Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 3(032)-1301/2025 26.11.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi İmanov Əli Sərməz oğlu, X1 barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şikayət vermiş şəxs X2 barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edirəm ki, toplanmış material natamam olduğundan şikayət baxılmadan geri qaytarılmalıdır . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxsi inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Göründüyü kimi inzibati xətalar qanunvericiliyinin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan qanunla müəyyən edilmiş müddət ərzində şikayət vermək yolu ilə inzibati xəta haqqında iş üzrə qərara yenidən baxılması qaydası müəyyən edilmişdir. 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından-yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir. 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 138.1.1-ci maddəsinə əsasən əgər bu qərardan şikayət və ya protest verilməmişdirsə,inzibati xəta haqqında iş üzrə qəbul edilmiş qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün inzibati xəta haqqında iş üzrə qərar, habelə şikayət və ya protest üzrə qəbul edilmiş qərar qanuni qüvvəyə minir. 139.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın icrası bütün dövlət orqanları, bələdiyyələr, vəzifəli şəxslər, fiziki şəxslər, hüquqi şəxslər üçün məcburidir. 139.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar qanuni qüvvəyə mindiyi vaxtdan dərhal icra olunmalıdır. Belə ki, şikayət vermiş şəxs X2 tərəfindən mübahisələndirilən elektron qərar məhkəməyə təqdim edilməmişdir. Şikayətə yalnız SMS radar vasitəsi ilə məlumatlandırılması əlavə edilmişdir. 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Göstərilənlərə əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokol şəxsin inzibati tənbehə məruz qalmasını təsdiq edən hüquqi sənəd olmadığından və ondan şikayətin verilmə qaydası və şikayətə baxılma qaydası inzibati xətalar qanunvericiliyində nəzərdə tutulmadığından, şikayət geri qaytarılmalı, şikayət vermiş şəxsə inzibati xəta haqqında iş üzrə qərarı əldə edib qanunla müəyyən edilmiş qaydada qərardan şikayət vermək hüququ izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: Barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X2 tərəfindən verilmiş şikayət ərizəsi geri qaytarılsın. Şikayət vermiş şəxsə izah olunsun ki, buraxılmış müddətin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ vardır. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №3(032)-1301/2025
Şirvan Şəhər Məhkəməsi Qərardad — İş №3(032)-1301/2025
26.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver