Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1287/2023 16.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Şirvan şəhər Məhkəməsinin hakimi Mustafayev Ceyhun Mustafa oğlu, məhkəmə iclas katibi Alışova Arzu Tahir qızının katibliyi ilə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və inzibati xəta haqqında protokol tərtib etmiş Şirvan şəhəri Polis şöbəsinin İTB-nin sahə rəisi X1 iştirakı ilə, xx.xx.1985-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, orta təhsilli, subay, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Şirvan şəhər Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyən etdim: Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Şirvan şəhər Polis şöbəsinin inzibati binasında xidmət aparılan zaman ucadan səs-küy salıb iş rejimini pozmuşdur. Buna görə də Şirvan şəhəri Polis şöbəsinin İTB-nin sahə rəisi X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında xx.xx.2023-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xəta törədilməsi haqqında protokollarda göstərilən xüsusatları təsdiq edərək, inzibati xətanın törədilməsində özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində barəsində şikayət olduğu üçün Şirvan şəhər polis şöbəsinə gəlmiş, təhqiqatçının otağında əsəbləşib ucadan səs-küy salmış, polis əməkdaşlarının iş rejimini pozmuşdur. Polis bölməsində də verdiyi yazılı izahatında yuxarıda qeyd etdiklərini qeyd etmişdir. Sonda Şəxs məhkəmədən barəsində yüngül həddə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Şirvan şəhəri Polis şöbəsinin İTB-nin sahə rəisi X2 bildirdi ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Şirvan şəhər Polis şöbəsinin inzibati binasında xidmət aparılan zaman ucadan səs-küy salıb polis əməkdaşlarının iş rejimini pozmuşdur. Bölmədə Şəxs izahatı alındıqdan sonra onun barəsində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi haqqında protokol tərtib etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şirvan şəhər Polis şöbəsinin TB-nin baş təhqiqatçısı polis baş leytenantı Şahid bildirdi ki, xx.xx.2023-cü il tarixdə, saat 21 radələrində Şirvan şəhər sakini X4 tanıdığı Şirvan şəhər sakini Şəxs tərəfindən hədəqorxu gəlməsi barədə daxil olmuş şikayət ərizəsi əsasında Şəxs izahatının alınmasından ötrü tərəfindən Şirvan şəhər Polis şöbəsinin inzibati binasına dəvət olunmuşdur. Şəxs polis şöbəsinin inzibati binasında yerləşən 103 saylı xidməti otağına daxil olan zaman onun barəsində şikayət ərizəsi ünvanlanmış Aidə Fərəcova barəsində ucadan söyüşlər söyərək ictimai qaydanı pozaraq, inzibati binadan xidmət göstərən əməkdaşların iş rejiminə mane olduğu üçün barəsində tədbir görülməsi üçün tərəflərindən polis şöbəsinin növbətçi hissəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi və şahidi dinləyərək, məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xəta törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl düzgün olaraq, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə tövsif olunmuşdur. İş materiallarında olan inzibati qayda tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 21:05-də tutulmuşdur. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini xarakterizə edən halları, onun təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alır. Məhkəmə Şəxs əməlini səmimi etiraf etməsi onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə işin hallarını nəzərə alaraq, hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh kifayət etmir və ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində müəyyən edilmiş sanksiya çərçivəsində, inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materiallarından göründüyü kimi Şəxs xx.xx.2023-cü il tarixdə tutulmuşdur. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilərkən onun inzibati qaydada tutulduğu vaxt nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, qərara aldım: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 5 (beş) gün müddətə inzibati həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 15 noyabr 2023-cü il tarixdən, saat 21:05-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Şirvan şəhər Polis şöbəsinə tapşırılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №3(032)-1287/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1287/2023
16.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver