Məhkəmə qərarları › İş №3(032)-1288/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1288/2023

17.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1288/2023 17.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X1 və zərərçəkmiş şəxs X4 iştirakı ilə, xx.xx.1984-cü ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Şirvan şəhəri üzrə İcra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə müəyyən etdi : Şəxs 24 aprel 2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün alimentin tutulmasının əvvəli Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(032)-766/2019 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay uşağa görə 140 manat, iki uşağa görə cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq X6 verilməsi barədə icra sənədinin icrası ilə bağlı Şirvan şəhəri üzrə İcra və Probasiya şöbəsinin icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta hadisəsinin olması 17 noyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqında iş üzrə icraat aparılan şəxsin, protokolu tərtib etmiş şəxsin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, o, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(032)-766/2019 saylı icra sənədinə əsasən 24 aprel 2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün əvvəli xx.xx.2019-cu ildən hesablanmaqla hər ay hər uşağa 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq X4 xeyrinə ödəməli idi, lakin işləmədiyindən və maddi imkanı olmadığından aliment borcunu ödəyə bilmir . Belə ki, o, aliment ödəmədiyinə görə məhkum olunmuş, aliment borcunu tam ödədiyindən Şirvan Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası dəyişdirilərək azadlığın məhdudlaşdırılması cəzası ilə əvəz olunmuşdur. Bakı şəhərində Meridian adlı restoranda süfrəçi işləmiş, həmin vaxt barəsində axtarış qərarı verilmişdir. Barəsində yalnız həbs növündə cəza verildiyindən o işləyib aliment borcunu ödəyə bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(032)-766/2019 saylı icra sənədinə əsasən 24 aprel 2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər uşağa 140 manat , iki uşağa görə cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. Lakin borclu icra sənədləri üzrə borcu ödəməkdən yayınır, hər dəfə yalan vədlər verərək işləyib borcu ödəyəcəyini bildirir. O, borcun tam qaytarılmasını tələb etdi . Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru X3 izahat verərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(032)-766/2019 saylı icra sənədinə əsasən Şəxs 24 aprel 2007-ci il təvəllüdlü X2 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün alimentin tutulmasının əvvəli Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(032)-766/2019 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla hər ay uşağa görə 140 manat , iki uşağa görə cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq X6 verilməsi qət edilmişdir. Borcluya xx.xx.2019-cu il tarixdə “icraata başlamaq haqqında” qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilməsinə baxmayaraq icra sənədi üzrə tələb icra edilməmişdir. xx.xx.2023-cü il tarixli qərara əsasən Şəxs barəsində axtarış elan edilmişdir. Şəxs 17 noyabr 2023-cü il tarixdə gətirilərək Şirvan şəhər İcra və probasiya şöbəsinə təhvil verilmişdir. Şəxs bugünə kimi ödənilməyən 2510 manat aliment borcu yaranmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(032)-766/2019 saylı icra sənədi üzrə yaranmış aliment borcunun alınıb tələbkar X6 ödənilməsi barədə Şirvan şəhəri üzrə İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən xəbərdar edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin 29 sentyabr 2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs Şəxsm müdafiəçisi X9 və zərərçəkmiş şəxs X8 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş və Şirvan şəhər Məhkəməsinin 18 avqust 2022-ci il tarixli hökmü dəyişdirilməsi, Şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlığın məhdudlaşadırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Şəxs üzərində qəti olaraq 7 (yeddi) ay 6 (altı) gün müddətə azadlığın məhdudlaşadırılması cəzasının saxlanması qərara alınmışdır. İnzibati xəta haqqında protokola əlavə edilmiş xx.xx.2023-cü il tarixli borclunun axtarışı haqqında qərarın surətindən görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş axtraışda olan borclunun yerinin müəyyən olunması barədə xx.xx.2023-cü il tarixli protokolun surətindən görünür ki, Şəxs yeri Bakı şəhərində müəyyən edilərək xx.xx.2023-cü il tarixdə saat 11:00-da Şirvan şəhər İcra və Probasiya şöbəsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, Şəxs tərəfindən tələbkar X6 xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 100 manat, xx.xx.2023-cü il tarixdə 150 manat məbləğində ödəniş edilmişdir. İnzibati xəta haqqında protokola əlavə edilmiş Şəxs yazılı izahatından görünür ki, Şirvan şəhər Məhkəməsinin 2(032)-766/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borcu daimi iş yeri olmadığından ödəməmişdir və borcu hissə-hissə ödəyə bilər. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin icrasını tam təmin etməməsi və icranın təmin edilməməsinə rəsmi şəkildə heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. İnzibati həbs növündə inzibati tənbehin müddəti İXM-nin 31.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 30 mart 2006-cı il tarixli, 5 nömrəli qərarının 6-cı bəndinə əsasən mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31- 33 maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən xətanın xarakteri (idarəçilik qaydaları əleyhinə olması) inzibati xəta törədən şəxsin əmlak vəziyyətinin qənaətbəxş olmaması və aliment borcu ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu, barəsində axtarış elan edildiyini və iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alır. Beləliklə məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasının hədləri daxilində müəyyən müddətə inzibati həbs edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-cu maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq olunsun. İnzibati həbsdə saxlamanın əvvəli 17 noyabr 2023-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar