar edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Şəxs MMC barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolla razıdırlar, inzibati xəta baş vermişdir. Odur ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İXM-nin 452.3-cü maddəsinin tələbi üzrə minimal həddə yəni, 1000 (bir min) manat məbləğində cərimə tətbiq edilməsini və məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İnzibati xəta haqqında işə baxılmasının yeri və müddəti ilə əlaqədar Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə məhkəmə bildirişi göndərilmiş, lakin nümayəndəsi məhkəməyə gəlməmiş, ona görə də Azərbaycan Respublikası İXM-in 64.3-cü maddəsinə əsasən işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi tərəfindən planlı (növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli 1184 nömrə qərarın surətindən görünür ki, 23-xx.xx.2023-cü il tarixlərdə ünvan 1 ünvanında yerləşən Şəxs MMCnin (VÖEN**********) əczaçılıq fəaliyyətinin yoxlanılması məqsədilə planlı (növbəti) yoxlamanın keçirilməsinə dair qərar qəbul edilmişdir. Şəxs MMC-nə göndərilmiş xx.xx.2023-cü il tarixli, 2-28373/2023 nömrəli bildirişdə göstərilmişdir ki, ünvan 1 ünvanında fəaliyyət göstərən, şirkətə məxsus pərakəndə satış əczaçılıq müəssisəsində 23-xx.xx.2023-cü il tarixlərində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin müfəttişləri tərəfindən keçiriləcək plan üzrə (növbəti) nəzarət yoxlaması barədə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il 714-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununun 17.3-cü maddəsinə uyğun olaraq məlumatlandırılmışdır. Qeydiyyat Nömrəsi İNİL-1783/2016/759 olan 10 oktyabr 2019-cu il tarixli lisenziyanın əlavəsinin surətindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən 18 avqust 2016-cı il tarixində İNİL-1783/2016 qeydiyyat nömrəsi ilə verilmiş lisenziya əsasında Şəxs MMC-nə (hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu Oqtay Vəliyev ev 21 C, VÖEN **********) ünvan 1 ünvanında dərman vasitələrinin pərakəndə satışının həyata keçirilməsinə icazə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 452.3-cü maddəsinə əsasən aptek təşkilatlarına dair tələblərin pozulmasına görə vəzifəli şəxslər beş yüz manatdan yeddi yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan iki min manatadək məbləğdə cərimə edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin məhkəməyə ərizə verərək xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli protokolla razı olmalarını bildirməsi iş üzrə məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən etdi. İş üzrə hüquqi şəxsin məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xətanın olması öz təsdiqini tapdığından inzibati xəta törətmiş şəxs Şəxs MMC-i barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsinin sanksiyasında hüquqi şəxslər üçün nəzərdə tutulmuş minimum məbləğdə inzibati cərimə tətbiq edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC (VÖEN**********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 452.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törətməkdə təqsirli bilinsin və barəsində 1000 (bir min) manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-1279/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1279/2023
30.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver