Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1289/2023 20.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Əli-Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Şirvan şəhər Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə , müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən inzibati xəta haqqında MN № ******* saylı protokol tərtib olunmuşur, ona görə ki, Şəxs 18 noyabr 2023-cü il tarixdə saat 19.00 radələrində Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində sərxoş halda polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. İnzibati xəta hadisənin olması xx.xx.2023-cü il tarixli, MN №1859840 saylı inzibati xəta haqqında protokolla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin və şahidlərin izahatları, habelə inzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərlə təsdiq olunur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, 18 noyabr 2023-cü il tarixdə axşam saat 18.30 radələrində kafedə istirahət etmiş, daha sonra kafedə yan masada əyləşən tanışları onu masaların dəvət etmişlər, bu zaman kafedə işləyən Səadət adlı qadın onun hesabı verməyəcəyini düşündüyündən mübahisə etmişdir. O, bununla bağlı DİN-nin “102” xidmətinə şikayət vermişdir. Ora gələn polis əməkdaşları ilə söhbət etdikdən sonra şikayətini geri götürmüşdür. Lakin yenidən aralarında mübahisə yarandığından onu polis şöbəsinə aparmışlar. Orada da içkili olduğundan polis əməkdaşı ilə mübahisə etmiş, səsküy salmışdır. O, polis əməkdaşına nalayiq ifadə işlətmədiyini, yanlız “taxtabaş” ifadəsini işlətdiyini, hazırda isə əməlindən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şirvan şəhər Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili X1 bildirdi ki, xx.xx.2023-cü il tarixdə saat 19.00-da xidmətdə olan zaman DİN-nin 102 xidməti mərkəzinə olunan zənglə bağlı hadisə yerinə getmiş, orada İbrahim adlı şəxsin səs-küy saldığını görüb ona yaxınlaşmış, onu nizam-intizama dəvət etmişdir. Lakin həmin şəxs ona “polis şöbəsi gör nə günə qalmışdır ki, sizin kimi uşaqları işə götürürlər” sözlərini söyləmiş, nalayiq ifadələr işlətmişdir. Daha sonra o, polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş Şirvan şəhər Polis Şöbəsinin PPXB-nin polis nəfəri X2 bildirdi ki, xx.xx.2023-cü il tarixdə DİN-nin “102” xidməti daxil olan zənglə bağlı Şirvan şəhər Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili X1 hadisə yerinə getmiş, sonra zəng edərək orada bir nəfər şəxsin səs-küy saldığını, polisin ünvanına nalayiq ifadələr işlətdiyini və onun hadisə yerinə gəlməsini bildirmişdir. Daha sonra şəxs polis şöbəsinə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:10-da tutulmuş, xx.xx.2023-cü il tarixdə saat 09.00-da azad edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. «Polis haqqında» Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İ hissəsinə görə polis əməkdaşı bu Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Həmin Qanunun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 7-ci maddəsinin İİİ hissəsinə görə polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq,ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qeyd olunan inzibati xətanın obyektiv cəhəti polisin və hərbi qulluqçuların normal idarəetmə fəaliyyət ilə əlaqədar ictimai münasibətlərdir və həmin xətanın ictimai təhlükəliliyi onda təzahür edir, şəxs polis və ya hərbi qulluqçunun qanuni əmrinə tabe olmamaqla dövlət orqanlarının normal fəaliyyətinə mane olur, həmin orqanların əməkdaşlarının digər vətəndaşlara xidmət göstərməsinə və qanuni vəzifələrinin icrasına maneə yaradır. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən məbləğdə inzibati cərimə təyin olunması inzibati tənbehin məqsədlərini təmin etmədiyindən, barəsində müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. İXM-nin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Eyni zamanda həmin Məcəllənin 31-33-cü maddələrinə müvafiq olaraq inzibati həbs tətbiq edərkən Şəxs törətmiş olduğu inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun əmlak vəziyyətinin qənaətbəxş olmaması, iş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmaması nəzərə alınır. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta hadisəsi oldugundan inzibati xəta törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasının həddləri daxilində müəyyən müddətə inzibati həbs tətbiq olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 128-130-ci maddələrini rəhbər tutub, məhkəmə qərara aldı : İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tətbiq olunsun. 18 noyabr 2023-cü il, saat 19.10-dan 20 noyabr 2023-cü il, saat 09.00-dək inzibati qaydada tutma müddəti nəzərə alınmaqla, təyin edilmiş inzibati tənbeh müddətindən iki gün çıxılmaqla üzərində 08 (səkkiz) gün müddətinə inzibati həbs saxlanılsın. İnzibati həbsdə saxlamanın əvvəli 18 noyabr 2023-cü il tarixdən hesablansın. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Aydan Məmmədli
Məhkəmə qərarları › İş №3(032)-1289/2023
Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1289/2023
20.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver