Məhkəmə qərarları › İş №3(032)-1291/2023

Şirvan Şəhər Məhkəməsi Qərar — İş №3(032)-1291/2023

21.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şirvan şəhəri İş № 3(032)-1291/2023 21.11.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, İnzibati protokolu tərtib etmiş X1 iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin tələblərinin pozulması ilə əlaqədar Şirvan şəhər Polis Şöbəsində daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tərtib edilmiş inzibati protokola əsasən Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində özgənin əmlakını qəsdən zədələyərək ziyan vurmuşdur. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahatında bildirmişdir ki, Zərərçəkmiş şəxs ilə ailə zəminində mübahisələri yaranmış, onun maşınına qəsdən ziyan vurmuş, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışdığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş qismində ifadə vermiş Zərərçəkmiş şəxs bildirmişdir ki, Şəxs ilə mübahisələri ailə zəmnində baş vermişdir. Lakin hazırda ona dəymiş ziyan ödənilmiş, Şəxs qarşı şikayət və tələbi yoxdur, işin icraatına xitam verilməsini xahiş etdi. Şirvan şəhər Polis Şöbəsinin sahə rəisi X2 məhkəmə iclasında xx.xx.2023-cü il tarixli protokolun məzmununa uyğun izahat vermiş, Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: 13 noyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokolda Şəxs xx.xx.2023-cü il tarixdə, saat 17:00 radələrində özgənin əmlakını qəsdən məhv edərək ziyan vurması və bununla da Azərbaycan Respublikası İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdiyi qeyd olunmuşdur. xx.xx.2023-cü il tarixdə tərtib edilmiş raportda göstərilmişdir ki, Şirvan şəhər Prokurorluğundan Şirvan şəhəri, Əli-Bayramov küçəsi döngə 2, ev 12-də yaşayan Zərərçəkmiş şəxs Şəxs və Rüstəmov Allahyar adlı şəxslər tərəfindən hədə-qorxuya məruz qalması, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Şəxs Vaqif qızı tərəfindən ona məxsus “Kia Rio” markalı, ** ED *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilinin arxa sağ işıqlandırıcı şüşəsini, arxa baqajını və sol ban hissəsini daşlayaraq ona 2000 manat maddi ziyan vurulması ilə bağlı müraciəti daxil olmuşdur. Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. xx.xx.2023-cü il tarixli rəy aktlarında göstərilmişdir ki, “Kia Rio” minik markalı ** ED *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəyən ümumi maddi ziyan 505 manat təşkil edir. Məhkəmə şikayətlə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs ilə barışdığından işin icraatına xitam verilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115,128-130-cü maddələrini rəhbər tutub, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi gündən 10 (on gün) müddətində qərardan Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar