Məhkəmə qərarları › İş №3(032)-1286/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1286/2023

15.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1286/2023 15.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərəçəkmiş şəxs X1, İnzibati protokolu tərtib etmiş X2 iştirakları ilə xx.xx.1994-cü ildə Şirvan şəhərində anadan olmuş, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs X3 döyərək ona qəsdən fiziki ağrı yetirmişdir. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində evdə imiş. Bu vaxt Kəmaləyə irad bildirərək sonuncuya evin pəncərələrini mütəmadi olaraq açıq saxladığını demişdir. Bundan sonra aralarında sözlə mübahisə yaranmışdır. Kəmalənin hər iki qolundan tutaraq sıxmağa başlamış və evdən çıxıb getmişdir. Lakin heç vaxt Milayı döyməmişdir. Hazırda zərərçəkmiş X5 ilə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş qismində ifadə vermiş X5 ərizə təqdim edərək Şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, işin icraatına xitam verilməsini xahiş etdi və buna dair ərizə təqdim etdi. Şirvan şəhər Polis Şöbəsinin sahə rəisi X6 məhkəmə iclasında xx.xx.2023-cü il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 15 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2023-cü il tarixdə X3 və onun azyaşlı qızı X7 döyərək ona qəsdən fiziki ağrı yetirməsi və bununla da Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. ünvan 2 ünvanında yaşayan X5 xx.xx.2023-cü il tarixdə Şirvan şəhər Polis Şöbəsinə ərizə ilə müraciət edərək həmin tarixdə Şəxs onu və qızı X7 döyməsini bildirmişdir. Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekpertiza və X4 X11 500 N-li, xx.xx.2023-cü il tarixli ekspert rəyinə əsasən X1 bədən səthində aşkar olunan xəsarətlər-sol gözün üst qapağında, sol bazunun orta 1/3-də, sağ bazunun orta 1/3-də, hər iki süd vəzisinin iç kvardantında, sağ budun orta və sol budun yuxarı 1/3-də qançırlar-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 23 sentyabr 2023-cü il tarixdə əmələ gələ bilər. Qeyd olunan xəsarətlər sağlamlığa zərər vurmadıqlarına görə dərəcələri təyin edilmir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə,xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs zərərçəkmiş X5 ilə barışdığından işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115 ,128-130-ci maddələrini rəhbər tutub, Q Ə R A R V E R D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın sürəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar